Ailənin tərbiyəvi funksiyası xüsusi əhəmiyyət kəsb edir. Bu-
rada cəmiyyətin mədəniyyəti bir nəsildən digərinə keçirilməsində
müvafiq cəmiyyətin üzvü olan uşaqların rəftar davranışını təmin
edən proses nəzərdə tutulur. Ailənin məhz bu funksiyası da bu ba-
xımdan prioritet istiqamətlidir. Məlum məsələdir ki, tərbiyə tarixən
çətin və lazımlı proses olmuşdur. Bu mənada o təkcə ailənin deyil,
eyni zamanda cəmiyyətin funksiyasına çevrilmişdir. Bu mürəkkəb
prosesdə tədqiqatçılar əsas tərbiyə ocağı ailəni hesab etdikləri üçün
ağırlıq onun üzərinə düşür. Əsasən də, ailədə qadının (arvadın)rolu
xüsusi vurğulanır.
Dostları ilə paylaş: |