Müxtəlif yaş dövrlərində şəxsiyyətin inkişaf xüsusiyyətləri.
Hər yasa məxsus psixoloji, pedaqoji xüsusiyyətlər, fəaliyyəti.
2. “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət
Strategiyası” təhsilimizin inkişafının metodoloji əsası kimi.
Müasir dövrdə tərbiyə işinin məzmunu, vəzifələri və həyata
keçirilməsi yolları.
“Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət
Strategiyası” təhsilimizin inkişafının metodoloji əsası olaraq
Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 oktyabr tarixli
Sərəncamı ilə təsdiq edilmişdir.
“Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət
Strategiyası”nda göstərilən 5 əsas strateji istiqamətlər
aşağıdakılardır:
1.Səriştəyə əsaslanan şəxsiyyətyönlü təhsil məzmununun
yaradılması. 2.Təhsilalanların fərdi xüsusiyyətlərini nəzərə alan
innovativ təlim metodları və texnologiyaları vasitəsilə təhsilin
məzmununun səmərəli mənimsənilməsini təmin edən yüksək nüfuzlu
təhsilverənin formalaşdırılması. 3. Təhsilin nəticələrə görə cavabdeh,
şəffaf və səmərəli tənzimləmə mexanizmlərinə malik, dövlət–ictimai
xarakterli və dövlət–biznes partnyorluğuna əsaslanan idarəetmə
sisteminin formalaşdırılması. 4. Müasir tələblərə cavab verən və
ömür boyu təhsili təmin edən təhsil infrastrukturunun yaradılması. 5.
Təhsilin dayanıqlı və müxtəlif mənbələrdən istifadə olunmaqla yeni
maliyyələşdirmə mexanizminin yaradılması.
46
Tərbiyə işinin məzmunu. Tərbiyə işinin məzmunu dedikdə
onun tərkib hissələri və ya istiqamətləri, sahələri başa düşülür.
Tərbiyə işinin məzmununun tərkib hissələri və istiqamətləri,
sahələri. Zehni tərbiyə, əxlaq tərbiyəsi, mənəvi tərbiyə, əmək
Dostları ilə paylaş: |