İbtidai təhsil səviyyəsində məzmun xətləri üzrə
təlim nəticələri-
İnformasiya və informasiya prosesləri:
Şagird:
•ətraf aləmdəki informasiya proseslərinə aid
misallar göstərir, onları əlamətlərinə görə qruplaşdırır
və müqayisə edir;
•əşyalar arasında münasibətləri (oxşar, fərqli,
az, çox, ağır, yüngül, böyük, kiçik) müəyyənləşdirir;
•informasiya, onun növləri, yaranma mənbələri
haqqında bildiklərini nümayiş etdirir;
•informasiya proseslərinə aid nümunə göstərir;
•informasiyanın sadə təsviri üsullarını
nümayiş etdirir;
•həyatda, insanların fəaliyyətində informa-
siyaların alınması, saxlanılması və ötürülməsini sadə
misallar əsasında izah edir.
|