Dərs vəsaiti Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət



Yüklə 1,28 Mb.
Pdf görüntüsü
səhifə73/166
tarix18.05.2022
ölçüsü1,28 Mb.
#58406
növüDərs
1   ...   69   70   71   72   73   74   75   76   ...   166
2015-332

düm bir dərədə iki kar, kor, kürkü yırtıq kirpi var. Burada da k və 
r samitlərinin təkrarı məqsədyönlü şəkildə qurulmuşdur.  
Leksik  üslubiyyatda  əsas  məsələ  sözlərin  seçilməsidir.  Bu-
rada  da  təkrarlar,  paronimlər,  sinonimlər  və  s.  əsas  rol  oynayır. 
Hətta  bəzən  söz  və  ifadələrin  qarşılaşdırılması  da  güclü  üslubi 
məqam  yaradır.  Məsələn,  ...Nəuzibillah  bir  dəqiqəliyə  belə 
güman eləyək: Yer üzündə heç bir din yoxdur, yəni cəmi millətlər 
dinsizdir.., və habelə nə kafir var, nə iman əhli var var, və sünni, 
na şiə, nə xaçpərəst, nə bütpərəst, nə erməni Qriqoryan, nə orto-
doks,  nə  rus,  nə  müsəlman,  nə  kilsə,  nə  məscid,  nəuzibillah,  nə 
isna  əşəri,  nə şafeyi.  nə həmbəli hənəfi,  babi,  malakan, pirigün, 
şeyx, dərviş, ... (üzr istəyirik).  
                                                  (C.Məmmədquluzadə) 
 
Onomastik  laydan  da  üslubi  məqsədlər  üçün  istifadə  edilir. 
Obrazın daxili aləmini açmaq üçün onlara verilən ad və soyadlar-
dan  geniş  istifadə  edilir.  Məsələn,  Haray  Həşirzadə,  Lal  Dinmə-
zov,  Yazıq  Fağırzadə  kimi  ad  və  soyadlar  obrazın  xarakterini 
əvvəlcədən oxucuya məlum edir. Üslubi morfologiyada müəyyən 
şəkilçilərin  artırılıması  və  ya  ixtisarı  üslubi  xarakter  daşıyır.  Mə-
sələn,  Xalqın  düşmənləri  xalq  düşmənlərini  məhv  edir.  Burada 
xalq sözünün birincisində yiyəlik hal şəkilçisi vardır. Deməli, düş-
mənlər də, xalq da konkretdir. İkinci xalq sözündə isə, müəyyənlik 
bildirən yiyəlik hal şəkilçisi yoxdur. Buna görə də həm xalq, həm 
də düşmən sözləri qeyri-müəyyəndir (ya uydurmadır). 
 
Dil  vahidləri  məhz  sintaktik  səviyyədə  geniş  fəaliyyət  im-
kanı qazanır. Sintaktik üslubiyyat da dil sturukturunun başqa sə-
viyyə  üslüblarına  nisbətən  daha  geniş  və  əhatəlidir.  Burada  söz 


 
112 
sırası, cümlənin məqsəd və avaza görə dəyişməsi, prosodik vasi-
tələrlə yaranan üslubi məqamlar, sintaktik təkrarlar, cümlənin sa-
dələşdirilməsi  və  s.  əsas  rol  oynayır.  Məsələn,  Zarafat  kənarda 
qalsın, mən qorxuram ki, İran azərbaycanlıları deyərlər ki, Cul-
fadan  başlamış,  bir  tərəfi  Savuç  bulaq  İran  Kürdüstanı;  Həmə-
dan, Qəzvin, ta gəldi çıxdı Gilana və Şimal tərəfdə Şura Azərbay-
canına qədər, belə bir məmləkətin — ki, adı İran Azarbaycandır, 
– cəmi əhalisinin ana dili türk dilidir və türk dilı də olmalıdır. 
    (―Molla Nəsrəddin‖ jurnalı. 14 noyabr 1925-ci il. səh. 46) 
Azərbaycan dilinin funksional üslubları aşağıdakılardır: 
1. Bədii üslub. Burada terminlər işlənmir. Əsas sərt bədiilik 
– obrazlılıqdır. Növləri – qəzəl, qəsidə, şeir, nəsr, dram və s, üs-
lubu. Bundan əlavə hər sənətkarın öz üslubu olur. 
2. Elmi üslub. Burada terminlər əsas yer tutur. Bədiiliyə yol 
vermək olmaz. Elmi üslubda: monoqrafiya, dərslik, elmi rəy və s. 
3.  Publisistik  üslub.  Bu  üslub  hamının  başa  düşə  biləcəyi 
şəkildə olmalıdır. 
4. Rəsmi-kargüzarlıq üslubu – Dəftərxana sənədləri üslubudur,  
5. Natiqlik üslubu. Məruzə, Mühazirə, çıxış. 
6. Məişət üslubu. Ailə-məişət üslubu,  
7.  Epistolyar  üslüb  –  Məktublar,  intim  məktublar,  rəsmi 
məktublar və ədəbi məktublar. 

Yüklə 1,28 Mb.

Dostları ilə paylaş:
1   ...   69   70   71   72   73   74   75   76   ...   166




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin