Dərs vəsaiti Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət


Mövzu 24: Rəsmi-iĢgüzar üslub. Rəsmi sənədlərin dili



Yüklə 1,28 Mb.
Pdf görüntüsü
səhifə139/166
tarix18.05.2022
ölçüsü1,28 Mb.
#58406
növüDərs
1   ...   135   136   137   138   139   140   141   142   ...   166
2015-332

 
Mövzu 24: Rəsmi-iĢgüzar üslub. Rəsmi sənədlərin dili. 
 
Rəsmi-işgüzar üslub – rəsmi və işgüzar sənədlərin dilidir. Bu 
üslubda  fikir  müəyyən  qəlibə  düşmüş  (standart)  formalarda  və 
olduqca yığcam şəkildə verilir. Üslubun əsas səciyyəvi xüsusiy-
yəti də elə budur. Rəsmi-işgüzar üslub hamı üçün eynidir – stan-
dartdır.  Burada  obrazlı  ifadələrə,  fərdi  nitq  xüsusiyyətlərinə  rast 
gəlinmir.  Milli  rəsmi-işgüzar  üslub  başqa  funksional  üslublara 
nisbətən  gec  formalaşır.  Bunun  da  əsas  səbəbi  əvvəllər  ərəb  və 
fars dillərinin, sonra isə rus dilinin Azərbaycanda ya bütünlüklə, 
ya da əsasən həmin funksiyanı daşımasıdır. 
Bu üslubun lüğət tərkibi yığcam, sintaksisi məhduddur. Rəs-
mi-işgüzar üslub müəyyən tarixi təkamül prosesinin məhsuludur. 
Buna görə də bu üslubda bir sıra arxaik sözlər və köhnəlmiş sin-
taktik qəliblər (konstruksiyalar) uzun müddət qorunub saxlanılır. 


 
195 
Hər hansı bir dilin dövlət dili olması dövlətin rəsmi-işgüzar 
üsluba  münasibəti  ilə  müəyyən  edilir.  İdarə  və  müəssisələrdə 
rəsmi ünsiyyət dövlət dilində olur. Beynəlxalq münasibətlərdə də 
dövlət bu dildə təmsil olunur. 
Rəsmi-işgüzar  üslub  iki  yerə  ayrılır:  rəsmi  sənədlərin  dili, 
işgüzar sənədlərin dili. 
Dövlət,  hökumət  təşkilatlarının  tərtib  etdiyi  və  rəsmi  qay-
dada  (rəsmi  şəxsin  imzası,  möhür  və  s.)  təsdiq  olunan  sənədlər 
(məsələn, prezident fərmanları, hökumət sərəncamları, nazirlərin 
əmrləri, konstitusiya və s.) rəsmi sənədlər sayılır. 
Rəsmi  sənədlər  mütəxəssislər  tərəfindən  hazırlanır,  yerlərdə 
müzakirə edilir, sonra isə təsdiqlənir. 
Rəsmi sənədlərin əsas xüsusiyyətləri bunlardır: 
– Dilin maksimum mükəmməlliyi
– Fikrin tam aydınlığı; 
– Fikrin (sözlərin) birmənalılığı; 
– Fikrin hüquqi cəhətdən əsaslılığı (əsaslandırılması); 
– Dil yığcamlığı. 
Hər bir dövlətin ən mühüm rəsmi sənədləri konstitusiya, qa-
nunlar,  sərəncamlar,  nazirlərin  əmrləri  və  s.dır.  Rəsmi  sənədlər 
mühüm  hüquqi  məzmun  daşıyır,  dövlətdaxili  münasibətlər  bu 
sənədlərin köməyi ilə həyata keçirilir. 
Rəsmi  sənədin  əsas  şərti  (həcmindən  asılı  olmayaraq)  dil 
yığcamlığıdır. Rəsmi sənədlər millətin dövlətçilik mədəniyyətini 
əks  etdirir.  Buna  görə  də  həmin  sənədlərin  mükəmməl  tərtibinə 
xüsusi diqqət yetirilir. 

Yüklə 1,28 Mb.

Dostları ilə paylaş:
1   ...   135   136   137   138   139   140   141   142   ...   166




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin