Qalatiyalılara 1
1
Nə insanlardan, nə də insan vasitəsilə, yalnız İsa Məsih və Onu ölülər arasından dirildən
Ata Allah vasitəsilə həvari təyin olunan mən Pauldan
2
və mənimlə olan bütün
qardaşlardan Qalatiyada olan imanlı cəmiyyətlərə salam!
3
Atamız Allahdan və Rəbb İsa
Məsihdən sizə lütf və sülh olsun!
4
Atamız Allahın iradəsinə görə Məsih günahlarımız
üçün Özünü fəda etdi ki, bizi indiki şər dövründən qurtarsın.
5
Allaha əbədi izzət olsun!
Amin.
Tə k Müjdə
6
Heyrətlənirəm ki, Məsihin lütfü ilə sizi çağıran Allahı belə tezliklə tərk edib başqa bir
müjdəyə tərəf dönürsünüz.
7
Əslində başqa müjdə yoxdur. Amma sizi lərzəyə salıb
Məsihin Müjdəsini təhrif etmək istəyənlər vardır.
8
Amma istər biz, istərsə göydən gələn
bir mələk belə, bizim sizə yaydığımız Müjdəyə zidd bir şeyi müjdə kimi yaysa, ona lənət
olsun!
9
Əvvəlcə dediyimizi indi bir daha deyirəm: kim sizə qəbul etdiyiniz Müjdəyə zidd
bir şey yayırsa, ona lənət olsun!
10
İndi mən insanları, yoxsa Allahı məmnun etməyi
axtarıram? Yoxsa insanlarımı razı salmağa çalışıram? Əgər mən hələ də insanları razı
salmaq istəsəydim, Məsihin qulu olmazdım.
Paul Mə sihin hə varisi olur
11
Qardaşlar, sizə bəyan edirəm ki, mənim yaydığım Müjdənin mənbəyi insan deyil.
12
Çünki mən onu insandan almadım və insan tərəfindən də öyrədilmədim. Bunu mənə
İsa Məsih vəhy vasitəsilə açdı.
13
Yəhudi dininə bağlı olduğum günlərdə mənim necə
həyat sürdüyümü eşitdiniz. Mən Allahın cəmiyyətini hədsiz təqib edir, onu dağıdırdım.
14
Yəhudi dinində soydaşlarım arasında yaşıdlarımın bir çoxundan daha irəlidə idim. Ata-
babalarımın adət-ənənələrinin qeyrətini həddindən artıq çəkirdim.
15
Amma hələ anamın
bətnindən məni seçib lütfü ilə çağıran Allah
16
Öz Oğlu ilə bağlı Müjdəni başqa millətlər
arasında yayım deyə Onu mənə zahir etməyə razı olanda dərhal insanlarla
məsləhətləşmədim.
17
Yerusəlimə, məndən qabaq həvari olanların yanına da getmədim,
amma Ərəbistana getdim, sonra yenə Dəməşqə qayıtdım.
18
Üç il keçəndən sonra isə
Kefa ilə tanış olmaq üçün Yerusəlimə getdim və on beş gün onun yanında qaldım.
19
O
biri həvarilərin heç birini görmədim. Yalnız Rəbbin qardaşı Yaqubu gördüm.
20
Allahın
önündə sizə yazdıqlarımın yalan olmadığını deyirəm.
21
Sonra Suriya və Kilikiya
diyarlarına getdim.
22
Yəhudeyanın Məsihdə olan cəmiyyətləri isə məni şəxsən
tanımırdılar.
23
Yalnız bu sözü eşidirdilər: «Bir zaman bizi təqib edən şəxs vaxtilə yox
etməyə çalışdığı imanı müjdələyir».
24
Beləliklə, mənə görə Allahı izzətləndirirdilər.
Qalatiyalılara 2
Digə r hə varilə r Paulu qə bul edir
1
On dörd il keçəndən sonra isə Barnaba ilə birlikdə Titi də özümlə götürüb yenə
Yerusəlimə getdim.
2
Vəhy vasitəsilə getdim. Başqa millətlər arasında vəz etdiyim
Müjdəni onlara, etibarlı olanlara şəxsən təqdim etdim ki, boş yerə cəhd etməyim yaxud
da cəhd etmiş olmayım.
3
Yanımda olan Tit də Yunan olduğu halda sünnət olunmağa
məcbur edilmədi.
4
Bu iş aramıza gizlicə soxulan yalançı qardaşlar üzündən oldu. Onlar
Məsih İsada malik olduğumuz azadlığı əl altından öyrənib bizi kölə etmək üçün gizlicə
aramıza girdilər.
5
Onlara bir anlıq da olsa, baş əyib təslim olmadıq ki, Müjdənin həqiqəti
sizinlə qalsın.
6
Etibarlı sayılan şəxslərə gəlincə, kim olursa olsun mənə vacib deyil, Allah
insanlara tərəfkeşlik etməz. Lakin bu etibarlı sayılan şəxslər mənim dediklərimə heç nə
artırmadılar.
7
Əksinə, sünnətlilərə Müjdə yaymaq işi Peterə tapşırıldığı kimi sünnətsizlər
arasında Müjdə yaymaq işinin mənə tapşırıldığını gördülər.
8
Çünki sünnətlilərə həvari
olması üçün Peterdə fəal olan Allah başqa millətlər üçün məndə də fəal oldu.
9
Cəmiyyətin sütunları sayılan Yaqub, Kefa və Yəhya mənə bağışlanan lütfü tanıdıqda
mənə və Barnabaya sağ əllərini uzatdılar ki, şərikliyimiz olsun. Ona görə ki biz başqa
millətlərin, onlarsa sünnətlilərin yanına getsin.
10
Yalnız yoxsulları yad etməyimizi
istədilər, mən də məhz bunu icra etməyə səy göstərdim.
Paul Antakyada Peteri mə zə mmə tlə yir
11
Kefa Antakyaya gəldikdə isə şəxsən ona qarşı çıxdım, ona görə ki tənqidə layiq idi.
12
Çünki Yaqubun yanından bəzi adamlar gəlməmişdən əvvəl Peter başqa millətlərdən
olanlarla yemək yeyirdi. Həmin adamlar gəldikdə isə sünnət tərəfdarlarından qorxaraq
başqa millətlərin yanından çəkilib ayrı durdu.
13
Onunla birlikdə o biri Yəhudilər də
ikiüzlülük etdilər. Hətta Barnaba belə, onların ikiüzlülüyünə qapıldı.
14
Amma mən
Müjdənin həqiqətinə görə düzgün riayət etmədiklərini görəndə hamının qarşısında
Kefaya dedim: «Əgər sən Yəhudi olduğun halda Yəhudi kimi deyil, başqa millətlərdən
biri kimi yaşayırsansa, necə başqa millətləri Yəhudi kimi yaşamağa məcbur edirsən?»
15
Biz anadangəlmə Yəhudilərik, başqa millətdən olan «günahkarlar» deyilik.
16
Lakin biz
bilirik ki, insan Qanuna əməl etməklə deyil, yalnız İsa Məsihə iman etməklə saleh sayılır.
Biz də Məsih İsaya iman etdik ki, Qanuna əməl etməklə deyil, Məsihə olan imanla saleh
sayılaq. Çünki Qanuna əməl etməklə heç bir insan saleh sayılmaz.
17
Əgər biz Məsihdə
saleh sayılmaq istərkən özümüz günahkar çıxsaq, belə çıxır ki, Məsih günah
xidmətçisidir? Əsla!
18
Əgər mən əvvəlcə yıxdığımı yenidən tikirəmsə, özümü Qanunu
pozan olaraq göstərirəm.
19
Çünki mən Qanun vasitəsilə Qanuna münasibətdə öldüm ki,
Allah üçün yaşayım.
20
Məsihlə birlikdə çarmıxa çəkildim. Artıq mən yaşamıram, Məsih
məndə yaşayır. İndi cismən yaşadığım həyata gəlincə məni sevib uğrumda Özünü fəda
edən Allahın Oğluna olan imanla yaşayıram.
21
Allahın lütfünü rədd etmirəm. Çünki əgər
salehlik Qanun vasitəsilə qazanıla bilsəydi, deməli Məsih boş yerə öldü.
Qalatiyalılara 3
Qanun və iman
1
Ey ağılsız Qalatiyalılar! Sizi kim tilsimlədi? İsa Məsihin çarmıxa çəkilməsi gözləriniz
önündə açıqca təsvir olundu!
2
Sizdən yalnız bunu öyrənmək istəyirəm: Ruhu Qanuna
əməl etməklə, yoxsa eşitdiyinizə iman etməklə aldınız?
3
Siz bu qədərmi ağılsızsınız?
Ruhla başlayandan sonra indi cismani səyləmi bitirirsiniz?
4
Boş yerəmi o qədər əzab
çəkdiniz? Həqiqətən, bunlar boş yerə idi?
5
Bəs sizi Ruhla təmin edən və aranızda
möcüzələr yaradan Allah bunları Qanuna əməl etməyinizlə, yoxsa eşitdiyinizə iman
etməyinizlə icra edir?
6
Məsələn, «İbrahim Allaha iman etdi və bu ona salehlik sayıldı».
7
İndi isə bunu bilin ki, İbrahimin övladları imana əsaslananlar olur.
8
Müqəddəs Yazı
Allahın başqa millətləri imanları ilə saleh sayacağını qabaqcadan görüb İbrahimə «bütün
millətlər sənin vasitənlə xeyir-dua alacaq» deyərək Müjdəni qabaqcadan bildirdi.
9
Beləliklə, imana əsaslananlar iman etmiş olan İbrahimlə birlikdə xeyir-dua alırlar.
10
Qanuna əməl etməyə əsaslananların hamısı lənət altındadır. Çünki yazılıb: «Qoy
Qanun kitabında yazılan hər şeyə riayət etməyən, onu təsdiq etməyən hər kəsə lənət
olsun!»
11
Aydındır ki, Allah qarşısında heç kim Qanun vasitəsilə saleh sayılmır, çünki
«saleh adam imanla yaşayacaq».
12
Qanun isə imana əsaslanmamışdır. Əksinə, «bu
şeyləri yerinə yetirən adam bunların sayəsində yaşayacaq».
13
Məsih bizim uğrumuzda
lənətlənərək bizi Qanunun lənətindən satın aldı. Çünki yazılıb: «ağacdan asılan hər kəsə
lənət olsun!»
14
Belə ki İbrahimin aldığı xeyir-dua Məsih İsada bütün başqa millətlərin
üzərinə gəlsin və biz vəd edilmiş Ruhu iman vasitəsilə alaq.
Qanun və Allahın və di
15
Qardaşlar, insan düşüncəsi əsasında deyirəm: hətta insanın belə təsdiq etdiyi əhdi heç
kəs ləğv edə bilməz yaxud da ona heç bir şey əlavə edə bilməz.
16
Vədlər yalnız İbrahimə
və onun nəslinə verildi. Allah çox adam barədə danışırmış kimi «və nəslindən olanlara»
yox, tək bir adam barədə danışaraq «və sənin nəslindən olana» deyir; bu «nəslindən olan»
Məsihdir.
17
Bunu demək istəyirəm: Allahın təsdiq etdiyi Əhdi bundan dörd yüz otuz il
sonra gələn Qanun qüvvədən sala bilməz ki, vədi ləğv etsin.
18
Çünki əgər irs Qanuna
əsaslanırsa, artıq vədə əsaslanmır. Amma Allah İbrahimə irsi vəd vasitəsilə lütfə görə
verdi.
19
Bəs Qanun nə üçündür? Qanun Əhdi pozanları təqsirləndirmək üçün əlavə
olundu. Vədi alan və İbrahimin nəslindən olan Şəxs gələnə qədər qüvvədə qalmalı idi.
Mələklər vasitəsilə, bir vasitəçi əli ilə tərtib edildi.
20
Vasitəçi tək bir nəfərə aid deyildir,
Allah isə birdir.
Qanunun mə qsə di
21
Deməli, Qanun Allahın vədlərinə ziddirmi? Əsla! Çünki əgər həyat verməyə qadir olan
bir Qanun verilsəydi, salehlik, həqiqətən, Qanunla gələrdi.
22
Lakin Müqəddəs Yazı bütün
kainatı günahın əsiri elan etdi ki, İsa Məsihə olan imanla vəd olunan şeylər iman edənlərə
verilsin.
23
Amma bu iman gəlməzdən qabaq biz Qanun altında saxlanmışdıq, gələcək
iman zühur edənə qədər əsir tutulmuşduq.
24
Yəni Qanun bizə Məsihə qədər yol göstərən
mürəbbimiz oldu ki, imanla saleh sayılaq.
25
Amma iman gəldiyinə görə biz artıq
mürəbbinin əli altında deyilik.
26
Siz hamınız Məsih İsaya olan iman vasitəsilə Allahın
övladlarısınız.
27
Çünki vəftizdə Məsihlə birləşən hamınız Məsihə bürünmüsünüz.
28
Artıq Yəhudi ilə Yunan, qulla azad, kişi ilə qadın arasında fərq yoxdur. Çünki hamınız
Məsih İsada birsiniz.
29
Əgər Məsihə aidsinizsə, deməli, İbrahimin nəslindənsiniz və vədə
görə varissiniz.
Qalatiyalılara 4
1
Mən bunu deyirəm: varis hər şeyin sahibi olsa da, uşaqlıq vaxtında kölədən fərqlənmir.
2
O, atasının təyin etdiyi vaxta qədər qəyyumların və idarəçilərin nəzarəti altındadır.
3
Bunun kimi biz də ruhani tərəfdən uşaq ikən dünyanın ibtidai təlimlərinə kölə idik.
4
Lakin vaxt tamam olanda Allah qadından, Qanun altında doğulan Öz Oğlunu göndərdi
ki,
5
Qanun altında olanları satın alsın və biz övladlığa götürülək.
6
Övladlar olduğunuz
üçün Allah Öz Oğlunun «Abba, Ata!» deyərək nida edən Ruhunu ürəklərimizə göndərdi.
7
Buna görə də sən artıq kölə deyil, övladsan. Əgər övladsansa, həmçinin Allahın təyin
etdiyi varissən.
Paulun Qalatiyalılar üçün qayğ ıları
8
Əvvəllər Allahı tanımadığınız vaxt təbiətcə allah olmayanların kölələri idiniz.
9
İndi isə
siz Allahı tanıdınız, daha doğrusu, Allah tərəfindən tanındınız. Necə olur ki, təkrarən zəif
və dəyərsiz olan ibtidai təlimlərə qayıdırsınız? Yenidən onların köləsimi olmaq
istəyirsiniz?
10
Xüsusi günlərə, aylara, mövsümlərə və illərə riayət edirsiniz!
11
Sizin üçün
qorxuram, bəlkə sizə görə boş yerə zəhmət çəkmişəm.
12
Qardaşlar, sizə yalvarıram,
mənim kimi olun, çünki mən də sizin kimi oldum. Siz mənə heç bir haqsızlıq
etməmisiniz.
13
Bildiyiniz kimi, mən Müjdəni ilk dəfə sizə cismən zəif olaraq vəz
etmişdim.
14
Cismani vəziyyətim sizin üçün çətin bir sınaq oldusa da, nə mənə xor
baxdınız, nə də məni rədd etdiniz. Hətta məni, Allahın bir mələyini, Məsih İsanı qəbul
edər kimi qəbul etdiniz.
15
İndi o xoşbəxtliyiniz necə oldu? Sizin haqqınızda şəhadət
edirəm ki, əgər mümkün olsaydı, gözlərinizi çıxardıb mənə verərdiniz.
16
Məgər sizə
həqiqəti söylədiyim üçün sizin düşməniniz oldum?
17
Onlar sizin qeyrətinizi çəkirlər,
amma yaxşı niyyətlə deyil. Siz onların qeyrətini çəkəsiniz deyə sizi məndən ayırmaq
istəyirlər.
18
Yaxşı niyyətlə olarsa, qeyrətimi çəkməniz yaxşıdır, amma bu, yalnız
yanınızda olduğum vaxt deyil, daimi olsun.
19
Övladlarım! Məsihin surəti sizdə
yaradılana qədər, sizlər üçün yenə doğuş ağrısı çəkirəm.
20
İndi yanınızda olmaq və
səsimi dəyişdirmək istəyirdim. Bu halınıza çaşıb-qalmışam.
Sara ilə Hə cə rin mə sə li
21
Ey Qanun altında yaşamaq istəyənlər, mənə deyin görüm, Qanunun nə dediyini
eşitməmisinizmi?
22
İbrahimin iki oğlu olduğu yazılmışdır. Bir oğlu cariyədən, o biri oğlu
isə azad qadından doğulmuşdu.
23
Cariyədən doğulan bəşəri arzusundan, azad qadından
doğulan isə vədə görə doğulmuşdu.
24
Burada bir məcaz var. Çünki bu qadınlar iki Əhdi
təmsil edir. Biri Sina dağındandır, köləlik üçün uşaq doğur. Bu, Həcərdir.
25
Həcər
Ərəbistandakı Sina dağını təmsil edir və indiki Yerusəlimə bənzəyir. Çünki indiki
Yerusəlim övladları ilə birlikdə köləlikdədir.
26
Səmavi Yerusəlim isə azaddır, o bizim
anamızdır.
27
Çünki yazılıb: «Şənlən, ey sonsuz, qısır qadın!
Sevinclə mahnı oxu, qışqır,
Ey doğuş ağrısı çəkməyən qadın!
Çünki atılmış qadının övladları
Ərli qadının övladlarından çoxdur».
28
Sizsə, qardaşlar, İshaq kimi vədə görə doğulan övladlarsınız.
29
Amma o zaman bəşər
arzusundan doğulan şəxs Ruhun gücü ilə doğulan şəxsi necə təqib etdisə, indi də belədir.
30
Bəs Müqəddəs Yazı nə deyir? «Cariyəni və onun oğlunu qov. Çünki cariyənin oğlu
azad qadının oğlu ilə birgə varis olmayacaq».
31
Buna görə, qardaşlar, biz cariyənin deyil,
azad qadının övladlarıyıq.
Qalatiyalılara 5
Mə sihin verdiyi azadlıq
1
Məsih azad olmağımız üçün bizi azad etdi. Ona görə də möhkəm durun və yenidən
köləlik boyunduruğuna tabe olmayın.
2
Budur, mən Paul sizə deyirəm: əgər siz sünnət
olunsanız, Məsih sizə heç bir fayda verməz.
3
Sünnət olunan hər adama yenə şəhadət
edirəm ki, elə bir adam bütün Qanuna əməl etməyə borcludur.
4
Ey Qanun vasitəsilə saleh
sayılmaq istəyənlər, siz Məsihdən ayrıldınız, Allahın lütfündən uzaq düşdünüz.
5
Amma
biz Ruh vasitəsilə imanla saleh sayılacağımıza ümid bağlayıb onu həvəslə gözləyirik.
6
Məsih İsada sünnətlilik də, sünnətsizlik də əhəmiyyət kəsb etmir, əhəmiyyət kəsb edən
isə məhəbbətlə fəal olan imandır.
7
Yaxşı irəliləyirdiniz. Axı həqiqətə itaət etmə yolunuzu
kim kəsdi?
8
Belə inandırılmağınız sizi Çağıranın istəyi deyil.
9
Azacıq maya bütün
xəmiri acıdır.
10
Mən Rəbdə sizə etimad edirəm ki, başqa cür düşünməyəsiniz. Sizi
lərzəyə salansa, kim olursa olsun, öz cəzasını çəkəcək.
11
Amma, qardaşlar, əgər mən hələ
də sünnəti vəz edirəmsə, nə üçün hələ də təqibə məruz qalıram? Elə olsaydı, onlara
büdrəmə daşı olan çarmıx ləğv olunardı.
12
Ah, kaş sizi çaşdıranlar özlərini
axtalayaydılar!
Cismani tə biə t və Müqə ddə s Ruh
13
Qardaşlar, siz azadlığa dəvət olunmusunuz. Amma bu azadlığı cismani təbiət üçün
fürsətə çevirməyin, lakin bir-birinizə məhəbbətlə qulluq edin.
14
Bütün Qanun tək bir
sözdə tamamlanır: «Qonşunu özün kimi sev».
15
Əgər siz bir-birinizi didib-yeyirsinizsə,
ehtiyatlı olun ki, bir-birinizi tələf etməyəsiniz.
16
Mən bunu deyirəm: Müqəddəs Ruha
görə həyat sürün, o zaman siz cismani təbiətin ehtirasını əsla icra etməzsiniz.
17
Çünki
cismani təbiət Ruha zidd və Ruh cismani təbiətə zidd olanı arzulayır. Onlar bir-birinə
qarşı durur ki, siz istədiyinizi etməyəsiniz.
18
Amma Müqəddəs Ruhun rəhbərliyi altında
olsanız, siz Qanun altında deyilsiniz.
19
Cismani təbiətin əməlləri isə bəllidir. Bunlar cinsi
əxlaqsızlıq, murdarlıq, pozğunluq,
20
bütpərəstlik, sehrbazlıq, düşmənçilik, münaqişə,
qısqanclıq, hiddət, özünü göstərmə, nifaq, təfriqələr,
21
paxıllıq, sərxoşluq, eyş-işrət və
buna bənzər şeylərdir. Sizə əvvəllər xəbərdarlıq etdiyim kimi indi də xəbərdarlıq edirəm
ki, bunları edənlər Allahın Padşahlığını irs almayacaqlar.
22
Müqəddəs Ruhun səmərəsi
isə budur: məhəbbət, sevinc, sülh, səbir, xeyirxahlıq, yaxşılıq, sədaqət,
23
həlimlik, nəfsə
hakim olmaq. Bu kimi şeylərə qarşı qanun yoxdur.
24
Məsih İsaya məxsus olanlar isə öz
həvəs və ehtirasları ilə birlikdə cismani təbiəti çarmıxa çəkdilər.
25
Madam ki, biz Ruha
görə yaşayırıq, Ruha görə də rəftar edək.
26
Şöhrətpərəst olmayaq, bir-birimizi
hirsləndirməyək, bir-birimizə paxıllıq etməyək.
Qalatiyalılara 6
Bir-birinizin yüklə rini daş ıyın
1
Qardaşlar, əgər bir adam bir təqsir üstündə tutulsa, siz ruhanilər onu həlimlik ruhu ilə
bərpa edin. Sən də sınağa düşməmək üçün özünə fikir ver.
2
Bir-birinizin yüklərini
daşıyın və bu yolla Məsihin qanununu icra edin.
3
Çünki əgər kimsə heç olduğu halda
özünü əhəmiyyətli sanırsa, öz-özünü aldadır.
4
Qoy hər kəs öz əməlini yoxlasın və onda
başqasının etdikləri ilə deyil, yalnız öz etdikləri ilə fəxr edəcək.
5
Çünki hər kəs öz
üzərinə düşən yükü daşımalıdır.
6
Kəlam haqqında təlim alan, təlim verənlə hər cür
neməti bölüşdürsün.
7
Aldanmayın: Allaha istehza edilməz. Çünki insan nəyi əkərsə, onu
da biçəcək.
8
Öz cismani təbiəti üçün əkən, bu təbiətdən məhv biçəcək. Ruh üçün əkənsə
Ruhdan əbədi həyat biçəcək.
9
Yaxşılıq edərkən ruhdan düşməyək. Çünki əgər həvəsdən
düşməsək, vaxtında biçərik.
10
Buna görə də nə qədər fürsətimiz varsa, hamı üçün,
xüsusən imanlılar ailəsi üçün yaxşı işlər görək.
Son öyüdlə r və salamlar
11
Baxın, sizə öz əlimlə necə böyük hərflərlə yazdım!
12
Zahirən və cismən yaxşı təsir
buraxmaq istəyənlər yalnız Məsihin çarmıxı üzündən təqib olunmamaq üçün sizi sünnət
olunmağa məcbur edirlər.
13
Axı sünnət olunanların özləri də Qanuna riayət etmirlər.
Lakin sizin sünnət olunmanızı istəyirlər ki, sizin cisminizlə öyünsünlər.
14
Mənsə
Rəbbimiz İsa Məsihin çarmıxından başqa şeylə əsla öyünmərəm. Bunun vasitəsilə dünya
mənim üçün çarmıxa çəkildi, mən də dünya üçün çarmıxa çəkildim.
15
Çünki əhəmiyyət
kəsb edən sünnətlilik yaxud sünnətsizlik deyil, yeni yaradılışdır.
16
Nə qədər bu qaydaya
riayət edənlər varsa, onların üzərinə, Allahın İsraili üzərinə sülh və mərhəmət gəlsin.
17
Bundan sonra qoy heç kim mənə əziyyət verməsin. Çünki mən İsanın yara izlərini
bədənimdə daşıyıram.
18
Qardaşlar, Rəbbimiz İsa Məsihin lütfü ruhunuza yar olsun!
Amin.
Dostları ilə paylaş: |