1.2. Müasir dövrdə Azərbaycanda qeyri-neft sahələrinin inkişafını təmin
edən başlıca amil və şərtlər.
Öz müstəqilliyini yenicə bərpa etmiş Azərbaycan Respublikası iqtisadi, sosial və
siyasi gərginliyin astanasında olmasına baxmayaraq Ümumilli Liderimiz Heydər
Əliyevin müdrik siyasəti nəticəsində bu vəziyyətdən çıxmağa tədricən nail oldu. Ölkə
iqtisadiyyatında irimiqyaslı böhranın yaranması və dərinləşməsi, sosial
çaxnaşmaların yaratdığı fəsadlar, xarici təhlükələrin Azərbaycanın iqtisadi və milli
təhlükəsizliyinə ciddi problemlər yaratması, sahəvi və regional disproporsiyaların
geniş vüsət alması şəraitində respublikamızın qarşısında duran ən mühüm məsələ
bütün bu proseslərin qarşısının alınması idi. 1994-cü ildə imzalanmış “Əsrin
müqaviləsi” Azərbaycan ərazisinə külli miqdarda xarici sərmayələrin cəlb edilməsi
ilə nəticələndi. Həmçinin bundan daha öncə ölkə iqtisadiyyatına xarici
investisiyaların cəlb edilməsi məqsədilə qəbul edilən qanunlar Azərbaycanda neft
sektorunun inkişafına təkan verməklə yanaşı, qeyri-neft sahələrinin inkişafı üçün
zəmin yaratmış oldu. 90-cı illərin ikinci yarısından etibarən Azərbaycanda
makroiqtisadi sabitlik, eyni zamanda sosial və siyasi gərginliyin aradan qaldırılması
dövrünü müasir şəraitdə iqtisadiyyatın qeyri-neft sektorunun inkişafını təmin edən
başlıca amil və şərtlərin bünövrəsi kimi xarakterizə etmək olar. Qeyd edilən dövrdə
Azərbaycan iqtisadiyyatında struktur və keyfiyyət dəyişikliklərinin reallaşdırılaraq
onun bazar iqtisadiyyatının prinsiplərinə uyğun şəkildə yenilənməsinə ehtiyac
duyulurdu ki, aqrar islahatların həyata keçirilməsi, əsas aktlar və qanunların qəbul
edilməsi, özəlləşdirmə proqramlarının qeyri-neft sahələrinə tətbiqi, qiymətlərin və
xarici ticarət fəaliyyətinin liberallaşdırılması, sərt pul-kredit, habelə valyuta
siyasətinin aparılması, vergi və gömrük qanunvericiliyinin təkmilləşdirilməsi, xarici
və daxili investisiyalar üçün əlverişli iqtisadi-hüquqi bazanın yaradılaraq riskin
azaldılması, həmçinin neft gəlirlərindən səmərəli istifadə edilməsi həmin istiqamətdə
atılan addımların başlanğıcı idi. Bütün bu tədbirlərin ardıcıl və nizamlı şəkildə həyata
keçirilməsi 21-ci əsrin ilk onilliyinin sonlarında Azərbaycanda keçid dövrünün başa
çatması ilə yanaşı qeyri-neft sahələrinin inkişafı, həmçinin iqtisadiyyatın
21
diversifikasiyası üçün lazım olan amil və şərtləri özündə ehtiva edən sosialyönümlü
milli iqtisadi inkişaf modelinin formalaşmasına səbəb olmuşdur.
Qeyri-neft bölməsinin tərəqqisini təmin edərək ona təkan verən amillər sırasına,
heç sözsüz ki, Azərbaycan Respublikasının həm regional, həm də ki qlobal müstəvidə
xarici iqtisadiyyata effektiv şəkildə inteqrasiya etməsi, o cümlədən bu istiqamətdə bir
çox nüfuzlu təşkilatlarla tərəfdaşlığın və əməkdaşdılığın təşkilinin reallaşması hesab
oluna bilər. Müstəqillik illərinin əvvəllərindən etibarən ölkəmiz EKO, İKT, QİƏT,
MDB və bir sıra digər təşkilarla əməkdaşlıq etməyə başlamış, həmçinin BVF, AYİB,
İİB-ə üzv olaraq qəbul edilmiş, o cümlədən ÜTT-nin nəzdində müşahidəçilərdən biri
olmuşdur. İKT-nin tərkibində olan maliyyə qurumları milli iqtisadiyyatımızın bəzi
bölmələrinin, ələlxüsus kənd təsərrüfatının tərəqqisi naminə külli miqdarda sərmayə
yatırımları etmişlər. 20-ci əsrin 90-cı illərin sonlarında Azərbaycanda qeyri-neft
bölmələrinin tərəqqisində və milli iqtisadiyyatımızın effektiv inteqrasiya etməsi
prosesində EKO-nun rolunu qeyd etmək lazımdır. Bu təşkilatın əsas məqsədi üzv
ölkələrdə iqtisadiyyatın zəif inkişafı ilə seçilən bölmələrinin tərəqqisi naminə həmin
ölkənin səlahiyyətli orqanları ilə birlikdə təhlillər apararaq ayrı-ayrı proqram və
layihələr formalaşdırmaqdır ki, EKO-nun tərkibində nəzərdə tutulan işlərin
reallaşdırılmasına nəzarət funksiyasını yerinə yetirən 8 komitə fəaliyyət göstərir.Qeyd
edilən dövrdə həmin komitələr Azərbaycan regionlarında iqtisadiyyatın prioritet və
perspektivli sahələrinə aid zəruri proqramlar, eləcə də layihələr yaradaraq
planlaşdırılan işlərin həyata keçirilməsinə köməklik göstərmişlər. Bundan savayı,
Azərbaycanın neft-qaz bölməsindəki məhsulların istifadəyə verilən bir sıra boru
kəmərləri vasitəsilə Avropa və dünya bazarında satışa çıxarılması nəticəsində bu
sektordan ölkə iqtisadiyyatına gələn gəlirlərin qeyri-neft sahələrinin tərəqqisi naminə
sərf edilməsi bu sektorun yeni tərəqqi pilləsinə keçidini təmin etmişdir.
Qeyri-neft sahələrinin inkişafında ən vacib meyllərdən biri regionlarda iqtisadi
aktivliyin yüksəldilməsi, onların dünya iqtisadiyyatına inteqrasiyasının təşkil
edilməsi və ixrac potensialından səmərəli istifadəsi olduğunu nəzərə alan Azərbaycan
22
Respublikası davamlı və sabit iqtisadi siyasət yürütmüş, xüsusilə son 12 il ərzində
irimiqyaslı tədbirlər reallaşdırmış və regional proqramlar qəbul edərək onları həyata
keçirmişdir. Dövlət əhəmiyyətli proqram olan 1-ci regional proqram çərçivəsində
ölkə regionlarında infrastruktur obyektləri yenidən qurularaq qeyri-neft sahələrinin
inkişafı üçün zəruri olan əlverişli mühit yaradılmışdır. Ardıcıl olaraq qəbul edilmiş və
reallaşdırılmış 2-ci Dövlət Proqramında əsas məqsədlər hər regionun ayrılıqda
spesifik iqtisadiyyat bölmələrinin dirçəldilməsi, modern tipli müəssisələrin və dünya
standartlarına cavab verən istehsal strukturunun qurulması istiqamətində lazımi
addımların atılması olmuşdur ki, Azərbaycan respublikası bütün bu zəruri məsələləri
uğurla həyata keçirməyi bacarmışdır. Məhz bunun da nəticəsi olaraq regional
disproporsiyalar effektli dərəcə aradan qaldırılmış, qeyri-neft sektorunun davamlı və
dayanıqlı inkişafına güclü təkan verə biləcək iqtisadi sistem formalaşdırılmış və
ÜDM-də neftin xüsusi çəkisi azalmağa başlamışdır. Nəhayət, hal-hazırda da
reallaşdırılması həyata keçirilən üçüncü regional proqramın əsas prioritetləri qeyri-
neft sahələrinin şaxələndirilməsi siyasəti, bu sahədə istehsal olunan məhsulların
rəqabətqabiliyyətliliyinin
yüksəldilməsi,
ixracyönümlü
milli
iqtisadiyyatın
formalaşdırılması, sosial-iqtisadi inkişafın modern mərhələsinə qədəm qoyulması və
başqa məsələlərlə birbaşa olaraq əlaqədardır ki, qeyd edilən məsələləri müasir dövrdə
qeyri-neft sektorunun inkişafının başlıca təminatçılarından biri kimi xarakterizə
etmək olar[2 səh 47].
Qloballaşma tendensiyalarının müşahidə olunduğu şəraitdə Azərbaycanda qeyri-
neft sektorunun inkişafına şərait yaradan amillər siyahısına ölkədə xüsusi sahibkarlar
təbəqəsinin yaradılması və əlverişli biznes mühitinin formalaşdırılmasını da adi
etmək mümkündür. Sahibkarlığın inkişaf etdirilməsi qeyri-neft sektorunun yüngül,
yeyinti və kimya sənayesi bölmələrinin inkişafı üçün əlverişli şərait yaratmaqla
yanaşı, işsizliyin və yoxsulluğun azaldılması, daxili tələbatın daha çox yerli istehsal
tərəfindən ödənilməsi və əhalinin sosial rifahınınlm artmasına səbəb oldu. Hələ
bünövrəsi ötən əsrin sonlarında qoyulan sahibkarlar təbəqəsinin formalaşdırılması
proseslərinin icrasında ilk addımlar ardıcıl və sistemli şəkildə həyata keçirilən
23
özəlləşdirilmə proqramları, eləcə də əvvəlcə kiçik və orta sahibkarlığın, daha sonralar
iri sahibkarlığın inkişafı üçün ilkin hüquqi bazanın yaradılması hesab edilə bilər.
Vacib məqamlardan biri ondan ibarətdir ki, qeyri-neft bölmələrinin tərəqqisinə
münbit şəraitin formalaşdırılması, həmçinin xarici və yerli sahibkarların iqtisadi
fəaliyyətinin hüquqi bünövrəsini hələ 90-cı illərin ilk yarısında investisiya haqqında
qəbul edilmiş 2 mühüm qanun təşkil edir. Bu qanunlar AR Konstitusiyasının
prinsiplərinə müvafiq şəkildə tənzimləmə prosesinin həyata keçirilməsi üçün istifadə
olunur və Konstitusiyamızda mülkiyyətin toxunulmazlığı, habelə onun dövlət
tərəfindən mühafizə olunmasının əks edilməsi həm yerli, həm də ki xarici sahibkarlar
və investorların diqqətini cəlb etməyə bilməzdi. Bunlarla yanaşı, stimullaşdırıcı və
həvəsləndirici işlərin görülməsi qeyri-neft sektorunun tərəqqisinə şərait yaradan
əhəmiyyətli vasitə olaraq qeyd edilə bilər. Eyni zamanda, ölkənin ayrı-ayrı
bölgələrində infrastruktur bölmələrinin təkmilləşdirilməsi, sahibkarlığa və rəqabət
mühitinə dair lazımi qanunların qəbulu, sahibkarlara öz iqtisadi fəaliyyətlərində
kömək göstərən dövlət orqanının yaradılması, gömrük və vergi qanunvericiliyə
müyyən düzəliş və əlavələrin edilməsi və başqa vacib tədbirlər respublikamızda
iqtisadiyyatın qeyri-neft bölməsinin inkişafına əhəmiyyətli dərəcədə təsir göstərən
amillərdəndir.
Modern dünyada İEOÖ öz iqtisadiyyatını inkişaf etdirmək üçün daha çox
birbaşa xarici investisiyaları cəlb etmək istiqamətində mühüm addımlar atırlar.
Hazırkı şəraitdə Azərbaycanda qeyr-neft sahələrinin inkişafına əhəmiyyətli dərəcədə
təsir edən proseslərin sıçrayışlı artım templəri yaxın keçmişdə ölkədə əlverişli biznes
və investisiya mühitinin yaradılması, respublika ərazisində sosial və siyasi sabitliyin
bərqərar olması, özəl bölməyə dövlət qayğısının artması, qeyri-neft sektorunun ixrac
potensialından səmərəli şəkildə istifadə edilməsi tədbirlərinin həyata keçirilməsi,
dövlət büdcəsindən təhsilin, eləcə də elmi tədqiqat işlərinə daha çox xərc ayrılması,
antiinhisar siyasəti nəticəsində rəqabətin təmin edilməsi, həmçinin dövlətin səmərəli
investisiya-innovasiya,pul-kredit, büdcə-vergi və gömrük siyasətinin daha da
təkmilləşdirilməsi, eyni zamanda maliyyə dayanıqlığının yaradılması məsələləri ilə
24
qarşılıqlı surətdə asılı olduğunu qeyd etmək lazımdır. Bildiyimiz kimi, hər hansı bir
ölkə məhsullarının dünya bazarında satılmasını asanlaşdırmaq üçün həmin məhsullar
keyfiyyətli və bazar qiymətinin çox da yüksək olmayan səviyyədə olması vacib
faktorlardan biridir. Məhz bunu nəzərə alan Azərbaycan Respublikası manatın
devalvasiyası nəticəsində ölkədə istehsal olunan məhsulların bazar qiymətinin xarici
rezidentlər tərəfindən əvvəlkinə nisbətən daha ucuz əldə etməsinə əlverişli şərait
yaratdı. Bütün bunlar respublikada sahibkarlığın daha da inkişaf etməsiylə yanaşı
xarici və daxili investorların ölkə iqtisadiyyatının qeyri-neft sahələrinə böyük
miqdarda kapital yatırması üçün onlarda stimul yaratdı ki, ardıcıl və sistemli şəkildə
dövlətin nəzarəti ilə həyata keçirilən bütün bu yatırımlar qeyri-neft sektorunun sürətli
və dinamik inkişafını təmin edən amil və şərtlərin bir növ özəyini təşkil edir.
Son illər qloballaşma tendensiyalarının geniş vüsət alması, BƏB-in
dərinləşməsi, transmilli korporasiyaların iqtisadiyyatı çox da güclü olmayan ölkələrə
nüfuz etməsi və bu kimi başqa hallar digər İEOÖ-lə bərabər Azərbaycanın da milli və
iqtisadi təhlükəsizliyinə təsir edir. Ümumən iqtisadiyyatın və onun tərkibində qeyri-
neft sektorunun inkişafına müsbət təsir edən amillər içərisində spesifik xarakterə
malik olan milli və iqtisadi təhlükəsizliyin təmin edilməsi məsələsində Azərbaycan
respublikası ilk addımı 2004-cü ildə “Milli təhlükəsizlik haqqında” qanunun qəbul
edilməsiylə atmışdır. Daha sonra Azərbaycan Respublikasının Milli Təhlükəsizlik
Konsepsiyası Azərbaycan Prezidentinin 2007-ci il 23 may tarixli sərəncamı ilə təsdiq
edilmişdir. Qeyd etmək lazımdır ki, hal-hazırda Azərbaycan öz iqtisadi və milli
təhlükəsizliyini təmin edərək iqtisadi, eləcə də siyasi cəhətdən müstəqil siyasət
yürüdür və məhz bu amil ölkədə ümumən iqtisadiyyatın, eləcə də onun tərkibində
xüsusi çəkisi olan qeyri-neft sektorunun davamlı və stabil inkişafına əlverişli şərait
yaradır.
