Amerika prezidentləri
bir müasirinin yazdığı kimi «tətilə gedən şagird» kimi se-
vinirdi. C.Medison istefada olanda da bəzi konstitusional
problemlərin həllində iştirak etmiş, öz məsləhətlərini ver-
mişdir.
Onun quldarlıqla bağlı dəqiq mövqeyi olmasa da 1817-
ci ildə yaradılmış Amerika müstəmləkə Cəmiyyətinin sədri
seçilmişdir. Bu cəmiyyət azad edilmiş qulları Afrikaya
göndərməklə məşğul idi. Lakin maliyyə problemləri olduğu
üçün özünə məxsus qulları azad edə bilməmişdir.
C.Medison 1836-cı il iyunun 28-də Virciniya ştatındakı
Montpiliyer malikanəsində vəfat etmişdir.
49
Amerika prezidentləri
CEYMS MONRO
(JAMES MONROE)
(1817-1825)
ABŞ-ın 5-ci prezidenti Ceyms Monro 1758-ci il ap-
relin 28-də Virciniyanın Vestmorlend dairəsindəki Va-
şinqton-Periş şəhərciyində anadan olmuşdur. Virciniyanın
digər nüfuzlu siyasətçilərindən fərqli olaraq, atası Spens
Monro yalnız 500 akr torpaq sahəsinə malik fermer idi.
Ceyms ilk ibtidai təhsilini keşiş Arçibald Kempbellin ya-
50
Amerika prezidentləri
nında alır. 16 yaşında Virciniyanın paytaxtı Uilyamsburqa
gələrək «Uilyam ənd Meri» kollecində təhsilini davam et-
dirir. İstiqlaliyyət müharibəsi başladıqda Kontinental or-
dunun Virciniya alayına daxil olur və 18 yaşında zabitlik
şəhadətnaməsi alır. Bacarıq və cəsarətinə görə fərqlənən
Ceymsə 1778-ci ildə podpolkovnik rütbəsi verilir. Qeyd
edək ki, Medisonun göstərdiyi hərbi xidmət rəhbərlik
tərəfi ndən yüksək qiymətləndirilmiş, ona Qərb ərazisində
böyük torpaq sahələri verilmişdir.
1780-83-cü illərdə Tomas Ceffersonun rəhbərliyi altın-
da hüquq elmlərini öyrənərək, onunla uzun müddət dostluq
əlaqələri saxlamışdır.
1782-ci ildə Virciniya qanunvericilik məclisinə üzv
seçilən Monro, siyasi fəaliyyətə başlayır. 1786-cı ilədək,
ştatin nümayəndəsi kimi, iclaslarını Nyu-Yorkda keçirən
Konfederasiya Konqresinin iştirakçısı olur. Nyu-Yorkda
yaşadığı vaxt (16 fevral 1786-cı ildə) müfl is olmuş Vest-
Hind plantatorunun qızı Elizabet Konraytla ailə qurur.
Həmən ilin dekabr ayında anasının şərəfi nə Elizabet adlan-
dırılan ilk övladları dünyaya gəlir.
1787-ci ildə Filadelfi yada keçirilən Konstitusiya Kon-
ventinin üzvü olmasa da Virciniya ştatının Konventdəki
nümayəndəsi kimi konstitusiyanın əleyhinə çıxış edir.
Nümayəndələr palatasına seçkilərdə C.Medisona məğlub
olmasına baxmayaraq, 1790-cı ildə Virciniya parlamen-
ti onu senator seçir. Fransaya səfi r göndərilənədək dörd il
müddətində senator olur.
