Azərbaycan miLLİ elmlər akademiyasi nəSİMİ adına DİLÇİLİK İnstitutu



Yüklə 0,49 Mb.
Pdf görüntüsü
səhifə14/30
tarix16.05.2022
ölçüsü0,49 Mb.
#58165
1   ...   10   11   12   13   14   15   16   17   ...   30
QULİYEVA ZÜLFİYYƏ BORİS QIZI

bağlı  köməkçi  adlardan  bəhs  olunur.  Bədii  əsərlərində  Mirzə  Cəlilin  ən 

çox  işlətdiyi  peşə  adı    molladır.  Bu  da  təsadüfi  deyil.  XIX  əsrin  sonu  – 

                                                             

1

 Qədim türklər. Bakı: “Gənclik”, 1993, 536 səh, s.21



 

2

 C.Məmmədquluzadə. Əsərləri. Dörd cilddə. I cild, Bakı, “Öndər nəşriyyat”,  2004, 664 



səh. (s. 42-43).

 



 

 

 



 

 

 



 

10 


XX  əsrin  əvvəllərində  milli  geriliyin  aradan  qaldırılması,  xalq  arasında 

maarifçilik  ideyalarının  yayılması  uğrunda  mübarizə  aparan  vətənpərvər 

ziyalıların,  yazıçı,  şair  və  publisistlərin,  pedaqoqların  əsas  tənqid 

hədəflərindən birini  mürtəce  din xadimləri, öz  mənafeyindən başqa bir də-

yər  tanımayan  azsavadlı  mollalar  təşkil  edirdi.  Buna  görə  də  C.Məmməd-

quluzadənin bədii nəsrində tənqid obyekti kimi tez-tez mollalar və konkret 

şəxsi ifadə edən titullarla rastlaşmaq mümkündür. 

 “Danabaş  kəndinin  əhvalatların”da  molla  sözünün  sinonimi  kimi 



axund  titulundan da istifadə olunmuşdur. Bu isə adı çəkilməyən mollanın 

kəndlilər yanında əllaməlik edərək qəliz dildə danışması ilə bağlıdır. Satira 

üslubunda bundan məharətlə istifadə edən C.Məmmədquluzadə  axund, yə-

ni daha savadlı molla adlandırdığı din xadiminin əllaməliyinə gülür. Epizo-

dun əvvəlində  də  qeyd  edildiyi  kimi, əslində  mərsiyəxan olan  o taylı  mol-

lanın  axund    adlandırılması,  doğrudan  da,  satirik  situasiya  yaratmağa  xid-

mət  edir:  “Axundun  sözlərini  nəinki  kətdilər,  heç  mən  özüm  də  başa  düş-

mədim.  Vəhalonki,  mən  oturanların  yanında  hələ  alim  idim.  Amma  söz 

yox, hamımız başa düşdük; axund soruşurdu niyə Sadığa lağlağı deyirlər 

1



C.Məmmədquluzadənin işlətdiyi peşə və sənətlə bağlı köməkçi adlar 

içərisində ədəbi dil tariximiz üçün maraq kəsb edən örnəklər də az deyildir. 

Bunlardan biri  “Danabaş kəndiin əhvalatları”nda təhkiyəni aparan obrazın 

– Xəlilin peşəsi olan qoltuqçuluqdur. Bədii ədəbiyyatda az-az rast gəlinən 

bu cür peşələrin müəllifin özü tərəfindən izahının verilməsi də maraq doğu-

rur. “Mənim  sənətim  qoltuqçuluqdu,  yəni  dörd-beş  top  çit  qoltuğuma  vu-

rub, dolanıram öz kəndimizi, ya qeyri kəndləri, çit-mit satıb bir tövr güzəra-

nımı keçirirəm”

2



C.Məmmədquluzadənin  bədii  əsərlərində  işlədilmiş  köməkçi  adlar-



dan bir qrupu da rütbə, titul, sosial status və s. bildirməyə xidmət edir. Bun-

ların arasında islam dini və şəriətlə bağlı rütbə və vəzifə adlarına daha çox 

rast gəlinir. Peşə, sənət və qulluqla bağlı olan titulların  maraqlı üslubi xü-

susiyyətlərindən birini  də  onların aid  olduqları şəxs adlarının əvvəlində  və 

ya  sonunda  işlədilməsidir.  Bundan  başqa,  çar  üsuli-idarəsi  ilə  bağlı  


Yüklə 0,49 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin