Magistrant həmçinin tərbiyə prosesində ailənin fəaliyyətini
öyrənməlidir.
Ailə özünəməxsus spesifik xüsusiyyətləri ilə xarakterizə olu-
nan, psixoloji çalarlara malik və bir sıra funksiyaları icra edən kiçik
sosial qurumdur. Qədim tarixə və kökə bağlı olan ailə məsələləri,
şübhəsiz, müasir dövrdə istər ayrılıqda götürülmüş şəxsiyyət, istərsə
də bütövlükdə cəmiyyət üçün əhəmiyyəti artmaqda olan ümumbəşəri
dəyərlərin, mədəni irsin, əxlaqi norma və qaydaların ötürücüsü
rolunu oynayır. Ailə Azərbaycan xalqının psixologiyasının aparıcı
qüvvəsidir. Zamanın təfəkkür süzgəcindən bu günə kimi gələn və
aktual səslənən ailə və onun formalaşması məsələləri Azərbaycan
xalqının deyimlərində həmişə ülvi və müqəddəs ölçülərlə dəyərlən-
dirilmişdir. Xalqımız ailəni müqəddəs ocaq saymışdır. Şəxsiyyətin
təşəkkülündə ailənin rolunu başlıca qeyd etmək lazımdır. İki nəslin,
soyun qovşağında yeni ailə əmələ gəlir. “Ailə bir-birinə məişət bir-
liyi və qarşılıqlı mənəvi məsuliyyətlə bağlı olan insanların nigah və
qan qohumluğuna əsaslanan birliyidir”. Bu birlikdə ailədaxili müna-
sibətlərin hansı səviyyədə inkişafı ailənin hazırkı və gələcək
durumunu səciyyələndirən əsas faktordur.
“Ailə” dedikdə dəqiq müəyyən edilmiş maraqları və məqsəd-
ləri olan mini ictimai qrupu nəzərdə tutulur. Ailənin əsas məqsədi qa-
lib gəlmək, özünü qorumaq, ailə üzvlərinin əsas tələbatını ödəyə
bilmək və nəslin davamını təmin etməkdir.
39
Bəzi pedaqoq və psixoloq alimlər ailənin əsasən, cinsi,
reproduktiv, tərbiyəvi (yaxud sosiallaşma), iqtisadi və bərpaedici
funksiyalarını qeyd edirlər:
Dostları ilə paylaş: |