Keçid dövrünün başa çatdığı vaxtdan etibarən ölkədə həyata keçirilən
modernləşmə və sənaye siyasəti nəticəsində qeyri-neft sektorunun ÜDM-dəki xüsusi
çəkisi xeyli dərəcədə artmaqla yanaşı innovativ inkişafa malik olan, eyni zamanda
25
ixracyönümlü və rəqabətqabiliyyətli milli iqtisadiyyatın formalaşdırılması prosesinin
başlanğıcı qoyulmuşdur ki, bu istiqamətdə atılan addımlar qeyri-neft sahələrinin
dayanıqlı və davamlı inkişafını təmin edən mühüm aspektlər sırasındadır. Son 7-8
ildə həyata keçirilən və postneft dövründən etibarən daha sürətlə reallaşdırılan
iqtisadi modernizasiya siyasəti uğurla davam etdirilir və get-gedə öz nəticəsini
vermək üzrədir. İqtisadi modernizasiya siyasətinin əsas prinsiplərinə aşağıdakıları aid
etmək olar:
- alternativ enerji mənbələrindən istifadə edilməsi, iqtisadiyyatın strukturunun
kökündən dəyişdirilməsi, qeyri-neft sektorunun ÜDM-dəki xüsusi çəkisinin
xeyli dərəcədə çoxaldılması;
- bu siyasətin regional və qlobal xarakter daşıması, sosial infrastrukturun
keyfiyyətinin yüksəldilməsi, İKT-nin və xidmət sektorunun lazımi dərəcədə
inkişaf etdirilməsi;
- ekstensiv inkişaf üsulundan intensiv inkişaf üsuluna keçilməsi, ölkə əhalisinin
intellektual potensialından səmərəli istifadə edilməsi, Azərbaycanın ÜTT-yə
üzv qəbul olunması;
- aqrar sahədə ekoloji cəhətdən təmiz məhsul istehsalının həyata keçirilməsi,
ölkə ərazisində istehsal olunan məhsul və xidmətlərin maya dəyərinin aşağı
salınmaqla yanaşı keyfiyyətinin yüksəldilməsi, iqtisadiyyatın klasterial
xüsusiyyətə malik olması;
- yeni texnoloji institutların və sənaye parklarının yaradılması, innovasiyaların
qeyri-neft
sektorunun inkişafına yönəldilməsi, bilik iqtisadiyyatının
formalaşdırılması, vergi dərəclərinin və gömrük rüsumlarının azaldılması və
s[22 səh 112-115].
İqtisadi modernizasiya siyasətinin həyata keçirilməsi son 7 ildə Azərbaycanda
qeyri-neft sahələrinin inkişafına stimul verməklə yanaşı bu sektorda istehsal olunan
məhsulların dünya bazarına çıxarılmasına, eləcə də daxili bazarda xarici məhsullarla
26
rəqabətə tab gətirməsinə, Azərbaycan brendinin dünya bazarında tanınmasına və
ixracın idxalı üstələməsinə gətirib çıxarmışdır.
Müasir dövrdə Azərbaycanda iqtisadiyyatın əksər sektorlarının, həmçinin qeyri-
neft sahələrinin inkişafına təkan verən faktorlardan turizm sektorunun inkişafını
nümunə göstərmək olar. Turizmin inkişafı ölkə gəlirlərinin artmasıyla bərabər
regionlarda iqtisadiyyatın digər sektorlarının inkişafına səbəb olmuşdur. Belə ki,
turizmə dövlət qayğısının artması və bu sahənin inkişafı üçün bir çox inkişaf
proqramlarının qəbul edilərək reallaşdırılması bilavasitə olaraq ölkənin regionlarında
infrastruktur obyektlərinin inkişafına, xidmət sahələri və yeyinti sənayesinin müasir
tələblərə
cavab
verməsinə,
avtomobil,
hava
və
dəmiryol
nəqliyyatının
təkmilləşdirilməsinə
səbəb
olmuşdur. Bununla yanaşı modern şəraitdə
respublikamızda təhsilin inkişafına dövlət qayğısının artması, elmi-tədqiqat işlərinə
çəkilən xərclərin çoxalması, yüksək ixtisaslı kadr hazırlığı, eləcə də Ələtdə azad
ticarət zonasının yaradılması və digər mühüm məsələlər də qeyri-neft sahələrinin
tərəqqisinə mütləq şəkildə töhfəsini verəcəkdir.
21-ci əsrin ilk onilliyinin sonlarından başlayaraq Azərbaycan özünün iqtisadi,
sosial və siyasi inkişafında yeni bir mərhələyə qədəm qoydu. Artıq ölkədə keçid
dövrünün əvvələrindən meydana çıxan iqtisadiyyatın inkişaf problemləri həll edilmiş,
qeyri-neft sektorunun inkişafında ardıcıl və sistemli tədbirlərin həyata keçirilməsi
nəticəsində qarşıya qoyulan məqsədlərə nail olunmuş və innovativ iqtisadiyyatın
möhkəm bünövrəsi yaradılmışdır. Sonrakı mərhələdə Azərbaycanın dayanıqlı və sabit
inkişafa əsaslanan, yeni ideyalarla təkmilləşdirilmiş sosial, siyasi və iqtisadi
siyasətinin əsas prioritetləri azad bazar sisteminə malik olan, şaxələndirilmiş və
özünütərəqqi qabiliyyətinə sahib olan milli iqtisadiyyatın formalaşdırılması
prosesinin başa çatdırılması, habelə dünya iqtisadiyyatına inteqrasiyanın daha da
dərinləşməsi hesab edilirdi ki, bu istiqamətdə bir çox uğurlar əldə edilmişdir. Qeyd
edilən dövrdə ölkə iqtisadiyyatında makroiqtisadi stabillik hökm sürmüş,
iqtisadiyyatın şaxələndirilməsi siyasəti geniş vüsət almış, qeyri-neft sektorunun, eləcə
27
də regionların iqtisadi inkişaf tempində yüksəlmələr müşahidə olunmuş, bank sektoru
və maliyyə sisteminin etibarlılıq dərəcəsi çoxaldılmış, manatın sabitliyi artırılmış,
əhalinin həyat səviyyəsi ardıcıl şəkildə yaxşılaşdırılmışdır. Eyni zamanda bu
mərhələdə Azərbaycanın “Traseka” və “Transxəzər” layihələrində iştirakı, bir çox
beynəlxalq və regional təşkilatlarla əməkdaşlıq etməsi, əlverişli investisiya şəraitinin
yaradılması nəticəsində xarici, habelə yerli investorların qeyri-neft sahələrinə
yatırımlar etməsi ölkəmizdə qeyri-neft sektorunun inkişafını təmin edən amillərdən
hesab edilə bilər. Bundan əlavə 2012-ci ildə qəbul olunmuş Azərbaycan 2020:
“Gələcəyə baxış inkişaf konsepsiyası”nda nəzərdə tutulan tədbirlərin reallaşdırılması
qeyri-neft sektorunun inkişafına səbəb olan ən mühüm amillərdəndir.
Sonda onu qeyd etmək lazımdır ki, Azərbaycanda keçid dövrünün başa çatması
dövründən sonrakı 4-5 il postneft dövrünə keçidin təmin edilməsi kimi xarakterizə
edilməlidir. Postneft dövrü, bu dövrdə qeyri-neft sahələrinin inkişaf xüsusiyyətləri
barədə tədqiqatımızın növbəti hissəsində ətraflı şəkildə danışacağıq.
Dostları ilə paylaş: |