4
GİRİŞ
Mövzunun aktuallığı. Müasir dövrdə milli iqtisadiyyatı
inkişaf etdirmək üçün
ölkə iqtisadiyyatını hərtərəfli inkişaf etdirən iqtisadi siyasət həyata keçirmək,
ixrac
yönümlü milli iqtisadiyyatı formalaşdırmaq, dünya bazarına rəqabətqabiliyyətli
məhsul çıxarmaq, ölkə iqtisadiyyatının neftdən asılılığının
minimum endirmək və
qeyri-neft sektorunun diversifikasiyası ən mühüm prioritetlərdəndir.
Keçid dövrünün əvvəllərində Azərbaycanın dünya iqtisadiyyatına inteqrasiyası və
xarici investisiyaların ölkə iqtisadiyyatına cəlb edilməsində yalnız neft sektoruna
istinad edilməsi düzgün çıxış yolu olmamışdır.
Məhz bunun nəticəsində ölkə
iqtisadiyyatının bir amildən asılılığı problemi yaranmış və bu problem qlobal
maliyyə böhranı zamanı özünü büruzə vermişdir. Milli gəlirlərində neft ixracı mühüm
yer tutan ölkələr neft qiymətlərindəki dəyişikliklərdən
müsbət və mənfi təsirlərə
məruz qalırlar. Bu problemin həlli üçün ölkələr ixrac etdikləri məhsul çeşidini
atrıraraq ixrac gəlirlərində artıma və iqtisadi stabilliyə nail ola bilərlər.
Qeyri-neft sahələrinin diversifikasiyası iqtisadi artımı
sürətləndirməklə bərabər
dolayı olaraq adambaşına düşən real gəliri artırmağa və bunun da nəticəsində ölkə
əhalisinin iqtisadi rifah səviyyəsinin yüksəlməsinə səbəb olur.
Son illər ölkəmizdə
aparılan iqtisadi siyasətin nəticəsi kimi qeyri-neft sahələrinin inkişafına xüsusi diqqət
yetirilməklə yanaşı bəzi istehsal və xidmət sahələri inkişaf etdirilmişdir. Aparılan
islahatlar nəticəsində 2013-cü ildən sonrakı dövrdə qeyri-neft sahələrinin ÜDM-dəki
xüsusi çəkisi artmağa başlamışdır. Bu aspektdən dissertasiya işi Azərbaycanda qeyri-
neft
sahələrinin
şaxələndirilməsi
istiqamətləri
və
bu
istiqamətlərin
təkmilləşdirilməsini əhatə edən və ölkəmiz üçün strateji baxımdan mühüm əhəmiyyət
kəsb edən mövzuya həsr edilmişdir.
Dostları ilə paylaş: