2.3. Qeyri-neft sahələrinin inkişafının mövcud normativ hüquqi və
qanunvericilik bazası.
Azərbaycan Respublikasında təxminən son 18 ildir ki, qeyri-neft sektorunun
inkişafı, o cümlədən iqtisadiyyatın və ixrac potensialının diversifikasiya
mexanizminin formalaşdırılması prosesinə müsbət təsir göstərən 25-dən çox proqram,
qanun, habelə hüquqi normativ aktlar qəbul edərək onları reallaşdırmışdır. Qəbul
edilən qanunların müəyyən qismi, misal üçün, kiçik və orta sahibkarlığa dövlət
dəstəyi,
XİZ-in formalaşdırılması, maliyyə sektoru üzrə sənaye bölmələrinin
yaradılması, aqrar sferada çalışanlara müəyyən müddətli subsidiya, subvensiya və
müxtəlif vergilərdən azadetmə istiqamətində qəbul edilən qanunlar iqtisadi
diversifikasiyanın bünövrəsini formalaşdırmaq üçün vacib sayıla bilər. Digər
qanunlar isə dövlətin sırf olaraq şaxələndirmə hədəfi kimi müəyyənləşdirdiyi konkret
sahələrin inkişaf etdirilməsinə yönəldilib və onlar sektorial, eləcə də klasterial
əhəmiyyətə malikdirlər. Buraya rabitə, çayçılıq, energetika, turizm, taxılçılıq,
üzümçülük və bu kimi digər sahələrin inkişafı istiqamətində qəbul edilən qanunları
aid etmək olar. Baxmayaraq ki, ümumilikdə iqtisadiyyatın, habelə qeyri-neft
sektorunun inkişafının mövcud hüquqi normativ bazasında olan qanunverici
sənədlərin əksəriyyəti 2000-ci illərdən sonrakı dövrə təsadüf edir, Azərbaycan
müstəqilliyini bərpa etdikdən 21-ci əsrin başlanğıcınadək bu istiqamətdə bir neçə
islahat həyata keçirməklə yanaşı mühüm qanunlar da qəbul etmişdir. 1992-ci ildə
52
qəbul edilmiş “Xarici İnvestisiyaların qorunması” haqqında, 1995-ci ildən qüvvəyə
minmiş “İnvestisiya fəaliyyəti” haqqında Azərbaycan Respublikasının qanunları, ,
“Torpaq islahatı” haqqında Azərbaycan Respublikasının qanunu, həmçinin digər
qanunverici aktlar və hüquqi normativlər o dövr üçün ən mühüm qanunverici
sənədlər kimi qiymətləndirilə bilər.
2002-2005-ci illəri əhatə edən “Kiçik və orta sahibkarlığın inkişafı üzrə Dövlət
Proqramı”nda ümumilikdə qeyri-neft sektorunun şaxələndirilməsinə yönəldilmiş 3
mühüm prioriteti sezmək mümkündür: 1) ETT-nin ən son nailiyyətlərinin kimya
sənayəsinə tətbiq edilməsi; 2) Kiçik və orta təsərrüfat müəssisələrində istehsal olunan
məhsulların kəmiyyət və keyfiyyətinin artırılması vasitəsilə ixrac potensialının
genişləndirilməsi və onun stimullaşdırılması; 3) Regionlarda maliyyə-kredit
institutları və aqroservislər şəbəkəsinin əhatə dairəsinin daha da genişləndirilməsi,
həmçinin sənətkarlığın inkişaf etdirilməsi nəticəsində regional tərəqqiyə nail
olunması.
“Aqrar bölmənin inkişafına dair Dövlət proqramı(2002-2006-cı illər üzrə)”nda
aqrar bölmənin inkişafı, bu sahədə istehsal olunan məhsulların rəqabətqabiliyyətinin
artırılması, yerli tələbatın daxili istehsal tərəfindən ödənilməsi, ölkə regionlarının
spesifik iqtisadiyyat bölmələrinin yenidən dirçəldilməsi, ixracyönümlü sektorlara
güzəştlərin tətbiq edilməsi əsas məqsədlər sırasına daxil idi.
2002-2005-ci illər üzrə “Turizmin inkişafına aid Dövlət Proqramı”nın əsas
hədəfləri Azərbaycanda rəqabətqabiliyyətli turizm bazarının formalaşdırılması,
turizm potensialından effektiv istifadə, turizm sektoruna investisiyaların cəlb
edilməsi, turizmin regional infrastrukturunun təkmilləşdirilməsi, xarici turistlərin
ölkəyə gəlişini rahatlaşdırmaq üçün gömrük, viza və başqa qaydaların
asanlaşdırılması olmuşdur.
“İnformasiya
Kommunikasiya
Texnologiyalarının
inkişafı
üzrə
Milli
Strategiya(2003-2012-ci illər üzrə)”da qarşıya qoyulmuş başlıca məqsədlər
Azərbaycanın demokratik tərəqqisinin təmin edilməsi üçün İKT-dən iqtisadiyyatın
53
bütün sahələrində daha çox istifadə edilməsi və ölkəmizin informasiya cəmiyyətinə
keçməsinin təşkil edilməsi məsələləri idi. Eyni zamanda, bu qanunverici sənəddə
Azərbaycanın intellektual və soial-iqtisadi potensialının gücləndirilməsi, biliklərə
əsaslanan rəqabətədözümlü informasiya iqtisadiyyatının formalaşdırılması,
regionlarda telekommunikasiya qovşaqlarının və rabitə infrastrukturunun yenidən
qurulması,
electron
iqtisadiyyatın
yaradılması
vacib
vəzifələr
olaraq
müəyyənləşdirilmişdir. Qeyd etmək lazımdır ki, bu bölmədə qeyri-neft sektorunun
inkişafı və şaxələndirilməsinə təkan verə bilən tədbirlər sırasına İKT-nin qeyri-neft
sahələrində, habelə özəl bölmədə kütləvi şəkildə tətbiq edilməsi, sənaye üzrə İKT-nin
restrukturizasiya olunması, eləcə də istehsal edilən məhsul və xidmətlərin ixrac
potensialının yüksəldilməsi istiqamətləri daxildir.
2003-2005-ci illər üçün “Azərbaycanda yoxsulluğun azaldılması və iqtisadi inkişaf
üzrə Dövlət Proqramı” çərçivəsində regionların və qeyri-neft sahələrindən 3-nün
inkişaf etdirilməsi yerinə yetirilməli olan iqtisadi tədbirlərin ən mühüm prioritetləri
kimi xarakterizə edilmişdir və onlara aiddir: 1) Energetika sahəsinin davamlı inkişafı
naminə alternativ enerji mənbələrindən istifadə sisteminin formalaşdırılması və bu
sahədə istehsal miqyasının çoxaldılması; 2) Kənd təsərrüfatında istehsalçılara güzəştli
vergilərin təşkil edilməsi ilə sahibkarlığın inkişafı və təşviqi, ölkə regionlarında
maliyyə durumunun yaxşılaşdırılması və göstərilən maliyyə xidmətlərinin artırılması,
ətraf mühitin mühafizəsinin və torpaqların keyfiyyətinin daha da yaxşılaşdırılması; 3)
Turizm sektoru ilə əlaqədar birinci dərəcəli istiqamət kimi dövlətin və özəl bölmənin
maliyyəsi hesabına regional turizmin tərəqqisi və bu baxımdan dövlətin iqtisadi
siyasətinin effektiv şəkildə qarşılıqlı surətdə əlaqələndirilməsi.
“Azərbaycan
Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət
Proqramı(2004-2008-ci illər üzrə)”nda müvafiq dövr ərzində müxtəlif regionlarda
dayanıqlı iqtisadi inkişafa təkan verən faktorlar, bununlar əlaqədar olaraq dövlətin
iqtisadi siyasətinin və qayğısının mühüm prioritetləri müəyyənləşdirilmişdir.
Azərbaycanın ayrı-ayrı regionlarında olan iqtisadi potensialdan düzgün şəkildə
54
istifadə edilməsi nəticəsində iqtisadiyyatın müxtəlif bölmələrinin davamlı inkişafına,
məşğulluq dərəcəsinin artırılmasına, istehsal təsərrüfatlarının fəaliyyətinin
çoxaldılmasına, sahibkarlara əlverişli şərait yaratmaq vasitəsi ilə ölkə əhalisinin həyat
keyfiyyətinin yaxşılaşdırılmasına və iqtisadiyyatın stabil və davamlı tərəqqisinin
təmin olunmasına, o cümlədən qeyri-neft sənayesinin inkişafına və regional tarazlığa
müvəffəq olmaq bu proqramın öndəgedən hədəfləri idi. Qeyd olunan hədəflərə nail
olmaq üçün reallaşdırılması nəzərdə tutulan tədbirlər:
- iqtisadi resurslardan daha səmərəli istifadə olunması;
- regionların tərəqqisi üçün lazımi infrastrukturun formalaşdırılması və yenidən
qurulması;
- təsərrüfat dövriyyəsindən çıxmış istehsal müəssisələrinin bərpası və yenilərinin
formalaşdırılması;
- aqrar sferada islahatların yeni mərhələsinin başladılması, bu istiqamətdə
regionlarda kənd təsərrüfatında çalışan şəxslərə və fermerlərə dəstək
göstərilərək
ayrı-ayrı
xidmət
mərkəzləri
formalaşdırmaq,
texniki
avadanqlıqlarla təminatı yüksəltmək və başqa vacib tədbirləri reallaşdırmaq;
- regionların
investisiya
potensialından
səmərəli
yararlanmaq
üçün
sərmayədarlara əlverişli biznes və sahibkarlıq mühitinin yaradılması;
- kommunal xidmətlərin və əhalinin məişət şəraitinin keyfiyyətinin artırılması;
- iş yerlərinin açılması və yenidən yaradılması üçün biznesmenlərin
həvəsləndirilməsi və stimullaşdırılması;
“Yanacaq-energetika kompleksinin inkişafına dair Dövlət Proqramı(2005-2015-ci
illər üzrə)”nda reallaşdırılması nəzərdə tutulan tədbirlərə neft-qaz sektorundan başqa
vacib enerji sahəsi hesab edilən İES-lərin miqdarının çoxaldılması, alternativ enerji
növlərindən istifadə nəticəsində elektroenergetika sənayesinin inkişaf etdirilməsi,
ölkə əhalisinin fasiləsiz enerji ilə təminatı prosesinin təkmilləşdirilməsi, eləcə də
enerji idxalına son qoyaraq daxili tələbatın yerli istehsal hesabına ödənilməsi və bir
55
sıra xarici ölkələrə, xüsusilə İran və Türkiyəyə energetika məhsullarının ixracı aid
edilirdi.
“Neft və qaz gəlirlərinin 2005-2025-ci illərdə idarə olunmasına dair uzunmüddətli
strategiya”ya əsasən dövlət neft-qaz sektorundan gələn gəlirləri Azərbaycan
iqtisadiyyatının neft-qaz bölməsindən kənar sahələrinin, iqtisadi-coğrafi rayonların,
infrastruktur obyektlərinin və sahibkarlığın inkişafı istiqamətində, intellektual baza və
texnoloji səviyyənin artırılmasına və “qara qızıl”ın insan kapitalına çevrilməsi
proseslərinin reallaşdırılmasına sərf etməlidir. Bununla bərabər, bu strategiya 20 il
müddətində müvafiq sektordan gələn maliyyənin xərclənməsinin vacib qaydalarını və
ortamüddətli istifadə dərəcəsini müəyyənləşdirir.
“Məşğulluq Strategiyasının həyata keçirilməsinə aid Dövlət Proqramı(2007-2010-
cu illər ərzində)”nda 7 vacib prioritet fərqləndirilib: 1) Kredit institutlarının
regionlarda formalaşdırılması və inkişafı; 2) Azərbaycanın ixrac potensialı barədə
tədqiqat işlərinin aparılması və ixracata məlumat-məsləhət köməyi edən təşkilatların
yaradılması; 3) ETT-nin ən son nailiyyətlərinin ölkəyə gətirilməsinin
həvəsləndirilməsi istiqamətində vergi və gömrük məcəlləsində lazımi güzəştlərin
tətbiqi; 4) Kənd təsərrüfatında istehsal edilən məhsulların satışını asanlaşdırmaq üçün
yarmarkaların təşkili və kooperasiyaların təkmilləşdirilməsi; 5) İnzibati rayonlarda,
əsasən də kənd yerlərində turizm sektoru üzrə infrastrukturun yaxşılaşdırılması; 6)
Xarici və yerli sərmayədarları iqtisadi cəhətdən zəif inkişaf etmiş regionlara
istiqamətləndirmək üçün onlara xüsusi güzəştlərin və imtiyazların verilməsi; 7)
məhsuldarlığı çoxaltmaq üçün ayrı-ayrı bölgələrdə toxumçuluq müəssisələrinin
yaradılması, bu istiqamətdə kəndli-fermer təsərrüfatlarının hökümət tərəfindən tam
təmini[20 səh 15].
