Neologizmlərin növləri. Azərbaycan ədəbi dilinin lüğət
tərkibində mövcud olan neologizmlər məna və formalarına görə
müxtəlif şəkillidir.Bunlar təxminən üç növə bölünür.
1)Leksik-semantik neologizmlər. Dildə həm məna, həm də for-
ması yeni olan neologizmlər leksik-semantik neologizmlər adlanır;
məsələn, artel, proletar, diktatura, feodalizm, kommunizm və s.
2)Leksik neologizmlər. Ancaq formaca yeni olan neolo-
gizmlər leksik neologizmlər adlanır. Məsələn: şura (hökumət) –
sovet (hökuməti), darülfünun – universitet və s.
Bu misallardakı sovet və universitet sözləri dilimizdə son-
radan meydana çıxmışdır.
3)Semantik neologizmlər.Yalnız mənası təzə olan neolo-
gizmlər semantik neologizmlər adlanır. Məsələn: müqəddəs, yol-
daş və s.
Bunlardan müqəddəs sözü keçmişdə dini anlayışla bağlı
olaraq toxunulmaz mənasını ifadə edirdi; hazırda isə hər şeydən
üstün, əziz mənasında (müqəddəs ana, müqəddəs vətən) işlənilir.
Həmçinin yoldaş sözü əvvəllər birgə səfərə çıxan, yol gedən
mənasını bildirdiyi halda, indi həyat yoldaşı, həmfikir və s. mə-
naları ifadə edir.
Azərbaycan dilində neologizmlərin birinci tipinə-leksik se-
mantik neologizmlərə aid sözlər daha çoxdur.
Lüğəvi neologizmlərin taleyi. Dildə meydana çıxan neolo-
gizmlər bütün fəaliyyətləri boyu neologizm olaraq qala bilmə-
dikləri üçün iki istiqamətdə dəyişilir:
a)bunların bir qrupu dilin lüğət tərkibinin fəal hissəsinə
keçərək ümumişlək xarakter alır. Müxtəlif dövrlərdə əmələ gəl-
miş və yarandığı dövrlərdə neologizm kimi tanınan həmin söz-
lərin əksəriyyəti bu yolu keçmişdir.
87
b)neologizmlərin digər qrupu az müddətdən sonra köhnəlir,
arxaikləşir. Bunlardan bəziləri əvvəl dilin lüğət tərkibinin fəal
hissəsinə keçir, sonradan köhnəlir. Bəziləri isə passiv lüğətdə
olduğu zamandan arxaikləşir.