3.3. Qloballaşma şəraitində qeyri-neft sahələrinin inkişafı və şaxələndirilməsinin
stimullaşdırılmasının əsas istiqamətləri.
Beynəlxalq təsərrüfat mexanizminin hazırkı vəziyyəti iqtisadi inteqrasiya
proseslərinin daha da dərinləşməsi və genişlənməsini, beynəlxalq ticarətin
liberallaşdırılmasını, dövlətlərarası ticarət münasibətlərinin getdikcə istər məhsul,
istərsə də coğrafi nöqteyi-nəzərindən kəskin şəkildə fərqləndiyini açıq şəkildə büruzə
verir və birbaşa xarici investisiyaların əhəmiyyətini əks etdirir. Modern dövrdə
qloballaşma transmilli korporasiyaların getdikcə güclənməsində, kapitalın həcminin
və artım sürətinin qəflətən yüksəlməsində, eləcə də milli iqtisadiyyatların qarşılıqlı
şəkildə bir-birindən asılı hala düşməsində özünü göstərir və müasir tərəqqi
qanunauyğunluqlarından biri hesab edilir. Belə bir vəziyyətdə digər İEOÖ kimi
Azərbaycan üçün də milli iqtisadiyyatın şaxələndirilməsi, ölkə iqtisadiyyatına
yönəldilən kapitala nəzarət edərək onun stabil saxlanılması, lazım gəldikdə isə onun
76
çoxaldılması üçün ixrac qabiliyyətinin diversifikasiyalaşdırılması zəruri amillər
olaraq qiymətləndirilir. Bu proseslərin reallaşdırılmasında Azərbaycanın əsas
məqsədi milli və iqtisadi təhlükəsizliyin təmin olunması və ixrac strategiyasında
xarici iqtisadi siyasətin hüquqi və maddi əsaslarının gücləndirilməsidir ki, bu zaman
ixracın strukturunda karbohidrogen və qeyri-karbohidrogen məhsulları arasında
tarazlığın yaradılması mühüm şərt kimi çıxış edir. Azərbaycanın əlverişli iqtisadi-
coğrafi mövqeyə malik olması, bir sıra mühüm nəqliyyat dəhlizlərinin ölkəmizdən
keçməsi və s. amillər müasir şəraitdə qeyri-neft sektorunun inkişafına və onun
diversifikasiyasına müsbət təsir göstərir. İxracın strukturunda qeyri-neft bölməsi üzrə
daha çox aqrar sfera məhsullarının üstünlük təşkil etməsinə baxmayaraq, xidmət
sahələri istiqamətində də ixrac imkanları xeyli dərəcədə genişdir və qloballaşma
tendensiyalarının müşahidə olunduğu vəziyyətdə şaxələndirmə siyasəti vasitəsilə
iqtisadiyyatın rəqabətqabiliyyətliyinin yüksəldilməsi vasitələri və imkanları vardır,
eyni zamanda postneft dövründə qeyri-neft sektorunun və onun ixracının
diversifikasiyası istiqamətində qlobal çağırışlar hələ də qalmaqdadır. Milli və iqtisadi
təhlükəsizlik istiqamətində tədqiqat aparan görkəmli iqtisadçı A.Xudiyev qeyd edir
ki, Azərbaycanın ixrac etdiyi məhsulların keyfiyyəti dünya standartlarına tam cavab
vermir və məhz buna görə də hazırkı şəraitdə “üzvi” diversifikasiya, yəni təbii
şaxələndirmə demək olar ki, mümkünsüz kimi görsənir. Lakin əvvəldə də qeyd
etdiyimiz kimi, bu prosesin perspektiv yollarını və səmərəli istiqamətlərini tapmaq
mümkündür. Birincisi, Azərbaycan kifayət qədər zəngin təbii sərvətlərə, intellektual
və əmək ehtiyatlarına, yeraltı və yerüstü resurslara sahibdir, ikincisi, yüksək
potensiala malik olan bir çox qeyri-neft bölmələrinin ixrac qabiliyyətindən faydalı
istifadə edilməli və həmin sahələrin ixrac imkanları daha yaxşı tədqiq edilməlidir və
nəhayət,
üçüncüsü, Azərbaycanda qeyri-neft sektorunun, habelə ixracın
şaxələndirilməsi üzrə optimal strategiya və siyasət yürüdülməli, qlobal meyllər,
rəqabət üstünlükləri, siyasi və iqtisadi proseslər və s. mühüm amillər nəzərə alınaraq
onlara uyğun tədbirlər həyata keçirilməlidir.