2008-2015-ci illəri əhatə edən “Yoxsulluğun azaldılması və davamlı inkişaf üzrə
Dövlət Proqramı”nın əsas hədəflərindən birincisi qeyri-neft sahələrinin inkişafı
nəticəsində ölkədə dayanıqlı iqtisadi tərəqqinin təmin edilməsidir. Proqrama əsasən,
bərpa olunan və alternativ enerji növləri hesabına aqrar və energetika sektorlarının,
56
həmçinin turizm sahəsinin davamlı inkişafı qeyri-neft sektorunun şaxələndirilməsinin
dərinləşdirilməsi istiqamətində ən vacib bölmələrdir.
“Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi
inkişafı Dövlət Proqramı” birinci regional proqramın davamı olaraq qəbul edilmişdir.
Bu proqramda reallaşdırılması vacib olan tədbirlər sırasına iqtisadiyyatın
şaxələndirilməsi,ixrac və innovasiya yönümlü qeyri-neft bölmələrinin inkişafı,
regional disproporsiyaların tam olaraq aradan qaldırılması və dayanıqlı sosial-iqtisadi
tərəqqi dövrünə keçid prosesinin sürətləndirilməsi və həyat səviyyəsinin dünya
standartlarına uyğunlaşdırılması daxildir. Dövlət proqramında bir neçə vəzifənin
reallaşdırılması planlaşdırılırdı ki, həmin vəzifələrə aiddir:
- Azərbaycanın təbii və əmək resurlarından, həmçinin potensialından daha
effektiv şəkildə yararlanaraq qeyri-neft sahələrinin dinamik inkişafı üçün
əlverişli şəraitin yaradılması
- regional infrastrukturun təkmilləşdirilməsi istiqamətində həyata keçirilən
tədbirlərin sürətinin artırılması
- iqtisadiyyatın qeyri-neft bölmələrinə xarici və yerli kapitalın cəlb edilməsi
işinin ardıcıl şəkildə davamı
- ixracyönümlü və innovasion məhsul yaradan istehsalçıların həvəsləndiriməsi,
sahibkarlar üçün iqtisadi mühitin keyfiyyətinin yüksəldilməsi
-
məşğulluğun artırılması və yoxsulluğun minimuma endirilməsi istiqamətində
reallaşdırılan məsələlərin bütün regionlara yayılmasının təşkili
-
modern infrastruktur layihələrinin hazırlanması və beynəlxalq standartlara
cavab verən obyektlərin sayının artırılması
“Turizmin inkişafına dair Dövlət Proqramı(2010-2014-cü illər üzrə)”nda ölkəmizdə
güclü sosial-iqtisadi və ekoloji prinsiplərə cavab verə bilən modern turizm
sektorunun yaradılması və onun Azərbaycan iqtisadiyyatının vacib inkişaf
sütunlarından biri olması kimi məsələlər mühüm məqsəd olaraq göstərilmişdir.
Sənədə əsasən, müvafiq dövrdə görüləcək vacib işlər kimi rekreasiya, turizm
57
bölgələrində və tarixi-memarlıq, o cümlədən mədəni abidələrin qorunduğu ərazilərdə
müasir infrastrukturun formalaşdırılması, turizmin yay-qış, kənd, idman və ekoloji
növlərinin inkişaf etdirilməsi, potensial turizm ərazilərinə sərmayələrin cəlb olunması
və bu sektorda kiçik və orta sahibkarlığın tətbiqi seçilmişdir.
“Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında birmənalı olaraq
iqtisadiyyatın sahəvi və regional infrastrukturunun yaxşılaşdırılması, ölkə
iqtisadiyyatına neftdən gələn gəlirlərin miqdarından qeyri-asılı olaraq digər sahələrin
yüksək artım tempinə nail olmaq və ixrac potensialını genişləndirmək istiqamətində
əsaslı islahatların reallaşdırılması vacib vəzifələr olaraq qeyd edilmişdir. Eyni
zamanda Konsepsiyada kimya sənayesi və neft-qaz sektorunun modernləşdirilməsi,
qeyri-neft sektorunun diversifikasiyası və inkişaf etdirilməsi, habelə investisiyaların
və xarici ticarətin strukturunun müasirləşdirilməsi prioritet tədbirlər kimi xarakterizə
edilmişdir.
“Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014-
2020-ci illər üçün Milli Strategiya”sının əsas istiqamətləri iqtisadiyyatın qeyri-neft
bölməsinin inkişafı, ÜDM-in və dövlət büdcəsinin tərkibində təbii ehtiyatların
rolunun azaldılması və qeyri-neft sektorunun çəkisinin artırılması, innovasiya
yönümlü və rəqabətqabiliyyətli milli iqtisadiyyatın formalaşdırılması, insan
kapitalına kütləvi şəkildə investisiyaların yatırılması və modern diversifikasiya
mexanizminin formalaşdırılmasıdır.
“Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi
inkişafı Dövlət Proqramı” bir növ qarşıya qoyulmuş məqsədlərə çatmaq baxımından
3-cü prosesin hüquqi normativ bazasını təşkil edir və özündən əvvəlki proqramların
icrası zamanı reallaşdırılan tədbirlərin davam etdirilməsi məsələlərinin
tənzimlənməsini, həmçinin yeni, həyata keçirilməli olan spesifik və müasir islahatları
özündə əks etdirir. Bu proqramın vacib məqsədləri qeyri-neft sahələrinin inkişafı və
iqtisadiyyatın şaxələndirilməsindən əlavə, regionların inkişaf səviyyəsinin beynəlxalq
standartlara uyğunlaşdırılması, maliyyənin dayanıqlılıq və inkişaf dərəcəsinin yüksək
58
səviyyəyə çatdırılması, innovasion və rəqabətqabiliyyətli, eləcə də ixracyönümlü
məhsulların istehsalı naminə sahibkarların stimullaşdırılması, regional proqramlar
çərçivəsində həyata keçirilən iqtisadi islahatların təkmilləşdirilməsi hesab edilir.
Azərbaycanda dayanıqlı sosial-iqtisadi
tərəqqi nəticəsində inklüziv
və
rəqabətqabiliyyətli iqtisadiyyatın formalaşdırılması, əhalinin sosial rifahının
yüksəldilməsi, qloballaşma tendensiyalarına əks reaksiya verərək külli miqdarda
kapitalın cəlbi, tam azad rəqabətin şəraitinin təmin edilməsi, dünya bazarına
maneəsiz çıxış və insan kapitalının əsas amilə çevrilməsi, ölkə iqtisadiyyatının
beynəlxalq reytinqinin gücləndirilməsi və respublikamızın gəliri yüksək olan ölkələr
sırasında yer alması məqsədilə Azərbaycanda “Milli iqtisadiyyat və iqtisadiyyatın
əsas sektorları üzrə strateji yol xəritəsi” adlı qanunverici sənəd qəbul edilmişdir ki, bu
sənədin tərkibinə iqtisadiyyatın 11 sahəsi üzrə bütövlükdə 12 yol xəritəsi daxildir. Bu
sənəd hazırlanarkən Azərbaycan iqtisadiyyatı hərtərəfli şəkildə analiz edilmiş, hazırkı
vəziyyətin SWOT təhlili aparılmış, qlobal meyllər nəzərə alınmış və iqtisadiyyatın
hansı sektorlarına nə qədər kapital yatırılmalı olduğu məsələsinə aydınlıq
gətirilmişdir. Yol xəritələrinə əsasən, gələcəkdə Azərbaycanda fiskal və monetar
siyasətin uzlaşdırılmış şəkildə reallaşdırılması, xüsusilə KOS-un inkişafı, həmçinin
özəl sektorun iqtisadiyyatın “onurğa sütunu”na çevrilməsi nəzərdə tutulur və və
hazırkı şəraitdə bu istiqamətdə lazımi tədbirlər ardıcıl və sistemli şəkildə həyata
keçirilməkdədir.
Qanunlar, strategiyalar, dövlət proqramları və digər hüquqi normativ aktların
kompleks təhlilindən belə nəticə çıxarmaq olar ki, Azərbaycan dövləti qeyri-neft
sektorunun diversifikasiyasına aşağıda qeyd olunanların sayəsində müvəffəq olmaq
fikrindədir:
- qeyri-neft sahələrində idxal məhsullarını əvəz edən əmtəə istehsalçılarının
sayının artırılması
- qeyri-neft sektoru üzrə ixrac olunan məhsulların istehsalının çoxaldılması və
bu sektorda ixracın şaxələndirilməsinin təşkili
59
- regional tərəqqinin təmin olunması və regionlararası tarazlığın yaradılması
- müasir istehsal texnologiyalarının və İKT-nin iqtisadiyyata tətbiqi nəticəsində
yüksək keyfiyyətli, rəqabətədözümlü və innovasion ixrac məhsullarının
istehsalı, o cümlədən insan kapitalının inkişafı.
60
Ⅲ FƏSİL. QEYRİ-NEFT SAHƏLƏRİNİN DİVERSİFİKASİYASI
Dostları ilə paylaş: |