69) Aşağıdakılardan hansı bədxassəli qan xəstəliklərinə aiddir?
A) Hemofiliya
B) Talassemiya
C) Leykoz
D) Posthemorragik anemiya
E) Hemolitik anemiya
Ədəbiyyat:Секреты гематологии и онкологии. М. Э. Вуд, П. А. Банн. 2001
70) Leykozun başlanğıcı üçün xarakterik olan əlamət hansıdır?
A) Bronxospazm, təngnəfəslik
B) Ağız-burun üçbucağının sianozu
C) İshal və qəbzliyin əvəz olunması
D) Ürəkbulanma, qusma
E) Yorğunluq, artralgiya, temperaturun yüksəlməsi, iştahanın itməsi
Ədəbiyyat:Секреты гематологии и онкологии. М. Э. Вуд, П. А. Банн. 2001
71) Aşağıdakı vəziyyətlərdən hansı erkən döşə qoyulmaya əks göstərişdir?
A) Subfebril temperatur
B) Asfiksiya
C) Çəkisi 2000q olan yenidoğulmuş
D) Çəkinin normadan çox olması
E) Qısa dil yüyəni
Ədəbiyyat:Körpə və azyaşlı uşaqların qidalanmasının qiymətləndirilməsi üzrə hesabat.
Metodik göstəriş, Bakı, 2011