77
Qeyri-neft sektorunun diversifikasiyası istiqamətində Azərbaycan Respublikası bir
sıra stimullaşdırıcı və həvəsləndirici tədbirlərdən istifadə etməlidir. İlkin olaraq qeyri-
neft sahələrində kapital qoyuluşlarının tələb olunan səviyyədə maliyyələşdirilməsi və
kreditləşdirilməsi üçün yaxşı şəraitin formalaşdırılması olduqca zəruridir. İndiki
vəziyyətdə ölkəmizdə qeyri-neft sahələrinin davamlı inkişafına problem yaradan əsas
maneələrdən biri də iqtisadiyyatda faiz dərəcələrinin səviyyəsinin olduqca yüksək
olmasıdır. Bank sektorunun gücləndirilməsi, maliyyələşmə mənbələrinin
çoxaldılması, o cümlədən faiz dərəcələrinin səviyyəsinin azaldılması yaxın və orta
perspektiv üçün Azərbaycanda qeyri-neft sahələrinin inkişafı və diversifikasiyası
baxımından vacib aspektlər olacaqdır. Doğrudur, bu istiqamətdə dövlətimiz artıq bir
sıra tədbirlər reallaşdırmaqdadır və belə tədbirlərə qeyri-neft sektorunun, xüsusilə
emal sənayesi və aqrar sferanın inkişafı üçün bəzi qurumların formalaşdırılmasını aid
etmək olar. Misal üçün, yerli sahibkarlara SKMF(Sahibkarlığa Kömək Milli Fondu)-
dən verilən güzəştli kreditlərin faiz dərəcəsi maksimum 6 faiz olur ki, bu faiz dərəcəsi
ilə ümumi faiz dərəcəsi arasında dördqat fərq mövcuddur. Zənnimizcə, Azərbaycanda
qeyri-neft sahələrinin şaxələndirilməsinin stimullaşdırılması üçün görülən tədbirlərin
ardıcıl və sistemli şəkildə həyata keçirilməsi, həmçinin güzəştli kreditlər əsasında
maliyyələşmə mənbələrinin çoxaldılması olduqca zəruridir.
Postneft dövründə Azərbaycanda qeyri-neft sahələrinin diversifikasiyası üzrə
stimullaşdırma tədbirlərinin ikinci istiqaməti həmin sahələrdə məhsul və xidmətlərin
səmərəliliyini və istehsalın faydalılığını artırmağa xidmət göstərməlidir. Ölkə
əhalisinin həyat səviyyəsinin yaxşılaşdırılması firma və müəssisələrin hazırkı
sərvətlərdən qənaətlə istifadə etmək, ən əsas isə faydalılıq dərəcəsinin çoxaldılmasına
müvəffəq olmasından bilvasitə asılıdır ki, özü-özlüyündə bu proses milli
iqtisadiyyatın rəqabətqabiliyyətliyini özündə təcəssüm etdirir. Hazırkı şəraitdə qeyri-
neft sahələrində istehsal olunan məhsul və xidmətlərin faydalılığının və keyfiyyətinin
xarici məhsullarla müqayisədə xeyli aşağı olması rəqabətdə həmin məhsul və
xidmətlərə uduzmasıyla nəticələnir. Qeyd edək ki, Azərbaycanda iqtisadi
sərvətlərdən
faydalı
istifadəni özündə kompleks şəkildə əks etdirən
78
rəqabətqabiliyyətli qeyri-neft sahələrini tez bir zamanda yaratmaq mümkün olmadığı
üçün davamlı iqtisadi tərəqqiyə təkan verən bölmələrin inkişafını dövlət öz himayəsi
altına almalıdır. Həmin sahələrdə müəssisə səviyyəsində istehsalın faydalılığının
artırılması istiqamətində dövlət tərəfindən bir çox tədbirlər reallaşdırıla bilər. Əvvəla,
qeyri-neft sahələri içərisində prioritet bölmələr üzrə yüksək ixtisaslı kadrlar
hazırlanaraq lazımi sektorlara istiqamətləndirilməlidir. Müasir şəraitdə “İnsan
kapitalı”nın inkişaf etdirilməsi, əhalinin intellektual potensialından səmərəli istifadə,
elmi-texniki, habelə texnoloji bazanın təkmilləşdirilməsi istiqamətində bir sıra
qanunverici sənədlər qəbul edilməsinə və mühüm tədbirlər görülməsinə baxmayaraq,
Azərbaycanda bir çox sahələrdə, xüsusilə xidmət sektorunda ixtisaslı kadr
çatışmazlığı hələ də hökm sürməkdədir. Əlbəttə ki, qeyri-neft sahələri və əmək
bazarının yaxşı formada əlaqələndirilməsi əksər biznesmen və sahibkarların qeyri-
neft sektorunun bölmələri üzrə fəaliyyət göstərməsində onlarda stimul yaradacaq və
bu sektorun diversifikasiyasına müsbət təsir göstərəcəkdir.
Qeyri-neft sahələrinin şaxələndirilməsinin stimullaşdırılmasına müsbət təsir
göstərən, o cümlədən həmin sahələrdə istehsalın keyfiyyətinin yüksəldilməsinə səbəb
ola
bilən
amillərdən
biri
də
Azərbaycanda
infrastruktur bölmələrinin
təkmilləşdirilməsidir. Belə ki, ölkəmizdə nəqliyyatın, rabitənin, bəzi xidmət
sahələrinin və s. infrastruktur növlərinin inkişaf etdirilməsi əsasən ölkə regionlarında
turizm, aqrar sfera, bəzi qeyri-neft sənaye sahələrinin ixrac imkanlarının artmasına,
onların rəqabətqabiliyyətliyinin yüksəlməsinə, ümumilikdə iqtisadi diversifikasiya
mexanizminin formalaşmasına əlverişli şərait yaradır. Son dövrlər Azərbaycanda
infrastruktur bölmələrinin təkmilləşdirilməsi istiqamətində reallaşdırılan işlər qeyri-
neft sektorunun şaxələndirilməsinə və onun tərəqqisinə öz müsbət təsirini
göstərməkdədir. Həm yerli sahibkarların, həm də xarici investorları regionlara meyl
etməsinin əsas səbəblərindən biri aqrar sektorda dövlətin məhsulları uzun müddət
saxlaya bilən anbarların yaradılması və hüquqi işlərdə məsləhət və yardım göstərən
ixtisaslaşmış orqanın, habelə “Aqrarlizinq” ASC-nin fəaliyyətə başlamasıdır.
