876) Açıq pnevmotoraks zamanı ilk tibbi yardım nədən ibarətdir?
A) Dezo tipli sarğı qoymaq
B) Okklüziya sarğısı qoymaq
C) Zərərçəkmişi arxası üstə uzatmaq
D) Zərərçəkmişi süni tənəffüs aparatına qoşmaq
E) Dəri altına 1 %-li morfin məhlulu yeritmək
Ədəbiyyat: B.X.Abasov, «Ümumi cərrahlıq». Bakı 1987. Səh. 235
877) Qabırğaların sınığı zamanı xəstəni hansı vəziyyətdə daşımaq olar?
A) Qarnı üstə uzadılmış
B) Arxası üstə uzadılmış
C) Oturaq
D) Yarımoturaq
E) Sağlam tərəfə uzadılmış
Ədəbiyyat: N.R.Paleyev «Tibb bacısının məlumat kitabı». Bakı 1991. Səh. 305