Onun Fransada səfi r kimi fəaliyyəti qənaətbəxş olmur
və 29 iyul 1796-cı ildə xarici işlər naziri Timoti Pikerinq
tərəfi ndən geri çağırılır. Səfi rlik fəaliyyətinin kəskin tənqid
olunması onun siyasi nüfuzuna xələl gətirmir. Monro 1799-
cu ildə Virciniya Ştatının qubernatoru seçilir və 1802-ci
ilə qədər bu vəzifədə çalışır. Dostu T.Cefferson Birləşmiş
51
Amerika prezidentləri
Ştatların prezidenti seçildikdən sonra Vaşinqtona qayıdan
Monro 1809-cu ilədək siyasi fəaliyyətini burada davam
etdirmişdir. 1803-cü ildə yenidən Parisə səfər edərək, bu-
rada R.Livinqstonla birlikdə Luiziananın alınması danı-
şıqlarında iştirak edir. Lakin Qərbi Floridanın İspaniyadan
alınması və Londonda İngiltərə ilə münasibətlərin nizam-
lanması haqqında Uilyam Pinkni ilə birgə aparılan danı-
şıqların uğursuzluqla nəticələnməsi onun siyasi reytinqinin
aşağı düşməsinə səbəb olur. Bu ona 1808-ci il prezident
seçkilərində namizədliyini irəli sürməyə mane olur. O,
1788-ci ildə olduğu kimi, bu dəfə də Medisona məğlub olur
və bu, iki siyasətçi arasında münasibətlərin korlanmasına
gətirib çıxarır.
C.Monro 1811-ci ildə yenidən Virciniya ştatının qu-
bernatoru seçilir. Cefferson Medisonla onu barışdırdıqdan
sonra, prezident 1811-ci ilin mart ayında Monronu Robert
Smitin yerinə xarici işlər naziri təyin edir. C.Medisonun
prezidentliyi müddətində, ABŞ-ın xarici siyasəti, xüsusilə
İngiltərə ilə münasibətlər, məhz Monronun fəaliyyəti
ilə müəyyənləşmişdir. İngiltərə ilə aparılan müharibə
ərəfəsində Con Armstronq müdafi ə naziri vəzifəsindən
uzaqlaşdırıldıqdan sonra bu vəzifə də C.Monroya tapşırı-
lır. Yeni Orlean və Plattsburqda ABŞ ordusunun qələbələri,
eyni zamanda Kent sülhünün bağlanması onun siyasi möv-
qeyini daha da möhkəmləndirir.
O, partiyadakı tərəfdarlarının böyük köməyi sayəsində
Respublikaçılar partiyasının 1816-cı il prezident seçkilərinə
namizədini müəyyənləşdirməyə həsr olunmuş konqresində
Medison hökumətində maliyyə naziri olmuş Uilyam Kro-
uforda kiçik üstünlüklə (65: 54) qalib gələrək partiyanın
namizədi olur. Prezident seçkiləri Monronu xüsusi narahat
etmirdi. Belə ki, müharibədən sonra federalistlər partiya-
sı praktiki olaraq öz fəaliyyətini dayandırmışdı. Nəticədə
52
Amerika prezidentləri
o, federalistlərin namizədi Rufus Kinqə böyük üstünlüklə
(183: 34) qalib gələrək prezident olur.
Ceyms Monronun səkkiz illik prezidentlik dövrü «xoş
əhval-ruhiyyələr dövrü» («The era Good feelings») kimi
xarakterizə edilir. Bu hər şeydən əvvəl onun prezident-
liyi dövründə partiyalar arası ziddiyyətlərin olmaması ilə
əlaqədardır. Prezidentin partiyalar fövqündə dayanması
prinsipini əsas tutan Monro istər şəxsi, istərsə də fraksi-
yalar arası münasibətlərlə bağlı qarşıdurmalarda iştirak
etməməsidir. Bu mövqeyi onun kabinetə olan münasibətində
də özünü göstərmişdir.
İspaniya ilə bağlanmış müqaviləni Monro hökumətinin
böyük uğuru hesab etmək olar. 24 fevral 1819-cu ildə
Monro tərəfi ndən imzalanan Transkontinental müqavilə
haqlı olaraq Adams-Onis müqaviləsi adlanır. Xarici işlər
naziri Adamsın gərgin fəaliyyəti sayəsində bağlanmış bu
müqaviləyə əsasən bütün Florida ABŞ-a birləşdirilmişdi.
1820-ci ildə keçirilən prezident seçkiləri ötən seçki-
lərdən fərqli olaraq sakit keçmişdir. Respublikaçıların rəsmi
namizədi kimi çıxış edən Monronun rəqibi müstəqil respub-
likaçı C.K.Adams olmuşdur. C.Monro böyük üstünlüklə
(234: 1) ikinci müddətə prezident seçilmişdir. Bu dövr bir
çox beynəlxalq-siyasi hadisələrlə zəngin olmuşdur.
Xatırladaq ki, İspaniyanın Avropada gedən Napoleon
müharibələrinə cəlb olunması onun Latın Amerikasındakı
müstəmləkələrini itirməsi ilə nəticələnir. Müharibələr sona
çatdıqda Müqəddəs İttifaqda birləşmiş dövlətlər İspaniya-
nın öz əski müstəmləkələrindəki ağalığını bərpa etməsinə
kömək göstərirlər. Bu, ABŞ-ın ciddi etirazı ilə qarşılanır.
Bununla əlaqədar 2 dekabr 1823-cü ildə Ceyms Monro
Konqresə məktub göndərir. Sonradan «Monro doktrina-
sı» adını almış məktubda dünyanın Avropa və Amerika
sistemlərinə bölünməsi prinsipi elan edilir, ABŞ-ın Avropa-
53
Amerika prezidentləri
nın daxili işlərinə qarışmayacağına təminat verilir, eyni za-
manda Avropadan Amerikanın daxili işlərinə qarışmamaq
tələb olunurdu.
Xələfl ərinin qoyduğu ənənəyə sadiq qalan Monro 1824-cü
il prezident seçkilərində iştirak etmir. Ömrünün son illəri
maddi çətinliklər içərisində keçir. 1830-cu il 23 sentyabrda
həyat yoldaşı vəfat etdikdən sonra, Nyu-Yorka qayıdaraq
kiçik qızı Mariya Hesterin yanında yaşayır. 4 iyul 1831-ci
ildə, Birləşmiş Ştatların İstiqlaliyyət Bəyannaməsinin 55-ci
ildönümü günü vəfat edir.
54
Amerika prezidentləri
CON KUİNSİ ADAMS
(JOHN QUINCY ADAMS)
(1825-1829)
ABŞ-ın ilk altı prezidenti dövlətin əsas qurucuları he-
sab olunur və ənənəvi olaraq «bani atalar» adlandırılır.
Onların sonuncusu Con Kuinsi Adams 11 iyul 1767-ci ildə
Massaçusets ştatının Breyntri şəhərində, ABŞ-ın ikinci pre-
zidenti olmuş Con Adamsın ailəsində dünyaya gəlmişdir.
Amerikanın köhnə siyasətçiləri ailəsinə mənsubluğu onun
55
Amerika prezidentləri
gələcək taleyinin müəyyənləşməsində həlledici rol oy-
namışdır. Hələ 17 yaşlı gənc ikən atasını bir çox Avropa
ölkələrinə səfərlərində müşayiət etmiş, 1794-cü ildə Haa-
qada ölkəsinin səfi ri olmuşdur. Bu səfərlər zamanı nəinki
müxtəlif məktəb və universitetlərdə öz bilik səviyyəsini
artırmış, həm də məşhur Avropa saraylarının siyasi yönü-
mü ilə yaxından tanış olmuşdur. Zəngin həyat təcrübəsi,
aldığı mükəmməl təhsil onu Amerikanın görkəmli dövlət
xadimlərindən biri etmişdir.
Londonda yaşadığı müddətdə, tütün ticarətçisinin qızı
Luiza Ketrin Consonla tanış olur. Nəticədə onlar 1797-ci il
26 iyulda evlənirlər.
C.K.Adamsın prezident seçildiyi 1824-cü ilə qədərki
müxtəlif hadisələrlə zəngin həyatında üç amil xüsusilə seçi-
lir: 1814-cü ildə ingilis-amerikan müharibəsinə son qoymuş
Kent sülhü, 1819-cu ildə İspaniya ilə bağlanmış Transkon-
tinental müqavilə, 1823-cü ildə elan edilən «Monro Doktri-
nası». Xüsusilə sonuncu iki hadisə məhz C.K.Adamsın ya-
radıcı fəaliyyətinin bəhrəsi idi və onun prezident C.Monro
ilə sıx əməkdaşlığının nəticəsində həyata keçirilmişdi.
1820-ci il prezident seçkilərinə müstəqil respublika-
çı kimi qatılan Adams Monroya məğlub olur. Lakin bu
məğlubiyyət onun növbəti seçkilərə qatılmasına mane ol-
mur.
1824-cü il prezident seçkiləri olduqca gərgin keçmişdir.
Bu vəzifəyə iddialılar arasında heç bir inzibatçılıq təcrübəsi
olmasa da hərbi qələbələri sayəsində şöhrət zirvəsində olan
Endrü Ceksondan başqa, kabinet və konqres üzvləri də var-
dı. Adamsla yanaşı Kalxaun, Krouford, Kley kimi dövlət
xadimləri iddiaçilar arasında idilər.
1 dekabr 1824-cü ildə keçirilən seçkilərdə Endrü Cek-
son daha çox səs toplasa da, səslərin sayı prezident seçilmək
üçün zəruri olan miqdara çatmadı və seçkilər nümayəndələr
56
Amerika prezidentləri
palatasında keçirildi. 1825-ci il 9 fevralda nümayəndələr pa-
latasında keçirilən seçkidə E.Cekson deyil, ilkin seçkilərdə
ikinci yer tutmuş C.K.Adams prezident seçildi. Adams Hen-
ri Kleyi dövlət katibi təyin etdikdə Cekson və tərəfdarları
Adamsı seçkilərdən öncə H.Kleylə gizli ittifaq bağlamaqda
ittiham etdilər. Bu məsələ hələ də düzgün şərhini tapma-
yıb. Əvvəla, hələ seçkilərdən öncə Kley və Cekson arasın-
da ixtilaf yaranmışdı. Digər tərəfdən Kley bir çox başqaları
kimi respublikaçılar partiyasının rəsmi namizədi Kroufor-
dun prezident seçiləcəyi təqdirdə öz vəzifəsinin öhdəsindən
layiqincə gələcəyinə şübhə edirdi. Şübhəsiz ki, Adams və
Kley adasında səsverməyə qədər hər hansı razılaşma olub.
Lakin bu razılaşmanın nədən ibarət olması müasirlərini ma-
raqlandırmırdı. Onlar üçün «mənfur razılaşmanın» olması-
nı milli qəhrəman Ceksonun deməsi kifayət idi. Bu ittiham
Adamsın bütün prezidentlik müddətində ona problemlər
yaratmışdır.
Şəxsi keyfi yyətlərindəki bəzi naqisliklər Adamsa siyasi
komandasını yaratmağa mane olurdu. Bu özünü kabinetin
təşkil edilməsində də göstərir. Ceksonu müdafi ə naziri təyin
etmək istəsə də, bu fi kirdən daşınır. Başa düşür ki, Cekson
bu vəzifəni özünə qarşı təhqir kimi qəbul edəcək. Kroufor-
da maliyyə naziri vəzifəsini təklif etsə də rədd cavabı alır
və bu vəzifəyə 1818-ci ildən Avropada yaşayan, ABŞ-da
heç bir siyasi dayağı olmayan, Londonda Amerika səfi ri
Riçard Raşı təyin edir. Beləliklə Adams siyasi rəqiblərini
zərərsizləşdirə bilmir. Tezliklə Cekson, Krouford və Kol-
xaun tərəfdarları Konqresdə birləşirlər və Adamsın siyasi
kursuna müxalif mövqedən çıxış edirlər. Prezidentliyi-
nin üçüncü ilində Konqresə keçirilən seçkilərdə Adamsın
rəqibləri hər iki palatada üstünlüyə nail olurlar.
C.K.Adamsın 4 mart 1825-ci ildə etdiyi inauqurasi-
ya nitqi prezidentlik borcunun dərk edilməsinin yüksək
57
Amerika prezidentləri
ifadəsidir. O, milli birliyə çağıraraq faktiki olaraq artıq
mövcud olmayan partiyaların milli maraqlar yönümündən
çıxış etməsini istəyir.
Deyilənlərlə yanaşı onun prezidentlik illərində digər
problemlər də qarşıya çıxmışdır. Amerika ticarət gəmi çili-
yinin Britaniyaya məxsus Karib adaları arasında hərəkətinə
bərabər hüquqlar tələb edilməsi Londonun etirazına səbəb
olur, hətta 1826-cı ildə bütün Vest-hind limanları ABŞ
gəmilərinin üzünə bağlanır. 1827-ci ilin martından Adamsın
İngiltərə gəmilərinin Amerika limanlarına daxil olmasını
qadağan etməsindən başqa çarəsi qalmır. Vest-hind ticarət
əlaqələrini yalnız 1830-cu ildə qaydaya salmaq mümkün
olmuşdur.
Konqresdə ona qarşı formalaşmış mütəşəkkil müxalifət
Adamsın öz siyasi-iqtisadi platformasını reallaşdırmağa
böyük əngəl yaradır. Artıq onun 1828-ci il seçkilərində
məğlub olacağı qabaqcadan görünür. Bu seçkilərdə səslərin
56 %-ni toplayan E.Cekson prezident olur.
Yenidən seçilməyən bütün prezidentlər aktiv siyasətdən
uzaqlaşmışdılar və atası Con Adams buna ən yaxşı nümunə
idi. Lakin onun oğlu qəribə istisna təşkil edir. Qısa fasilədən
sonra 1831-ci ilin dekabrında Plimutdan nümayəndələr pa-
latasına üzv seçilərək ömrünün axırınadək burada fəaliyyət
göstərir. C.K.Adams Amerika-Meksika müharibəsi haqqın-
da aparılan müzakirələr zamanı, 21 fevral 1848-ci ildə elə
Konqres zalındaca vəfat etmişdir.
58
Amerika prezidentləri
ENDRÜ CEKSON
(ANDREW JACKSON)
(1829-1837)
Endrü Cekson sadə amerikalılar arasından çıxmış ilk
prezidentdir. O, yalnız bacarıq və qabiliyyəti, işgüzarlığı
sayəsində ölkənin ali vəzifəsinə sahib olmuşdur. Nə onun
59
Amerika prezidentləri
keçirdiyi ağır uşaqlıq dövrü, nə aldığı səthi təhsil gələcəkdə
parlaq karyera edəcəyindən xəbər vermirdi.
15 mart 1767-ci ildə Cənubi Karolina ştatının Uoks-
hou yaşayış məntəqəsində, irland immiqrantı ailəsində
anadan olan Cekson məşəqqətlərlə dolu həyat yolu keçib.
O, hələ dünyaya gəlməmiş atası vəfat edir. Ailənin mad-
di çətinliklərinə baxmayaraq anası Elizabet Xaçinson onu
yerli məktəblərdən birində oxudur. Lakin tezliklə başlayan
İstiqlaliyyət müharibəsi onu təhsilini yarımçıq qoyaraq
həmyaşıdları ilə birgə hərbi təlimlər keçməyə məcbur edir.
1780-ci ildə hərbi əməliyyatlar Uokshouya da gəlib ça-
tır. Burada baş vermiş ağır döyüşlərdə Ceksonlar ailəsinin
böyük oğlu Uilyam həlak olur. Ağır dərdə dözməyən Eli-
zabet tezliklə vəfat edir. 1782-ci ildə məktəbi bitirən Endrü
pedaqoji kadrlar çatışmadığı üçün həmin məktəbdə müəllim
kimi fəaliyyət göstərir. Lakin o, on yeddi yaşında doğma
Uokshounu tərk edir.
Müstəqil həyata qədəm qoyan Endrü hüquqşünas ol-
mağa qərar verir. Hüquqşünaslıq Şimali Amerikada artıq
hörmətli peşə hesab edilir, istər ictimai nüfuz, istərsə də
yaxşı təminatlı həyatın qarantına çevrilirdi. Cənubi Ka-
rolinanın Solsberi şəhərciyində Makkeyin hüquq konto-
runda praktika keçən Endrü vəkillik fəaliyyətinə başlayır,
iki il sonra ştatın Ali Məhkəməsinə üzv seçilir. Təcrübəli
vəkillərin çoxluq təşkil etdiyi Solsberidə uğur qazanmaq
onun üçün çətin idi. Ona görə Qərbə köçməyi qərara alır və
1788-ci ildə Neşvill qəsəbəsində məskunlaşır. Qısa müddət
ərzində böyük hörmətlə yanaşı var dövlət də toplaya bilir.
24 yaşlı Cekson Neşvill sakini, tanınmış ailədən olan Raşel
Rabardsla ailə qurur.
XVIII əsrin 90-cı illərində Cənub-Qərb bölgəsi sürətlə
inkişaf edirdi. Artıq burada yaşayan əhalinin sayı 76.000
nəfərə çatırdı. Bu baxımdan ərazinin müstəqil ştata
60
Amerika prezidentləri
çevrilməsi gündəmə gəlir (federal qanunvericiliyə əsasən
əhalisinin sayı 60 mini keçdikdə əraziyə ştat statusu verilə
bilər). 1796-cı ildə çağırılan konventdə əraziyə ştat statusu
verildi və Tennessi adlandırıldı. Cekson bu prosesdə fəallıq
göstərmiş və haqlı olaraq İttifaqa daxil edilmiş Tennessidən
Nümayəndələr Palatasına üzv seçilmişdir. Növbəti il o, Şta-
tı senatda təmsil edir.
Lakin Cekson yalnız altı ay senatorluq edir. 1798-ci
ilin yazında biznes ortağı Devid Allison həbs edildikdə is-
tefa verərək Neşvillə qayıdır. Az bir zamanda işlərini qay-
daya salır. İşgüzar sahibkar, varlı quldar Cekson ştatın Ali
Məhkəməsinə üzv seçilir.
E.Ceksonun karyerasında növbəti mərhələ Tennessi le-
gislaturasında milis general-mayoru seçilməsidir. Lakin, o,
hərbi xidmətlə yanaşı siyasi fəaliyyət də göstərir, belə ki, 35
yaşlı general Şimali Amerikada Avropa müstəmləkə torpaq-
ları və hindular yaşayan ərazilər hesabına ABŞ ərazisinin
genişləndirilməsi arzusunda olduğunu bildirir. Onun bu
istəyi sülhsevər prezident Ceffersondan dəstək almır.
1812-ci ildə prezident Medison İngiltərəyə müharibə
elan etdi. Müharibəyə qatılan İngiltərə hökuməti hindu
qəbilələrini ələ alaraq onların ABŞ-a qarşı qiyama qalxma-
sına nail olur. 1813-cü ilin əvvəllərindən iki alay formalaş-
dıran Cekson Cənub-qərbdə hindu qiyamlarını yatırmağa
göndərilir. Hindularla amansız döyüşlərdə bir-birinin ardın-
ca qələbə qazanan Cekson bəzi qəbilələri tamamilə məhv
edir, qiyam amansızlıqla yatırılır. Hindulara məxsus 23
milyon akr torpaq sahəsi ABŞ-a birləşdirilir. Bundan razı
qalan Konqres Ceksona ordu generalı rütbəsi verir. Qorx-
maz, cəsur bir döyüşçü olması ona «Qoca Hikari» ləqəbi
qazandırır.
Əldə etdiyi uğurlar Ceksona şöhrət gətirsə də bəzi
dairələrdə buna barmaqarası baxır, primitiv silahlarla
61
Amerika prezidentləri
döyüşən hindular üzərindəki qələbələri böyük rəşadət hesab
etmirdilər. Lakin ingilis nizami orduları üzərində, xüsusilə
Yeni Orlean yaxınlığındakı qələbəsi onun bacarıqlı hərbçi
olduğunu təsdiq edərək generalı milli qəhrəmana çevirdi.
1818-ci ildə Florida ABŞ-a birləşdirildikdən sonra pre-
zident Monro, onu yeni ştatın qubernatoru təyin edir. Lakin
general tezliklə istefa verir, üç il sonra isə ordudan gedir.
Yaxınlarına yazdığı məktublarında qalan həyatını dinc fer-
merlik fəaliyyətinə həsr etmək arzusunda olduğunu bildi-
rir. Lakin yaxın dostları, xüsusilə Tennessi ştatının varlı
şəxsləri J.Levis, C.Overton və C.İton onun növbəti prezi-
dent seçkilərinə namizədliyini verməsini istəyirlər.
1824-cü il seçkilərində E.Cekson C.K.Adams, U.Krou-
ford və H.Kleylə birgə namizədliyini irəli sürür. Seçkilərdə
birincilik qazansa da zəruri olan minimum səs həddini
aşa bilmir və seçkilər Nümayəndələr Palatasına keçirilir.
H.Kleyin səslərini Adamsa verməsi sonuncunun prezident
seçilməsi ilə nəticələnir. Məğlubiyyətdən məyus olan Cek-
son Adamsı və onun dövlət katibi təyin etdiyi H.Kleyi gizli
sövdələşmədə günahlandırır.
Qeyd edək ki, gərgin keçən seçkilər siyasi qüvvələrin
yenidən qütbləşməsinə səbəb olmuşdur. Adams-Kley qrup-
laşması milli respublikaçılar, 1832-ci ildən viqlər adlandırı-
lan partiyanın yaranması ilə nəticələnir. Cekson tərəfdarları,
xüsusilə C.Kalxaun və M.Van Burenin təşəbbüsü ilə de-
mokrat respublikaçılar və ya sadəcə demokrat adlandırılan
partiyanı təsis edirlər.
1828-ci il seçkilərinə ciddi hazırlaşan demokratlar yeni
təbliğat taktikalarından istifadə edirlər. Artıq namizəd proq-
ramını seçicilərlə birbaşa təmas yaratmaqla, mitinqlərdə
açıqlayır, mətbuatdan geniş istifadə olunur. Bu tədbirlər
bəhrəsini verir və Cekson Adamsa böyük üstünlüklə qalib
gələrək prezident seçilir.
62
Amerika prezidentləri
İnauqurasiya nitqində demokratik islahatların zəruri-
liyindən danışan yeni prezident bu işə ilk olaraq dövlət
məmurlarının dəyişdirilməsi ilə başlayır. Cekson hələ 12
il əvvəl prezident Monroya yazdığı məktubunda partiya
mənsubluğuna görə dövlət vəzifələrinin paylanmasının
əleyhinə çıxırdı: «Hər bir halda partiya marağı və partiya
mənsubluğu kənara qoyulmalıdır… Böyük və güclü millət
rəhbəri özünü partiya mənsubluğu ilə buxovlamamalıdır».
Buna baxmayaraq sonrakı fəaliyyətində əvvəl dediklərinə
riayət etmir, tərəfdarlarını vacib vəzifələrə təyin edir. Bunu
o, Adamsın dövründə kadrların korrupsiya və rüşvətxorluğa
qurşanması ilə izah edirdi. Hadisələrin sonrakı inkişafı onun
haqlı olduğunu göstərdi. Təkcə hərbi dəniz nazirliyində
aparılan yoxlamalar ildə bir milyon dollar yeyinti olduğunu
üzə çıxartdı.
Ceksonun siyasi rəqibləri islahatların keçirilməsinə
müqavimət göstərir, təyin etdiyi kadrların Konqresdə təsdiq
olunmasına maneçilik törədirdilər. Tədricən prezidentin
fəaliyyəti demokrat partiyasının daxilində narazılıqla qarşı-
lanmağa başladı. Xüsusilə federal hakimiyyətin hüquqları-
nı ştatların suverenliyindən üstün tutması partiyanın vitse-
prezident Kalxaunun başçılıq etdiyi cənub qanadının ciddi
etirazına səbəb oldu. Konstitusiyanı özünəməxsus şəkildə
şərh edən Kalxaun, ştatların İttifaqdan ayrılması hüququ-
nu özündə saxladığını iddia edirdi. Prezident isə onun bu
təfsiri ilə qətiyyən razılaşmırdı. Fikir ayrılığı, müharibəylə
sonuclanacaq quldarlıq problemi gündəmə gəlməmiş, par-
tiya daxili ikitirəliyin yaranmasına səbəb oldu.
Partiyadaxili ixtilafl ar Ceksonun nüfuzuna ziyan vur-
mur. Onun yeni formalaşan kiçik burjuaziyanın mənafeyini
güdən maliyyə sistemində apardığı islahatlar, Konqres qa-
nunlarına veto qoymaqla Milli Bankın monopoliyasının
63
Amerika prezidentləri
qarşısını alması cəmiyyətdə ona islahatçı-prezident imici
qazandırmışdı.
1832-ci il seçkilərində Ceksonun əsas rəqibi H.Kley
olur. Gərgin keçən seçkilərdə Cekson böyük üstünlüklə
ikinci müddətə prezident seçildi. Qeyd edək ki, seçkilərdə
üçüncü siyasi qüvvə kimi çıxış edən Antimason partiyası
ciddi uğur qazanmadı və bu ümumiyyətlə ABŞ-da bərqərar
olmuş iki partiyalı sistemə əsaslı dəyişiklik gətirmədi. On-
ların nümayəndəsi Floyd seçimçilər kollegiyasında Cekson
və Kleyin topladıqları 219 və 49 səsə qarşı yalnız 11 səs ala
bilmişdi.
Cekson ikinci prezidentlik müddətində də götürdüyü
kursun fundamental xarakter daşıdığına inanır və başladı-
ğı demokratik islahatları özünəməxsus inadkarlıqla davam
etdirirdi.
Cekson prezidentlik müddətinin başa çatmasından çox
əvvəl daha seçilmək niyyətində olmadığını bildirir və siya-
si varis qayğısına qalır. Məhz onun istəyilə demokratların
1835-ci ilin mayında keçirilən Konventində M.Van Buren
prezidentliyə namizəd göstərilir. Elə onun böyük köməyi
nəticəsində də M.Van Buren ABŞ-ın növbəti prezidenti se-
çilir.
Tennessiyə qayıdan eks-prezident Ermitaj malikanəsində
yaşayır. Buradakı mənzərə heç də ürəkaçan deyildi. Səkkiz
illik prezidentliyi müddətində oğulluğu Endrü-kiçiyə tap-
şırdığı böyük təsərrüfat ifl as həddinə çatmışdı. Buna səbəb
bir tərəfdən 1834-cü ildə Ermitajda baş vermiş yanğın idisə,
digər tərəfdən oğulluğunun işə soyuq yanaşması, spirtli
içkilərlə aludə olmasıydı. Təsərrüfata rəhbərliyi ələ alan
eks-prezidentə tədricən vəziyyəti sabitləşdirmək nəsib olur.
Təsərrüfatla ciddi məşğul olması, ona ölkədə gedən si-
yasi prosesləri izləməyə mane olmamışdır. Xüsusilə 1844-
cü il seçkilərində, siyasi əlaqələrindən, partiya daxilində
|