Regionların ənənəvi və spesifik xidmət sferaları, həmçinin istehsal bölmələri:
Buraya aqrar və turizm sektoru, yüngül və yeyinti, kimya, maşınqayırma və
metallurgiya sənayesi sahələri, nəqliyyat və loqistika, eləcə də elektron avadanlıqlar
və elektrik məhsulları istehsalını aid etmək olar.
ETT-nin ən son nailiyyətlərinə əsaslanan fəaliyyət bölmələri: Azərbaycan
iqtisadiyyatının rəqabətqabiliyyətliyini çoxaltmaq, elmtutumlu sənaye sahələri
formalaşdırmaq məqsədilə nano və biotexnologiyalara, İKT sektoruna, əczaçılıq və
kosmik sənayeyə, sənaye parkları və klasterlərinə, alternativ enerji mənbələrinə,
külək və günəş, habelə bioenerji parklarına birbaşa xarici investisiyaların cəlb
olunması vacib məsələdir.
İdxalı əvəz edən istehsal sahələri: Yerli tələbatı ödəmək istiqamətində ölkəmizə
idxal edilən əmtəələrin daxili istehsalla əvəzlənməsi və orta perspektivdə həmin
məhsulların dünya bazarına ixrac edilməsi məqsədilə birbaşa xarici investisiyaların
zəruri fəaliyyət bölmələrinə yönəldilməsi postneft dövrü şəraitində ən aktual
81
amillərdən biridir. Respublikamızda qeyri-neft sənayesinin tərəqqisi ilə bağlı
reallaşdırılan proqramlar və görülən işlər iqtisadiyyatın şaxələndirilməsi, o cümlədən
modern sənaye sektorlarının inkişafına əlverişli şərait yaratmalıdır.
Azərbaycanda qeyri-neft sektorunun diversifikasiyasını stimullaşdıran və onun
inkişafını təmin edən əsas alətlərdən biri də qiymətlərin səviyyəsinə nəzarət edilməsi
və bu istiqamətdə tənzimlənmə prosesinin həyata keçirilməsidir. Burada ilk növbədə,
dövlət müəssisələrinin və yerli sahibkarların bazara çıxardığı məhsulların,
infratruktur sahələrinin göstərdikləri xidmətlərin, həmçinin dövlət sifarişləri və
kontrakt sisteminin qiymətlərindən söhbət gedir. Əlbəttə ki, bütün bu tədbirlərin
həyata keçirilməsi və inflyasiya templərinə nəzarət, inhisarçılığa qarşı mübarizə, yerli
bazarın xarici təhlükələrdən mühafizəsi rəbaqət mühitinin formalaşmasına və xarici,
hahelə daxili sahibkarların qeyri-neft bölmələrinə yatırım etməsiylə nəticələnəcək.
Belə qənaətə gəlmək olar ki, Azərbaycanda olan enerji daşıyıcılarının və infrastruktur
sahələrinin göstərdiyi xidmətlərin ümumi qiymətləri dünya səviyyəsindəki
qiymətlərdən aşağı olarsa, istehsal xərclərinin xeyli dərəcədə azalması və
iqtisadiyyatın rəqabətqabiliyyətliyinin yüksəlməsi hesabına qeyri-neft sahələrinin
şaxələndirilməsi, eləcə də həmin sahələrdə istehsal olunan məhsulların ixrac edilməsi
imkanları əhəmiyyətli dərəcədə artar.
Azərbaycanda milli iqtisadiyyatın tərəqqisi naminə qeyri-neft bölmələrinin
şaxələndirilməsinin həvəsləndirici tədbirləri sırasına vergi dərəcələrinin və gömrük
rüsumlarının aşağı endirilməsidir. Regionlarda sosial-iqtisadi tərəqqiyə nail olmaq və
KOS-un dayanıqlı milli inkişaf modelinin hərəkətverici qüvvəsinə çevrilməsi üçün
vergi qanunvericiliyi təkmilləşdirilərək sahibkarlıq fəaliyyəti ilə məşğul olanlardan
və fiziki şəxslərdən alınan verginin miqdarı azaldılmışdır. Belə ki, fiziki və hüquqi
şəxslər əmlak vergiləri və ƏDV-dən, hüquqi şəxslər isə əlavə olaraq mənfəət
vergisindən tamamilə azad edildi. Vergi qanunvericiliyi və sistemində aparılan
islahatlar, eləcə də təkmilləşdirmə işləri regionlarda sahibkarlığın tərəqqisinə müsbət
təsir göstərməklə yanaşı, qeyri-neft bölmələrinin də inkişafına stimul verəcəkdir.
82
Gömrük qanunvericiliyinin təkmilləşdirilməsi nəticəsində isə ölkədən xaricə ixrac
olunan məhsullara görə hər hansı gömrük rüsumu ödənilmir və yalnız strateji
əhəmiyyətə malik əmtəələrdən həcminə müvafiq şəkildə ixracat vergisi alınır.
