Magistrant həmçinin tərbiyə metodlarını, tərbiyə işlərinin
planlaşdırılmasını, tərbiyənin idarə olunması məsələlərini yaxşı
bilməlidir. Son dövrlərdə tərbiyə metodları bəzi pedaqoji
ədəbiyyatda tərbiyə texnologiyaları kimi də işlədilmişdir.
Ümumiyyətlə pedaqoji texnologiya dedikdə əsasən yalnız təlim
və tərbiyənin texniki vasitələri başa düşülürdüsə, hazırda pedaqoji
texnologiya dedikdə bütün təlim və tərbiyə prosesində nəzərdə
tutulan əsas istiqamətlər, məzmun və formanın müəyyənləşdirilməsi,
öyrətmə və öyrənmə modelləri, idarəetmə prosesi, nəzarət formaları,
qiymətləndirmə, korreksiya və istifadə edilən texnoloji vasitələr
nəzərdə tutulur.
Son dövrlərdə təlim-tərbiyə prosesinə fəal və interaktiv metodlar
daxil olmuşdur. Bunlar daha çox təlim prosesində istifadə edilsə də
tərbiyə prosesində uğurla istifadə edilir.
Dostları ilə paylaş: |