Mühazirə : Respublika ərazisində baş verə biləcək


Qlobal fövqəladə hadisələr-



Yüklə 1,02 Mb.
Pdf görüntüsü
səhifə8/35
tarix10.05.2022
ölçüsü1,02 Mb.
#57265
növüMühazirə
1   ...   4   5   6   7   8   9   10   11   ...   35
II MÜHAZİRƏI FH-lərin təsnifatı

Qlobal fövqəladə hadisələr-

bir ölkənin ərazisində məhdudlaşmır və qonşu dövlətlərin  

ərazilərinə də yayılır. Həlak olanların sayı 1.000.000-dən artıq, zərər cəkən əhalinin sayı 

20.000.000-dən artıq. Təsir dairəsindən (yayılma miqyasından) əlavə, fövqəladə hadisələr baş 

verən insan tələfatının miqdarına, zədələnmiş (köcurməyə məruz qalan) əhalinin sayına, 

habelə, dəymiş zərərin miqyasına görə də təsnif edilir. 



Fövqəladə hadisələr iİdarə üzrə mənsubiyyətinə görə aşağıdakı kimi bölünür: 

- Tikintidə; 

- Sənayedə; 

- Mənzil və kommunal məişət sahələrində; 

- Kənd təsərrufatında; 

- Meşə təsərrufatında; 

- Nəqliyyatda (hava, su, yerüstu və yeraltı) olur.

  

1. Təbbi xarakterli fövqəladə hadisələr 

Təbii fəlakətlər

 – insan iradəsinə tabe olmayan, təbiət qüvvələrinin hərəkəti nəticəsində 

qəflətən baş verən, çoxsaylı insan itkisi, böyük maddi zərər və başqa ağır nəticələrə səbəb olan 

faciəli təbii təzahür və ya proseslərdir.   

Təbii fəlakətlərə zəlzələlər, vulkan püskürmələri, sellər, sürüşmələr, uçqunlar, daşqınlar, 

quraqlıqlar, qasırğalar, tufanlar, qar basqınları və uçqunları, uzun müddətli güclü yağışlar, 

güclü davamlı şaxtalar, genişmiqyaslı meşə və torf yanğınları aiddir. Bura həm də 1974-ci ildə 

Venesuella Konfransında epidemiyalar, epizootiyalar, epifitotiyalar, meşə və kənd təsərrüfatı 

zərərvericilərinin kütləvi yayılması da daxil edilmişdir.  

Elmi-texniki tərəqqinin nailiyyətlərinə baxmayaraq cəmiyyət üçün fəaliyyət təhlükəsi, o 

cümlədən də təbii fəlakətlərin törətdiyi təhlükə artmaqdadır. Təbii fəlakətlərdən zərər çəkənlərin 

sayı ildə təxminən 6% artır. Epidemioloji fəlakətlər üzrə Elmi Mərkəzin (Brüssel) məlumatlarına 

görə 1965-ci ildən 1992-ci ilədək dünyada  təbii fəlakətlərdən 3,6 milyon insan məhv olmuş, 3 

milyarddan çox adam zərər  çəkmiş, ümumi iqtisadi ziyan 340 milyard dollardan artiq olmuşdur. 

         Təbii fəlakətlər üzrə Ümumdünya Konfransına (Yokoqama, 1994-cü il) müxtəlif ölkələr 

tərəfindən təqdim edilmiş məlumatlar göstərir ki, 1962-1992-ci illər ərzində çox ağır iqtisadi 

ziyan (ölkəsindən illik ümumi məhsulun 1%-i qədər və bundan artıq) vuran təbii fəlakətlərin 

sayi 4,1 dəfə, bu zaman zərər çəkənlərin sayı 2,1 dəfə artmışdır. 


Yüklə 1,02 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin