Sinifdənхаric tərbiyə işinin fоrmаlаrı və təşkili prinsipləri
Sinifdənхаric tərbiyə işlərinin təşkili formalarını əsasən aşağı-
dakı kimi bölmək olar. Fərdi iş formaları, qrup hаlındа iş forma-
ları, kollektiv iş formaları, kütləvi iş formaları, səciyyəvi iş
formaları.
Magistrant ixtisas müəllimi olmaqla bərabər o həm də
gələcək sinif rəhbəridir. Bu baxımdan sinif rəhbərinin işini
yaxşı bilməli və işini həyata keçirməyi bacarmalıdır.
Sinif rəhbərinin pedaqoji işinin məzmunu çoxcəhətlidir.
Təhkim olunduğu sinif şagirdlərinin dünya baxışlarını formalaş-
dırmaq, əqli, ideya-siyasi, əxlaqi, hüquq, əmək, estetik, fiziki, iqti-
sadi və ekoloji tərbiyə vəzifələrinin yerinə yetirilməsini istiqamət-
ləndirmək, məktəbə yaxın olan iqtisadi əmək kollektivləri və ictimai
təşkilatları ilə rəhbərlik etdiyi sinif şagirdlərinin sıx əlaqəsini yarat-
maq, valideynlərlə müntəzəm iş aparmaq, onların pedaqoji mədəniy-
yətini yüksəltmək, şagird birliklərinə və özünüidarə təşkilatlarına
arxalanaraq lazım gəldikdə onların fəaliyyətinə ustalıqla nüfuz edib
düzgün pedaqoji istiqamət vermək və s. belə mühüm işlər sinif rəh-
32
bərinin fəaliyyətində geniş yer tutur. Sinif rəhbərinin öyrədici,
Dostları ilə paylaş: |