Magistrant təlim və tərbiyə prosesi haqqında fərqli,
ümumi və səciyyəvi cəhətləri yaxşı bilməlidir.
Tərbiyə və təlim prosesi arasında ciddi, möhkəm sədd və ya
sərhəd çəkmək olmaz. Bu hər iki anlayış bir-biri ilə sıx bağlıdır. Belə
ki tərbiyə etmək, elə həm də təlim etmək deməkdir. Çünki tərbiyə işi
aparılarkən tərbiyəvi keyfiyyətlərin aşılanması prosesində həm də
tərbiyə, ədəb, əxlaq normaları öyrədilir, bu sahədə öyrənənlərə
müəyyən biliklər mənimsədilir. Bu öyrətmə prosesi özü təlim
prosesidir. Həmçinin təlim etmək, həm də tərbiyə etməkdir. Təlim
prosesində tərbiyəvi vəzifələr həyata keçirilir. Təlimi tərbiyədən
tərbiyəni də təlimdən ayrı təsəvvür etmək olmaz. Bununla bərabər
təlim və tərbiyənin prinsipləri, metod və vasitələri arasında müəyyən
ümumilik və fərqli xüsusiyyətlər də vardır:
Dostları ilə paylaş: |