Ümumilikdə yerli sahibkarlardan hansısa biri öz məhsulunu xarici bazarlara çıxarmaq
istəsə ondan nəinki gömrük rüsumları, eləcə də Aksiz vergisi və ƏDV, eləcə də yol
vergisi tutulmur. Hal-hazırkı şəraitdə həm gömrük, həm də ki vergi məcəlləsinin
təkmilləşdirilməsi işləri davam etdirilir və bu hal qeyri-neft bölmələri üzrə
şaxələndirmə siyasətinin əsas stimullaşdırıcı tədbirlərindəndir.
Postneft erası dövründə Azərbaycan Respublikasında qeyri-neft sektorunun
diversifikasiyasının stimullaşdırılmasının modern istiqaməti həmin sektorun
bölmələri üzrə tədqiqat aparan elm adamlarının maddi yardımlarla həvəsləndirilməsi,
innovasion sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyənlərə xüsusi imtiyazların
verilməsi, sənaye zonalarının, elmi parkların və müasir təhsil obyektlərinin
yaradılması, həmin müəssisələrə xarici mütəxəssis cəlb edilərək yerli kadrların
formalaşdırılması və ən nəhayət bu işdə iştirak edib uğur qazananlara külli miqdarda
maliyyə yardımlarının verilməsi sayılmalıdır. Bundan əlavə qeyd edək ki, hal-hazırkı
şəraitdə
ölkəmizdə
qeyri-neft
sektorunun
diversifikasiya
mexanizminin
formalaşdırılması və onun stimullaşdırılması tədbirləri ilə paralel olaraq həmin
sektorun ixracının şaxələndirilməsi strategiyası da həyata keçirilməlidir və həmin
strategiyanın 4 mühüm istiqamətdə reallaşdırılmasını məqbul hesab etmək olar.
Həmin istiqamətlərə rəqabətqabiliyyətliyin yüksəldilməsi, Azərbaycan brendlərinin
formalaşdırılması və dünya bazarında tanınması, marketinq siyasəti vasitəsilə xarici
bazarlarda ölkə məhsullarının və xidmətlərinin təşviq edilməsi, həmçinin ixracın
stimullaşdırılması və həvəsləndirilməsi aiddir.
Sonda onu qeyd edək ki, Azərbaycanın müasir iqtisadi tərəqqi meylləri və strateji
məqsədləri milli iqtisadiyyatın daha çox modernləşdirilməsini və şaxələndirilməsini
tələb edir. Məhz buna görə də həm ümumilikdə iqtisadiyyatın, həm də qeyri-neft
83
sektorunun
diversifikasiyası
mexanizminin
təkmilləşdirilməsi
prosesini
reallaşdırarkən aşağıdakı mühüm şərtlərin nəzərə alınması olduqca zəruridir:
- Ölkə iqtisadiyyatının mühüm bazar iqtisadiyyatı prinsipləri və funksiyaları
yarandığından onun müasir kəmiyyət və keyfiyyət pilləsinə yüksəlməsi
prioritetlərinin həyata keçirilməsi, ixracın artırılması məqsədilə müasir və
rəqabətqabiliyyətli məhsuldar müəssisələrin yaradılması və onların sayının
artırılması;
- Milli iqtisadiyyatın əsas funksiyalarını dəyişdirmədən fərqli və modern iqtisadi
tərəqqi göstəricilərinin müəyyən edilməsi, yeni idarəetmə metodları və
texnologiyalar vasitəsilə innovasiya və ixracyönümlü iqtisadi inkişaf modelinin
formalaşdırılması prosesinin sona çatdırılması;
- Azərbaycan iqtisadiyyatının neft-qaz sektoru ilə əlaqədar olmayan
imkanlarının yenidən müəyyənləşdirilməsi, bu sektordan gələn gəlirlərin qeyri-
neft sahələrinin inkişafına yönəldilməsi işinin intensivləşdirilməsi;
- Qeyri-neft bölmələrinin ixrac imkanlarının yüksəlməsinə şərait yaradan
iqtisadiyyat sahələrinin davamlı və dayanıqlı tərəqqisinin təmin edilməsi, bu
sektorun ixracının həvəsləndirilməsi və stimullaşdırılması, ixrac qabiliyyətinin
tənzimlənməsinin səmərəli sistemlərinin hazırlanması, eləcə də həmin
sistemlərin təkmilləşdirilməsi istiqamətlərinin əvvəlcədən müəyyən edilməsi;
- Milli iqtisadiyyatın diversifikasiya mexanizminin təkmilləşdirilməsi zamanı
xarici təcrübədən yararlanmaq, daxili və xarici amillərdən, həmçinin özəl və
dövlət sektorun imkanlarından səmərəli istifadə oluması.
Sonda qeyd etmək lazımdır ki, postneft erası şəraitində Azərbaycanda
şaxələndirmə üzrə həyata keçirilən ardıcıl və sistemli tədbirləri qənaətbəxş hesab
etmək olar. Buna rəğmən, stimullaşdırıcı və həvəsləndirici işlər davam etdirilməli,
iqtisadiyyatın zəif yerləri müəyyən edilərək lazımi tədbirlər görülməli, qanunvericilik
bazası və dövlət siyasəti yaxşılaşdırılmalı və ən nəhayət, diversifikasiya
mexanizminin formalaşdırılmasında xarici təcrübədən geniş istifadə olunmalıdır.
|