Profilaktik peyvəndlərin vaxtı barədə SMS vasitəsilə xəbərdarlıq
verilməsi
Xidmətin yaradılmasının əsası: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17
oktyabr 2012-ci il tarixli 235 nömrəli “Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən
konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları”nın və “Elektron xidmət
növlərinin Siyahısı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2011-ci il 24 noyabr tarixli 191 nömrəli qərarında dəyişikliklər edilməsi
barədə” qərarı.
Xidmətin məqsədi: Səhiyyə Nazirliyi tərəfindən tətbiq olunan “Vətəndaşların Elektron
Sağlamlıq Kartı Sistemi”ndən uşaqların növbəti profilkatik peyvəndlərin adı və vaxtı
barədə məlumatların mobil telefon rabitəsinin qısa messaj (SMS) xidməti vasitəsilə
özləri və ya onların qanuni nümayəndələri tərəfindən əldə olunması.
Xidmətdən istifadə qaydası: Mobil telefon vasitəsilə 9103 nömrəsinə PEYVEND
sözünü və uşağın 12 rəqəmli Unikal kodunu qısa mesaj (SMS) göndərilir. Qısa müddət
ərzində sistem növbəti peyvənd barədə məlumatları abonentə göndərir. Əgər
immunoprofilaktika təqviminə görə peyvənd nəzərdə tutulmayıbsa müvafiq məlumat
verilir.Xidmətdən Azercell, Bakcell, Azerfon(Nar) istifadəçiləri yararlana bilərlər.
Azərbaycan Respublikası, Bakı şəhəri,
AZ 1022 akad. M.Mirqasımov küç. 1A
Səhiyyənin İnformasiyalaşdırılması Mərkəzi
Tel: (+99412) 596 80 44, (+99412) 431 38 2
www.e-sehiyye.gov.az