1060) Yenidoğulmuş oğlan uşağında sidik kanalının uzunluğu neçə sm olur?
A) 5 - 6
B) 3 - 4
C) 7 - 8
D) 1 - 2
E) 9 - 10
Ədəbiyyat:Y. P. Bisyarina . Uşaqların anatom - fizioloji xüsisiyyətləri. səh. 177
1061) Trizm hansı xəstəliyə məxsusdur?
A) Furunkulyoza
B) Qazlı qanqrenaya
C) Sepsisə
D) Tetanusa
E) Qızılyel iltihabına
Ədəbiyyat: H. A. Sultanov “Cərrahiyyə”. Bakı 1997. Səh. 149
1062) Abses nədir?
A) Toxumaların məhdud irinli iltihabı
B) Dərialtı toxumanın iltihabı
C) Sümük iliyinin iltihabı
D) Dırnaq yatağının iltihabı
E) Dırnaq ətrafı toxumanın iltihabı
Ədəbiyyat:H. A. Sultanov “Cərrahiyyə”. Bakı 1997. Səh. 135
Dostları ilə paylaş: