Şükürova Solmaz Gülağa qizi (magistrantin a. S. A)



Yüklə 1,11 Mb.
Pdf görüntüsü
səhifə18/21
tarix20.05.2022
ölçüsü1,11 Mb.
#58756
1   ...   13   14   15   16   17   18   19   20   21
Qeyri-neft sahələrinin diversifikasiyasının mexanizmləri və onun təkmilləşdirilməsinin əsas istiqamətləri

NƏTİCƏ VƏ TƏKLİFLƏR 
Dissertasiya mövzusu ilə bağlı aparılan təhlil və araşdırmalar, müxtəlif elmi-
praktiki materiallar və elmi-nəzəri məlumatların kompleks şəkildə tədqiq edilməsi 
nəticəsində gəldiyimiz nəticələr aşağıdakılardır: 
- Bazar iqtisadiyyatına keçidin ilk illərində yaranmış gərgin iqtisadi-siyasi və 
sosial vəziyyət ölkəyə xarici kapitalın gətirilməsini zəruri edirdi ki, “Əsrin 
müqaviləsi” nəticəsində Azərbaycan iqtisadiyyatına axan neft gəlirləri 
makroiqtisadi sabitliyin yaranmasına, xarici və yerli sərmayədarların 
vəsaitlərinin ÜDM-dəki payının artmasına, eləcə də digər iqtisadiyyat 
bölmələrinin tərəqqisinə müsbət təsir göstərdi. Ancaq Azərbaycan 
iqtisadiyyatının tərəqqisinin yalnız neft-qaz sektorundan mütləq asılı olması 
normal qarşılana bilməzdi və öklə iqtisadiyyatı üçün “Holland sindromu” 
təhlükəsi 
formalaşdırdı. Hal-hazırkı şəraitdə qeyri-neft bölmələrinin 
şaxələndirilməsi, iqtisadiyyatın tərəqqisinin neft hesabına olmasının yox 
edilməsi kimi məsələlər Azərbaycanın reallaşdırmalı olduğu ən aktual işlərdir; 
- Qloballaşma 
tendensiyaları, xarici təhlükələrin çoxalması, BƏB-in 
genişlənməsi səbəbiylə əlaqədar yerli məhsulların rəqabətə dözümlülük 
səviyyəsinin yüksəldilməsinə, milli təhlükəsizliyin təmininə, yerli bazarın 
mühafizəsi, dayanıqlı sosial-iqtisadi tərəqqiyə və qeyri-neft bölməsinin 
davamlı yüksəlişinə müvəffəq olmaq iqtisadi siyasət üzrə vacib prioritetlərdir; 
- Xarici və yerli sərmayədarların qeyri-neft bölmələrinə cəlb olunması, münbit 
biznes və sahibkarlıq şəraitinin yaradılması, qeyri-neft bölmələrinin regional 
tərəqqisi naminə Azərbaycan Respublikası infrastrukrunun yenilənməsi, 
müasir standartların tələblərinə müvafiq nəqliyyat və rabitə, həmçinin elektron 
xidmət sahələri üzrə və başqa müxtəlif tədbirlər reallaşdırmaqdadır; 
- Azərbaycan Respublikası qeyri-neft bölmələrinin tərəqqisinə nail olmaq və 
onların ixrac qabiliyyətini yüksəltmək istiqamətində bir sıra islahatlar 
reallaşdırır və müasir qanunverici sənədlər hazırlayır, eyni zamanda əvvəlkilərə 


85 
zəruri düzəliş və əlavələr edir. Regional proqramlar, investisiya və 
sahibkarlıqla bağlı qüvvəyə minən bir çox qanunlar,strateji yol xəritələri, 
inkişaf konsepsiyaları, eləcə də yardım göstərən fondlar və məsləhətverici 
təşkilatların yaradılması dediklərimizə nümunə olaraq göstərilə bilər; 
- İxracın stimullaşdırılması, qeyri-neft bölmələrində istehsal olunan məhsulların 
beynəlxalq bazarlara çıxarılması, şaxələndirmə üzrə həvəsləndirici işlərin 
reallaşdırılması üçün gömrük və vergi qanunvericiliyi bəzi əlavələr edərək 
təkmilləşdirilmişdir və bu anlamda ardıcıl və sistemli islahatların aparılması 
mühüm aspektlərdəndir; 
- İnnovasiya və ixracyönümlü, eləcə də rəqabətə dözümlü olan milli iqtisadi 
tərəqqi modelinin yaradılması naminə Azərbaycan modernləşmə, sənayeləşmə 
və qeyri-neft siyasətlərini vəhdət halında həyata keçirir, intellektual potensial 
və “İnsan kapitalı” resurslarından effektiv istifadə edir, sənaye klasterləri və 
innovasiya zonaları, habelə elmi-tədqiqat müəssisələri yaratması işini davam 
etdirir, bu istiqamətdə həvəsləndirmə layihələri hazırlayır və ən nəhayət, 
təhsilin keyfiyyətini yüksəldərək modern şəraitdə yüksək ixtisaslı kadrlar 
formalaşdırır; 
- Son nəticə olaraq qeyd edək ki, həyata keçirilən düzgün siyasət, lazımi 
bölmələrin tərəqqisinə nail olunması, dünya iqtisadiyyatındakı templərin və 
qlobal çağırışların nəzərə alınması orta perspektivdə Azərbaycanın təyin etdiyi 
məqsəd və hədəflərə müvəffəq olmasına gətirib çıxaracığını gözləmək olar. 
Qeyd etdiyimiz nəticələrlə bərabər, Azərbaycanda qeyri-neft bölmələrinin 
şaxələndirilməsi mexanizminin təkmilləşdirilməsi üçün aşağıdakı tövsiyyə və 
məsləhət xarakterli təkliflər verə bilərik: 
- Milli 
iqtisadiyyatımızın 
dayanıqlı 
tərəqqisi, 
rəqabətqabiliyyətliyin 
yüksəldilməsi, daxili bazarda sağlam rəqabət şəraitinin yaradılması, 
sahibkarların həvəsləndirilməsi və yerli bazarın müdafiəsi məqsədilə 
qanunverici mexanizm, habelə dövlət qayğısı sistemi təkmilləşdirilməlidir; 


86 
- Dövlətin həyata keçirdiyi iqtisadi və struktur siyasəti modern ETT-nin istehsal 
bölmələrinə tətbiqinə, kapitalın qeyri-neft bölmələrinə cəlb olunmasına, 
regionlarası natarazlığın yox edilməsinə və təsərrüfat münasibətlərinin 
yaxşılaşdırılmasına, yeni sənaye klasterləri və innovasiya zonalarının 
formalaşdırılmasının həvəsləndirilməsinə istiqamətləndirilməlidir; 
- Ölkə əhalisinin həyat keyfiyyətinin və yaşayış səviyyəsinin, həmçinin sosial-
iqtisadi 
tərəqqisinə 
müvəffəq olmaq üçün qeyri-neft bölmələrinin 
şaxələndirilməsi istiqamətləri beynəlxalq müstəvidə baş verən tərəqqi 
meyllərinə uyğunlaşdırılmalı, bəzi bölmələrdə, ələlxüsus iqtisadi hüquq 
bölməsində rəqabətə dair yeni qanunverici sənədlər qəbul olunmalıdır, eləcə də 
ölkənin xarici iqtisadiyyatlara daha effektiv inteqrasiyası və ixracın idxalı 
üstələməsi naminə xarici ticarətin quruluşu şaxələndirilməlidir; 
- İdxalın yerli məhsullarla əvəz olunması, daxili bazarda effektivliyin 
çoxaldılması, qeyri-neft bölmələrinin və ixracın şaxələndirilməsi, ixrac 
məhsullarının keyfiyyətinin yüksəldilməsi üçün zəruri işlər görülməli, habelə 
qeyri-neft bölmələrinin və ixracın şaxələndirilməsi mexanizminin və 
qanunvericilik sisteminin təkmilləşdirilməsi məqsədilə beynəlxalq təcrübədən 
mütləq şəkildə yararlanmalı və bu zaman milli maraqlar nəzərə alınlamıdır. 

Yüklə 1,11 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin