208) Xəstəlik tarixçəsində olan temperatur vərəqində aşağıda göstərilənlərdən hansıları qeyd olunmalıdır?
A) Arterial təzyiq
B) Xəstənin hərarətinin dəyişməsi
C) Nəbz və tənəffüsün sayı
D) Diurezin miqdarı
E) Hamısı
Ədəbiyyat: C.N.Hacıyev ; R.Y.Əliyev. Xəstələrə qulluq . Səh. 52 . “ Təhsil ” Bakı 1998.
209) Rektal süni qidalanma nə vaxt əks - göstəriş sayılır ?
A) Massiv yanıqlar zamanı
B) Anusda çatlar olduqda
C) Orqanizm çox su itirdikdə
D) Mədədə aparılan əməliyyatdan sonra
E) Qida borusunun tam keçməzliyində
Ədəbiyyat: N.R Paleyevin redaktəsi ilə “Tibb bacısının məlumat kitabı”. Səh.130“ Çıraq ”
2008.