Bununla yanaşı, subsidiyalaşma prosesinin həyata keçirilməsi və vergi güzəştlərinin
79
müəyyənləşdirilməsi, eləcə də son illər ölkəmizdə vergilərin dərəcəsinin və sayının
azaldılması qeyri-neft sahələrinin şaxələndirilməsi üzrə stimullaşdırma tədbirlərindən
biri hesab edilə bilər. Lakin, mənfi hal ondan ibarətdir ki, məhz vergilər hesabına
qeyri-neft sektorunun şaxələndirilməsi prosesinin reallaşdırılması tam olaraq
mümkün deyil. Baxmayaraq ki, ölkəmizdə qeyri-neft sektoru üzrə vergi dərəcələri
başqa dövlətlərə nəzərən daha aşağı səviyyədədir, enerji daşıyıcılarının qiymətlərinin
həddindən artıq çox olması bu sektorda inkişafa və şaxələndirmə siyasətinə problem
yaradır. Yaxın perspektivdə maaşların və bəzi xidmət sektorları üzrə tariflərin
yüksəlməsinin gözlənilməsi, müəssisələrin sosial funksiyalarının çoxalması və digər
amillər maya dəyərinə və istehsal xərclərinə təsir göstərəcək ki, bunun da nəticəsində
qiymət artımı baş verəcək. Bu isə öz növbəsində rəqabətqabiliyyətliyin
yüksəldilməsi, qeyri-neft sektorunun diversifikasiya mexanizminin formalaşdırılması
və həmin sektorda istehsal olunan məhsulların ixrac imkanlarının genişləndirilməsi
işlərinə mane olacaq. Ona görə də hal-hazırkı şəraitdə kapitalın qeyri-neft
bölmələrinə cəlb edilməsini özündə əks etdirən və bu bölmələrdə istehsalın
faydalılığını artıra bilən səmərəli stimullaşdırma sisteminin formalaşdırılması
ölkəmiz üçün ən aktual məsələlərdən hesab olunmalıdır. Eyni zamanda qloballaşma
meyllərini nəzərə alaraq qeyri-neft sahələrinin şaxələndirilməsinin stimullaşdırılması
istiqamətlərinin özündə təcəssüm etdirən bu mexanizmin zaman keçdikcə
təkmilləşdirməsi işi də olduqca zəruridir. Mövcud sahədə nəzərdə tutulmuş hədəflərə
nail olmaq üçün müasir xarici texnologiyaların, eləcə də bəzi xarici müəssisələrin
alınması vasitəsilə daxili istehsalın texniki-iqtisadi keyfiyyətinin yüksəldilməsi
istiqamətində firma və müəssisə xərclərinin müəyyən qisminin dövlət tərəfindən
ödənilməsi işinin praktikada reallaşdırılması məqsədəmüvafiq hal olardı.
Azərbaycanda qeyri-neft sahələrinin şaxələndirilməsinin stimullaşdırılmasının
üçüncü istiqaməti həmin sahələrdə risklərin minimuma endirilməsiylə bağlıdır. Eyni
zamanda, bu istiqamətdə dövlət qayğısı qeyri-neft bölmələrində istehsalın
faydalılığının artması ilə nəticələnir. Qeyd edək ki, qeyri-neft bölmələrində risklərin
sığortalanması və minimuma endirilməsi xarici və yerli investorların diqqətini cəlb
80
etməklə yanaşı, daha ucuz kapitalı iqtisadiyyata yönəltməyə, eləcə də tərəf
müqabilləri ilə aparılan əməliyyatların az xərclə reallaşdırılmasına şərait yaradır.
Modernizasiya
və
qloballaşma
dövründə
Azərbaycanda
iqtisadiyyatın
diversifikasiyasının stimullaşdırılması tədbirlərinin “Onurğa sütununu”, sözsüz ki,
investisiya siyasətinin restrukturizasiya edilərək müasir tələblərə uyğun şəkildə
yürüdülməsi təşkil edir və bunun üçün reallaşdırılması vacib olan tədbirlərə
investisiyalara nəzarət mexanizminin təkmilləşdirilməsi, keyfiyyətli rəqabət
mühitinin formalaşdırılması, məhsul və xidmətlərin rəqabətqabiliyyətliyinin
yüksəldilməsi, Azərbaycanın ixrac potensialının çoxaldılması istiqamətində işlərin
görülməsi, eləcə də İKT sektorundan istifadənin daha da genişləndirilməsini aid
etmək olar. Bununla yanaşı, ölkəmizdə qeyri-neft bölmələrinin inkişafı və
diversifikasiya mexanizminin formalaşdırılması üçün bir çox potensial sektorlar
vardır. İndiki şəraitdə birbaşa xarici investisiyaların əsasən üç növ iqtisadiyyat
sahələrinə yönəldilməsi prioritet hesab olunmalıdır:
Dostları ilə paylaş: |