daşı, uşaqlar və qohumlarla ünsiyyətdə keçir. Bu ünsiyyətin düzgün
40
kəsb edir. Səmimi və qarşılıqlı hörmət və məhəbbət əsasında qurulan
ünsiyyət ailədəki bütün yorğunluqları aradan qaldırır, problemlərin
asan həlli yollarını tapır. Bu əsasən qadın və kişinin bir-birinə
münasibətində və uşaqların valideynlərə olan münasibətində təzahür
edir. Ana-ata və uşaqların ünsiyyəti, onların istirahəti üçün mənəvi-
psixoloji şəraitin yaradılması, asudə vaxtın səmərəli təşkili və s.
məsələlər ailənin bərpaedici funksiyasına daxildir. Qeyd etdiyimiz
funksiyaların spesifik mahiyyətinə nəzər salsaq, görərik ki, bunların
hamısında əsas aparıcı qüvvə ər və arvad birliyidir. Ailə münasibət-
ləri, məhz bu birlikdə zühur edir. Ailədaxili münasibətlər ailəyə
məxsus tipoloji xüsusiyyətləri əks etdirir.
Ailə məsələlərində pedaqoji-psixoloji münasibətlər mühüm rol
oynayır. Ailə münasibətləri cəmiyyətdə bərqərar olmuş ictimai
münasibətlərlə də bilavasitə bağlıdır. Cəmiyyət dəyişdikcə ailə də
dəyişir və inkişaf edir. Elə bu mənada qeyd etmək lazımdır ki, bir
vaxtlar mürəkkəb ailələrin hökm sürdüyü cəmiyyətdə artıq nuklear-
laşmış ailələr üstünlük təşkil edir. Cəmiyyətin əsas özəyi olmaqla
ailə orada olan bütün dəyişikliklərə öz münasibətini bildirir. Ailə qar-
şılıqlı münasibətlərin mənəvi aspektinə yönəlmişdir, belə ki, o eyni
zamanda həm sosioloji, həm də bioloji quruluşdur.
Ailə ilə məktəb arasında sıx əlaqə olmalıdır. Bu zaman
uşaqların təlim və tərbiyəsi lazımi səviyyədə həyata keçirilə bilər. Bu
işdə məktəb aparıcı mövqedə olmalıdır. Təcrübələrdən məlum
olmuşdur ki, ailə və məktəb arasında əlaqələrin zəif olması, uşaqların
da tərbiyəsinə mənfi təsir göstərir.
Uşaqların təlim və tərbiyəsinə mənfi təsir göstərən səbəblərin
bəzilərini aşağıdakı kimi sıralaya bilərik:
1. Bir çox ailələrin iqtisadi vəziyyətinin aşağı olması ;
2. Sosial həyatda mədəni səviyyənin aşağı olması;
3. Ailədə qadının iki qat yüklənməsi: onun həm ailədə çox
işləməsi, həm də sosial işdə çox çalışması ;
4. Boşanma amili.
5. Ailədə valideynlər arasında daimi çəkişmələr;
6. Ailədə uşaqlara nəzarətsizlik və etinasızlıq;
41
7. Ailə üzvləri arasında birliyin olmaması;
8. Ailə üzvləri arasında müxtəlif maraq dünyaları;
9. Ailə və məktəb arasında birliyin olmaması;
10. Müəllim və tərbiyəçilərin ailəyə zəif təsiri.
Məktəbin ailəyə, ailənin də məktəbə tərbiyəvi təsiri olduqca
önəmlidir. Ailədə həm yaşlılar, həm də uşaqlar tərbiyələnirlər.
Ailənin gənc nəslin tərbiyəsində rolu böyükdür. Bu səbəbdən ailənin
maarifləndirici təsiri üç cəhətdən özünü göstərir: a)Tərbiyənin ailənin
yaşlı üzvlərinə verilməsi; b) ailə topluluğunun özlərinin öz
üzvlərinə tərbiyəvi təsiri; c) uşaqların öz valideynləri ilə daimi
əlaqəsi və valideyn –övlad münasibətlərinin düzgün qurulması.
Müəllim – şagird, Şagird – valideyn münasibətlərində müəllim daha
böyük tərbiyəvi təsir qüvvəsinə və əlverişli imkanlara malikdir.
Pedaqoji təcrübələr zamanı məlum oldu ki, valideynlər əsasən
müəllimin maarifləndirici söhbətlərindən xeyli faydalanırlar.
Valideynlərin apardığı iş sistemli xarakter daşımalıdır. Belə ki:
1.Valideynlər məktəbin, sinfin işinə cəlb edilməli, onlar pedaqoji iş
aparmalı.
2. Valideynlərin uşaqların təlim və tərbiyəsinə nəzarət işini təşkil
etməli.
3 Övladlarının təlim və tərbiyəsi ilə məşğul olmayan valideynlərlə
sistemli, planlı iş aparılmalı.
Şagirdlərin ev tapşırıqlarını valideynlərin bilməsi.
Valideynlərin şagirdlər üçün xüsusi təlim və tərbiyə proqramı tərtib
etməsi.
Şagirdlərin maraq və meylinə uyğun olaraq peşə seçiminə kömək
etməsi.
Müəllimlərin valideynlərin iş birliyində əsas ağırlıq müəllimin
üzərinə düşür. Müəllim valideyni, məktəbə, pedaqoji işlərə, təlim -
tərbiyə prosesinə cəlb etməlidir. Bu işin həyata keçirilməsində
müəyyən etdiyimiz bəzi pedaqoji prinsiplərə əməl edilməlidir:
1.Valideynə hörmət prinsipi.
2. Valideyndə elementar pedaqoji, psixoloji biliklərin
aşılanması
42
3. Valideynin yaş xüsusiyyətlərinin nəzərə alınması.
4. Valideynlik təcrübəsinin nəzərə alınması
5. Valideynin sosial mövqeyinin nəzərə alınması.
6. Valideynin mədəni səviyyəsinin nəzərə alınması.
7. Valideynin ümumi dünyagörüş və bilik səviyyəsinin nəzərə
alınması.
8. Valideynlə iş birliyində nikbinlik və ümidli olmaq prinsipi.
Aparılmış elmi tədqiqatlarla müəyyən edilmişdir ki, valideyn-
lərin pedaqoji biliyinin artırılması onlara diferensial yanaşma daha
səmərəli nəticə əldə edilməsinə şərait yaradır. Pedaqoji biliyin
təbliğində diferensial yanaşma dedikdə, hər hansı bir meyar əsasında
müəyyənləşdirilmiş valideyn qrupları ilə məqsədəuyğun və planlı
şəkildə aparılan nəzəri-metodiki işlər daha səmərəli və keyfiyyətli
olar.
43
FƏNNİN TEMATİK PLANININ MÜXTƏSƏR MƏZMUNU
Dostları ilə paylaş: