Azərbaycan respublikasi daxiLİ İŞLƏr naziRLİYİ polis akademiyasi “DİO-nun inzibati fəaliyyəti” kafedrası


Sual 2. İctimai təhlükəsizlik əleyhinə olan inzibati xətalara görə inzibati məsuliyyət



Yüklə 468,5 Kb.
Pdf görüntüsü
səhifə9/15
tarix30.04.2022
ölçüsü468,5 Kb.
#56768
1   ...   5   6   7   8   9   10   11   12   ...   15
499 im72020 qiyabi

Sual 2. İctimai təhlükəsizlik əleyhinə olan inzibati xətalara görə inzibati məsuliyyət 

 

Sosial-hüquqi  kateqoriya  olan  ictimai  təhlükəsizlik  hüquqi  təbiəti  baxımdan  məz-



munca geniş və əhatə dairəsi baxımdan bütün cəmiyyəti əhatə edir. Bütün dövlətlərdə ol-

duğu kimi, Azərbaycan Respublikasında da  adı çəkilən sosial – hüquqi kateqoriya döv-

lətin  müəyyən  normativ  hüquqi  tənzimlənməsi  vasitəsilə  mühafizə  edilir.  Həmin  nor-

mativ  hüquqi  tənzimləmənin  böyük  bir  hissəsi  inzibati-hüquqi  tənzimləmənin  payına 

düşür. Daha dəqiq desək, ictimai təhlükəsizlik sahəsində mühafizə olunan ictimai müna-

sibətlərin bir hissəsi qüvvədə olan İXM-in 513-521-ci maddələrinin payına düşür. Həmin 

mühafizə  olunan  ictimai  münasibətlərə  edilən  qəsdlər  qanunverici  tərəfindən  aşağıdakı 

inzibati xətalar kimi müəyyən edilmişdir: 

  Maddə 513. Toplantıların təşkili və keçirilməsi qaydasının pozulması; 

  Maddə  514.  Kütləvi  idman  tədbirlərinin  və  idman  yarışlarının  keçirilməsinə 

mane olma; 

  Maddə 515. Dini qurumların yaradılması və fəaliyyət qaydasının pozulması; 

  Maddə 516. Dini etiqad azadlığı haqqında qanunvericiliyin pozulması; 

  Qəbiristanlıqların idarə olunması qaydaları haqqında qanunvericiliyin pozulması; 

  Maddə 517. Fövqəladə vəziyyət rejiminin tələblərinin pozulması; 

  Maddə  517-1.  Dini  ekstremizm  əleyhinə  aparılan  xüsusi  əməliyyat  zonasının 

hüquqi rejiminin tələblərinin pozulması; 

  Hərbi vəziyyət rejiminin tələblərinin pozulması; 

  Maddə  518.  Yanğın  təhlükəsizliyi  qaydalarının  pozulması  və  ya  yerinə 

yetirilməməsi; 

  Maddə 519. Yanğın təhlükəsizliyi sahəsində məhsulun və xidmətlərin sertifikat-

laşdırılması,  tədavülə  buraxılması,  saxlanılması  və  onların  işlədilməsi  qaydalarının 

pozulması; 

  Maddə 520. Yaşayış məntəqələrində və xüsusi olaraq ayrılmamış yerlərdə, yaxud 

müəyyən edilmiş qaydanı pozmaqla odlu silahdan atəş açma; 

  Maddə 521. Məişət səs-küyünə qarşı mübarizə qaydalarının pozulması. 

Ölkəmizin  ərazisində  ictimai  təhlükəsizlik  əleyhinə  törədilən  inzibati  xətalar 

içərisində  daha  çox  narahatçılıq  yarada  biləcək  inzibati  xətalardan  biri  də  yaşayış 

məntəqələrində və xüsusi olaraq ayrılmamış  yerlərdə,  yaxud  müəyyən edilmiş qaydaları 

pozmaqla odlu silahdan atəş açmadır. Bu inzibati xətaya görə 01 mart 2016-cı il tarixdən 

ölkəmizin  ərazisində  qüvvəyə  minən  Azərbaycan  Respublikasının  yeni  İnzibati  Xətalar 

Məcəlləsinin 520-ci maddəsi ilə inzibati məsuliyyət müəyyən edilmişdir. Həmin inzibati 

xətanın  daha  yaxşı  mənimsənilməsi  üçün  onun  hüquqi  məzmunun  təhlil  edilməsi 

vacibdir. Bu səbəbdən də aidiyyətiinzibati xəta tərkinəbə diqqət yetirək: 




Yüklə 468,5 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin