Dərs vəsaiti Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət



Yüklə 1,28 Mb.
Pdf görüntüsü
səhifə144/166
tarix18.05.2022
ölçüsü1,28 Mb.
#58406
növüDərs
1   ...   140   141   142   143   144   145   146   147   ...   166
2015-332

Mövzu 30: Akademik nitq. 
 
Akademiya və elmi müəssisələr sistemində, beynəlxalq kon-
frans,  simpozium,  treninq  və  sairədə  edilən  məruzələr,  çıxışlar, 
verilən  elmi  məlumatlar  və  s.  akademik  natiqliyə  aid  edilir.  Bu, 
elm  adamlarının,  alimlərin,  yüksək  hazırlıqlı  ziyalıların,  müəl-
limlərin elmi-praktik konfranslarda, ali məktəb auditoriyalarında, 
radio  və  televiziya  verilişlərində,  müdafiə  sovetlərində  və  s. 
yerlərdəki  nitqidir.  Elmi  nitq  öz  məntiqliyi,  fikirlərin  ardıcıllığı, 
söylənilənlərin sübutla, dəlillərlə əsaslandırılması, ümumiləşdiril-
məsi,  nəticələri  və  s. ilə  digər  nitq  növlərindən  fərqlənir. Nitqin 
bu növü vasitəsilə yaradıcı insanlar, alimlər və başqaları öz təd-
qiqatlarından,  araşdırmalarından  alınmış  nəticələri  həm  yazılı 
(məqalələr, əsərlər, monoqrafiyalar şəklində), həm də şifahi yolla 
başqalarına  çatdırırlar.  Bu  nitq  o  zaman  yararlı  sayıla  bilir  ki, 
insanlar  onu  başa  düşsünlər,  orada  şərh  olunanlara  inansınlar. 
Məruzəçinin  söylədikləri  reallığa  əsaslanmalı,  dinləyicilər  tərə-
findən qəbul olunmalıdır. 
Akademik  natiqliyin  yaranmasında  ali  məktəblərin  rolu  xü-
susilə  böyükdür.  Belə  müəssisələrdən  Azərbaycan  Respublikası 
Prezidenti yanında DİA-nı, ADA-nı və Azərbaycan Dövlət Peda-


 
202 
qoji Universitetidir.Bu universitetləri müxtəlif illərdə bitirib res-
publikanın  məktəblərində,  digər  tədris  müəssisələrində  işləyən-
lərin çoxu, eyni zamanda natiq kimi də fəaliyyət göstərirlər. Şüb-
hə yoxdur ki, bu keyfiyyətə yiyələnənlər elmi natiqliyi, bəlağətli 
nitqi  ali  məktəb  auditoriyalarında  mühazirələr  oxuyan  müəllim-
lərindən  (professor  və  dosentlərdən)  öyrənir,  bu  söz  ustalarının 
danışığını,  natiqlik  məharətini  –  aydın  tələffüzünü,  parlaq,  qəti, 
kəsərli nitqini, güclü məntiqini, gözəl avazını, fikrin ifadə tərzini 
və sairəni əxz edirlər. Belə müəllimlər mükəmməl elmi hazırlığı 
ilə yanaşı, söz ustası, natiq kimi də yadda qalır. 
 

Yüklə 1,28 Mb.

Dostları ilə paylaş:
1   ...   140   141   142   143   144   145   146   147   ...   166




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin