Amea botanika İnstitutunun elmi əsərləri, 2012- ci IL, XXXII cild



Yüklə 7,48 Mb.
Pdf görüntüsü
səhifə36/64
tarix14.01.2017
ölçüsü7,48 Mb.
#5478
1   ...   32   33   34   35   36   37   38   39   ...   64

 

1 saylı cədvəldən göründüyü kimi bitki növləri çöl tədqiqatları müddətində toplanmış 

herbarilər üzrə sistemləşdirilməklə təyin edilmişdir [11,13]. 

Alazan-Ağrıçay  vadisinin  yay  otlaq  sahələri  4  hissədən  ibarətdir;  ərazinin  I  hissəsi 

şimaldan  və  şimal-qərbdən  Rusiya  Fedorasiyasının  Dağıstan  Respublikası,  Şərqdən  Şəki 


                                       AMEA Botanika İnstitutunun elmi əsərləri, 2012- ci il, XXXII cild 

 

 



 

rayonunun  yay  otlaqları,  cənubdan  və  cənub  qərbdən  Qax  rayonunun  bələdiyyə  torpaqları; 

Dövlət  meşəsinin  torpaqları,  İlisu  Dövlət  qoruğu  və  Zaqatala  rayonunun  torpaqları  ilə;  II 

hissəsi- İlisu Dövlət qoruğu; III hissəsi – Qax rayonunun Dövlət meşəsi və IV hissəsi isə Qax 

rayonu Dövlət meşəsi ilə həmsərhəddir. 

Burada  tədqiq  olunmuş  üçyarpaq  yoncalı  –şehduranlı-dişəlik  və  üçyarpaq  yoncalı  –

ağbığlıq  dəniz  səviyyəsindən  2500-3000  və  3000-3200  metr  hündürlükdə  çimli  dağ-çəmən 

torpaqlarında yayılmışdır. Relyefi sel axınları ilə parçalanmış müxtəlif meyilli  yamaclardan 

və kiçik sahələri əhatə edən dağüstü düzənlikdən ibarətdir. 

Tədqiq  edilmiş  ərazinin  yay  otlaq  sahələrində  bəslənilən  davar  (qoyun-keçi)  sürüləri 

Gümrükçay, Əyriçay və bulaqların suyu ilə təmin olunur. Davar sürüləri yay otlaqlarında may 

ayından  sentyabrın  sonuna  qədər  90-110  gün  müddətində  otarılır.  Ərazidə  yerləşən  yay 

otlaqlarının  ümumi  sahəsi  13643,5  hektardır,  bundan  619,5  hektarı  üçyarpaq  yoncalı-

şehduranlı- dişəlik formasiyasına aiddir. 

Otlaq sahəsində (1 saylı cədvəldə göstərilir) qeydə alınmış bitki örtüyünün fitosenoloji 

xüsusiyyətləri  elmi-metodiki  mənbələrə  əsasən  öyrənilmişdir  [2,10].  Ərazidə  yayın  quraq 

keçməsi  səbəbindən  qeyd  olunan  formasiyanın  növ  tərkibində  kserofitlərin  bolluğu  artır,  bu 

isə öz növbəsində “otlaq” deqradasiyasını (erroziya prosesini) sürətləndirir. 

Tədqiq  olunan  regionun  ərazisi  yayı  quraq  keçən  mülayim-isti,  yağıntıları  bərabər 

paylanan  və  qışı  rütubətli  keçən  soyuq  iqlim  tipinə  xasdır.    Ərazi  dağ  ətəyindən  başlayaraq 

(xüsusilə  yay  otlaqları)  yüksək  dağlıq  zonada  yerləşdiyinə  görə  iqlim  şəraiti  də  müxtəlif 

tərzdə dəyişir [9].  Havanın orta illik temperaturu – 0

0

C-dən -12



0

-dək olur. Yanvar ayının orta 

illik  temperaturu  -10

0

  ilə  2



0

  və  bu  iyulda  isə  10

0

-25


0

  arasında  tərəddüd  edir.  İlin  isti  ayında 

bəzən  havanın  mütləq  maksimum  temperaturu  30

0

-40



0

-dək  qalxır.  Havanın  orta  illik 

minimum temperaturu  -9

0

  ilə -20



0

  arasında dəyişir; mütləq minimum temperaturu ilin  soyuq 

ayında  -16

0

-dən  -30



0

-dək  aşağı  düşür.  Havanın  orta  illik  nisbi  rütubəti  70%-dir.  Yağıntının 

illik  miqdarı  500-1600  mm-dir.  Qarla  örtülü  günlərin  miqdarı  10-16  aya  çatır.  Dolu  düşən 

günlərin sayı isə 1-5 gün ehtimal olunur. 

L.İ.Prilipko,  V.C.Hacıyev,  V.V.Hətəmov  və  başqa  alimlərin  monoqrafiyalarında 

Böyük Qafqazın yüksək dağ  bitkiliyi, Azərbaycanın yay otlaqları haqqında məlumatlar verilir 

[4, 5, 7, 9]. 

Azərbaycanın   bəzi  regionlarının  yüksək  dağ  bitkiliyində  aparılmış  gebotaniki 

tədqiqatlar  zamanı  rast  gələn  xarakterik  formasiyaların  fitosenoloji  xüsusiyyətləri,  onların 

dominant, subdominant növlərinin  xüsusiyyətləri və  digər  göstəricilər E.M.Qurbanov (2004) 

tərəfindən  öyrənilmişdir (8). 

Lakin bizim tərəfimizdən son illərdə yerinə yetirilmiş geobotaniki tədqiqatların nəticə-

sinə  əsasən  regionun  dağlıq  hissəsində  paxlalı-müxtəlifotlu-taxılotulu  formasiya  sinfinə  xas 

olan  üçyarpaq  yoncalı-şehduranlı-dişəlik  formasiya  qrupunun  fitosenoloji  xüsusiyyətləri 

aşağıda qeyd edilir. 

Üçyarpaq yoncalı-şehduranlı- dişəlik (Trifolieta-Alchemiletum-Poaosum) formasiyası. 

Bu formasiyanın bitki örtüyü ərazinin yüksək dağlıq hissəsindəki yaylaqlarda (2, 5, 6, 

7,  9  №-li)  yayılmaqla  regionun  yay  otlaqlaqlarının  ümumi  sahəsinin  (13643,5  ha)  619,5 

hektarın və yaxud 4,5%-ni təşkil edir. 

1  saylı  cədvəldə  əks  olunduğu  kimi  müvafiq  formasiyanın  növ  tərkibində  23  növ 

çoxillik  otlara  rast  gəlinir.  Ekoloji  qruplara  görə  eyni  saylı  növlərdən    9  növ  (39,1%) 

kserofitlər, 4 növ (17,4%) mezokserofitlər və 10 növ (43,5%) mezofitlərdir. 

Formasiyanın dominantı alp dişəsi (Poa badensis Hoenke) bolluğu 3-4 bal, subdomi-

nantlar  –  ipəyi  şehduran  (Alchemilla  sericea  Willd.)  bolluğu  2-3  bal,  eləcə  də  Qafqaz  və 

sürünən  üçyarpaq  yoncaları  (Amoria  caucasicum  Tausch.,  Trifolium  repens  (L.)  C.Presl.) 

hesab olunur ki, hər iki növün bolluğu isə 2 bala bərabərdir. 

Fitosenozun mərtəbəlik üzrə ümumi layihə örtüyü 40-70%-ə uyğundur. 


                                       AMEA Botanika İnstitutunun elmi əsərləri, 2012- ci il, XXXII cild 

 

 



 

Əlavə etmək lazımdır ki, bu formasiyanın quru kütləyə görə məhsuldarlığı 6,2 sent/ha, 

yem  vahidi  (100  kq  quru  otda)  –  52,89  kq,  otarma  müddəti  90  gün,  davarın  gündəlik  yem 

normasının  1,3  yem  vahidinin  olmasına  görə  hesablamaya  əsasən  hektarda  otlaq  sahəsinin 

yükünün 2,8 baş və cəmi sahədə (619,5 ha) tutumunu (1735 baş) müəyyənləşdirməyə imkan 

verir. 


NƏTİCƏ 

Öncə qeyd edilən geobotaniki göstəricilərə və çöl tədqiqatlrı zamanı aparılmış müşahi-

dələrə əsasən qənaətə gəlmək olar ki, çoxsaylı yay otlaq sahələrində antropogen (zoogen) və 

ekoloji  amillərin  birbaşa  eləcə  də  bilavasitə  təsirlərdən  bitki  örtüyü  deqradasiyaya  məruz 

qalmış,  məhsuldarlığı  azalmış  və qidalılığı  tükənmişdir. Bunun nəticəsində həmin  yay  otlaq 

sahələri hüquqi  və  fiziki şəxslər tərəfindən səmərəli istifadə  olunmur. Belə  neqativ təsirlərin 

davam  etməsi  isə  orada  qeydə  alınmış  endemik,  relikt,  nadir  və  adı  “Qırmızı  və  Yaşıl” 

kitablara düşən bitki növlərinin qorunmasını təhlükə qarşısında qoyur. 

Bununla  əlaqədar  olaraq  araşdsırmalar  göstərir  ki,  ərazinin  yay  otlaq  sahəsindəki 

üçyarpaq yoncalı-şehduranlı-dişəlik formasiyanın  növ tərkibində müəyyən edilmiş Centaurea 



fischeriChrysaspis elizbehtae və İnula grandiflora Qafqaz endemikləridir. Buna görə də bir 

çox  növlərin  qorunmasına  ehtiyac  vardır.  Odur  ki,  elmi  tədqiqat  işi  aparılmış  regionun  yay 

otlaqlarında  bitki  ekosisteminin  qorunması  üçün  aşağıdakı  səmərəli  istifadə  tədbirlərinin 

tətbiqini məqsədyönümlü hesab edirik: 

-

 

otlaq  dövriyyəsinin  tətbiqi  ilə  (məhsuldarlığı  daha  yüksək  olan  fitosenozda) 



sistemlə yaxud güzlə otarmanın (yükü və tutumuna riayət etməklə) həyata keçilməsini; 

-

 



güclü  suksessiya,  deqredasiyaya  və  erroziyaya  məruz  qalan  yüksək  dağ 

yamaclarında səthi  yaxşılaşdırılma  tədbirlərinin aparılmasını; 

-

 

dağ-çəmən  və  soyuq  iqlim  şəraitinə  uyğun  gələn  üçyarpaq  yoncalı-şehduranlı- 



dişəlik  fitosenozunda  aqrotexniki  qaydalara  əsaslanmaqla  yaxşılaşdırılan  sahələrə  üzvü 

(qoyun peyini) və mineral gübrələrin qarışığının verilməsini; 

-

 

yaxşılaıdırılmış müfaviq fitosenozun tamamilə bərpasından sonra otlaqdan səmərəli 



istifadə olunması tədbirlərinin tətbiqini. 

Aparılmış  elmi  tədqiqat  işinin  nəticəsi  olaraq  Alazan-Ağrıçay  vadisinin  alp 

çəmələrinin yay otlaqlarında olan fitosenozun qorunması tədbirləri mütərəqqi üsullarla həyata 

keçirilməlidir ki, bu da  region  ərazisindəki  yay  otlaqlarında bitkiliyin  əhəmiyyətli dərəcədə 

mühafizəsinə imkan yaradacaqdır. 

  

 



ƏDƏBİYYAT 

 

1.

 



Azərbaycanın bitki örtüyü xəritəsi. (Miqyas 1: 600 000), Bakı DTXK, 2002. 

2.

 



Azərbaycan  Respublikasının  təbii  yem  sahələrinin  irimiqyaslı  geobotaniki  tədqiqatlarına 

dair təlimat. Bakı, 2002.144 s. 

3.

 

Azərbaycan  SSR-in  Qırmızı  Kitabı  (B.M.Adıgözəlov,  İ.K.Ələkbərov,  M.A.Musayevin 



redaktəsi ilə). Bakı, «İşıq», 1989, 544s. 

4.

 



Hacıyev V.C. Azərbaycanın yüksək dağlıq bitkiliyinin ekosistemi. Nurlan nəşriyyatı. Bakı, 

2004. 132 s. 

5.

 

Hətəmov V.V. Dağlıq ekosistemlərdə bitkilərin həyatı və faydası. Nurlan nəşriyyatı. Bakı, 



2001. 140 s. 

6.

 



Ахундов Г.Ф. Эндемы флоры Азербайджана. Автореф. дис. доктор. биол. наук. Баку, 

1973, 44с. 

7.

 

Гаджиев В.Д. Высокогорная  рстительности Большого Кавказа  и ее хозяйственного 



значение. Баку, Элм, 1970. 271с. 

8.

 



Гурбанов  Э.М.  Флора  и  растительность  Атропатанской  провинции  (в  пределах 

                                       AMEA Botanika İnstitutunun elmi əsərləri, 2012- ci il, XXXII cild 

 

 



 

Азербайджанской Республики). Баку, Элм, 2007. 233с. 

9.

 

Прилипко Л.И. Растительный покров Азербайджана. Баку, Элм, 1970. 170с. 



10.

 

Рабатнов Т.А. Фитоценология. Изд-во М.Ун-та, 1983, 296 с. 



11.

 

Флора Азербайджана. Баку, Изд-во АН Азерб. ССР. т.т. I-VIII, Баку, 1950-1961. 



12.

 

Шенников А.П. Введение в геоботанику. Л.: Изд.-во ЛГУ, 1964, 447 с. 



13.

 

Cerepanov  S.K.  Vascular  Plants  of  Rusia  and    Aqrosent  states  the  forner  USSR.  North 



American Branch. Cambrindge Universitu Press.1995.  992p. 

 

 



РЕЗЮМЕ 

ФИТОЦЕНОЛОГИЧЕСКИЕ ОСОБЕННОСТИ АЛЬПИЙСКОЙ 

РАСТИТЕЛЬНОСТИ АЛАЗАН – АГРИЧАЙСКОЙ ДОЛИНЫ 

 И ОХРАНА ИХ ЭКОСИСТЕМ 

 

Мамедова З.Дж. 



Бакинский Государственный Университет 

 

В  ходе  исследования  были  изучены  фитоценологические  особенности 



альпийской  растительности  Алазань-Агричайской  долины,  определены  формации, 

образуемые  эндемичными,  редкими  и  исчезающими  видами,  встречающимися  в 

составе  фитоценозов,  и  даны  рекомендации  по  их  рациональному  использованию, 

подготовке  мер  по  охране  экосистемы  и  проведению  их  на  научной  основе  в 

соответствии с рельефными, почвенными и климатическими условиями территории. 

  

Ключевые  слова:    экосистема,  фитоценоз,  формация,  доминант,  субдоминант, 



ксерофиты, мезофиты, мезоксерофиты, эндемики, реликты 

 

 

SUMMARY  

FYTOCENOLOGICAL FEATURES OF ALPIAN VEGETATION OF ALAZAN & 

AGRICHAI VALLEY AND PRESERVATION OF THEIR ECOSYSTEM 

 

Mammadova Z.J.  



Baku State University 

 

During  the  research  phytosenological  features  of    alpian  vegetation  of  Alazan  and  Agrichai 



valley  have been studied;  formations formed by  endemic, rare and  endangered species mate 

within fytocenosis content; provided recommendations on their sustainable use, action plan on 

ecosystem  protection  and  their  implementation  on  the    scientific  base  i.a.w.  relief,  soil  and 

climate conditions of the area.    

 

Keywords:  ecosystem,  phytocenosis,  formation,  dominant,  subdominant,  xerophytes, 



mesophytes, mesoxerophytes, endemics, relicts 

 

 

 

 

 



 

 


                                       AMEA Botanika İnstitutunun elmi əsərləri, 2012- ci il, XXXII cild 

 

 



 

 

UOT 634.01:634.0.351 

 

AZƏRBAYCANDA MEŞƏLƏRIN KEÇMIŞDƏKI VƏ INDIKI VƏZIYYƏTININ 



MÜQAYISƏLI ARAŞDIRILMASI 

 

Mirzəyev O.H. 



AMEA Botanika İnstitutu 

 

Məqalədə  qədim  zamanlarda  və  indiki  dövrdə  meşələrin  müqayisəli  və  maraqlı 



məlumatları verilir. Eləcə də meşələrin əmələ gəlmə tarixindən bəhs edilir. 

 

Açar sözlər: bitki, geoloji, coğrafi, hidroloji, tropik meşələr 



 

 

Yer  kürəsində  canlılar,  o  cümlədən  bitkilər  birdən-birə  əmələ  gəlməmiş,  geoloji 



dövrlərin  dəyişməsi  şəraitində  çox  uzun  illər  ərzində  mürəkkəb  bir  yol  keçmişdir. 

Azərbaycanda meşələrin inkişafı tarixi də beləcə uzun illərdən xəbər verir. Ümumiyyətlə, hər 

hansı  bir  tarixi  məlumat  almaq    üçün  mütləq  geoloji,  coğrafi,  hidroloji  və  s.  tədqiqatlardan 

istifadə  edilir.  Azərbaycanda  meşələrin  inkişafı  tarixi  Qafqaz  önü  və  onunla  əhatə  olunmuş 

ərazidə bitki aləminin əmələ gələrək  inkişafı ilə sırf bağlıdır. 

Onu  da  qeyd  etmək  vacibdir  ki,  hələ  təbaşir  dövrünün  axırlarında,  milyonlarla  il 

bundan  əvvəl Qafqaz önünün ərazisi dəniz olmuş, hətta torpaq qalxaraq kiçik adalar əmələ 

gətirmişdir.  Zaqafqaziyanın  cənub  hissələrində  isə  daha    böyük  sahələr  yaranmışdır.  Həmin 

illərdə  əsasən  rütubət  sevən  iynəyarpaqlı  və  enliyarpaqlı  meşələr    inkişaf  etmişdir. 

Zaqafqaziyanın  cənub  hissələrində  meşələrdə  əsasən  tropik  ağac  cinsləri  böyük  rol 

oynamışdır. Lakin Azərbaycan ərazisində isə tropik tipli ağaclarla yanaşı şimalda bitən çinar 

(Platanus), qovaq (Populus), bəzi şam ağacı (Pinus) növlərinə də  rast gəlinir.  

Baş Qafqaz sıra dağları da paleotsen dövründə ada şəklində əmələ gəlmişdir ki, burada 

maqnoliya, palma, iynəyarpaq və s. bitkilərdən ibarət sıx meşələrlə örtülərək sanki Hindistan 

və  Avstraliya  meşələrinə  oxşar  olmuşlar.  Maraqlısı  odur  ki,  çox-çox  qədim  zamanlar  ada 

meşələrində soyuğa daha davamlı olan Şimal bitkiləri üstünlük təşkil edirdi (1). 

Onu  da  demək  vacibdir  ki,  Pirəköşkül  kəndi  yaxınlığında  və  meşəsiz  Qobustan 

səhralığında    qazıntı  halında  tapılan  bitki  qalıqları  göstərir  ki,  vaxtı  ilə  Azərbaycan  ərazisi 

tropik  meşələri  xatırladan  həmişəyaşıl  ağaclardan  ibarət  meşələr  mövcud  olmuşdur.  Deməli, 

Azərbaycanın  qədim bitki  aləmi  indikindən  fərqlənərək  çox zəngin  olmuşdur. Bu da daimi 

olmamış,  buzlaşma  dövrünün  başlanğıcında    Qafqaz  meşələri  tropik  bitki  növlərindən  azad 

olmuşlar.  Buzlaşma  əsasən  dağ  zonalarında  özünü  daha  çox  biruzə  vermiş,  həm  də  dağ 

buzları ətrafdakı düzənliklərə yayılmışlar. 

Buzlaşma  dövrünün  xüsusiyyətləri  Böyük  Qafqaz  dağlarının  hər  yerində,  Kiçik 

Qafqaz dağlarının isə xeyli ərazilərində özünü göstərmişdir. 

Talış  meşələrində  ən  qədim  ağac  və  kol    növlərinə  hal-hazırda  da  rast  gəlinir.  Bu  

meşələrin tərkibində tropik və əsasən subtropik  meşələrin qalıqlarını görmək olur. 

Bəşəriyyətin əmələ  gəldiyi dövrlərdə meşlərin   yayılması və inkişafı üçün  yeni dövr 

başladı  ki,  burada    meşə  sahələrinin  meydana  gəlməsində  insan  əməyinin  təsiri  də  az  rol 

oynamamışdır. 

Azərbaycanın  əsas  meşələri,  o  cümlədən  seyrək  meşələri,  eləcə  də  meşəsiz 

ərazilərindəki kolluqlar öz zənginliyi ilə fərqlənir. Azərbaycanda bitən yabanı ağac və kollar 

48 fəsilə və 135 cinsdə  toplanmış və 435 növ təşkil edir [1]. Respublikamızda yabanı halda 

435  növ  ağac  və  kol  bitir  [1].  Lakin  biz  tərəfdən  aparılan  uzun  müddətli  elmi-tədqiqatlar 



                                       AMEA Botanika İnstitutunun elmi əsərləri, 2012- ci il, XXXII cild 

 

 



 

nəticəsində  Azərbaycan  florası  üçün  yeni  olan  2  növ  tozağacı-Betula  microlepis  və  Betula 



alba  növləri  tapılmış,  indi  isə  437  növ  ağac  və    kollar  mövcuddur  (2,3).  Beləliklə,  109  növ 

ağac (25 faiz) və 288 növ (75 faiz) kollardır. Onu da qeyd etmək vacibdir ki, yabanı ağac və 

kol  növlərindən  əlavə  respublikaya  müxtəlif  məqsədlər  üçün  yetişdirilən  yüzlərlə  gətirilmə 

ağac  və  kol  növlərinə  də  rast  gəlmək  olur.  Talışda  qida  məqsədilə  dəfnə,  çay,  feyxoanın 

böyük  plantasiyaları  salınır.  Yaşıllıqların  park  və  xiyabanlıqlarda  salınmasında  sərv,  dəmir 

ağacı  və s. dekorativ bəzək ağaclarından geniş istifadə edilir. 

Respublikanın  ərazisində  yayılmış  meşələr  növ  tərkibinə  görə  çox  zəngin  olub  bir-

birindən fərqlənir [4]. Meşə ağaclarının növ sayına görə Quba rayonunun dağlıq meşə sahələri 

əsas yeri tutur. Buranın iqlimi mülayim – isti və mülayim – soyuqdur. Ilin bütün fəsillərində 

yağıntı demək olar ki, eyni olur. Burada 172 növ meşə ağacı və kolu bitir. Mülayim – isti və 

subtropik iqlimə malik olan Talış dağlarında isə 123 növ ağac və kollardan ibarət sıx meşələr 

hökm  sürür.  Onu  da  demək  maraqlıdır  ki,  Quba  rayonunun    ərazisində  58  növ  ağac  bitdiyi 

halda Talış  meşələrində bu rəqəm nisbətən azalaraq 51 növ ağac bitir. Kol növlərinə gəldikdə 

isə əsas yeri Kiçik Qafqazın cənub hissələri və Naxçıvan  Muxtar Respublikası tutur. 

Meşəni  əmələgətirən  əsas  ağac  cinsləri  yayıldığı  sahəyə  görə  fərqlənirlər.  Belə  ki, 

təkcə şərq fıstığı, Qafqaz vələsi və palıd ağacları respublika ərazisində yayılan ümumi meşə 

sahəsinin 80 faizdən çoxunu tutur. Fıstıq daha çox yayılaraq 32 faizini, vələs 26 faizini,palıd 

isə  24  faizini  təşkil  edir.  Yerdə  qalan  ağac  və  kol  növləri  ya  fıstıq,  vələs,  palıd  meşələrilə 

qarışıq vəziyyətdə, ya meşə kənarlarında, eləcə də ayrı-ayrı kiçik kolluq sahələrdə və yaxud 

seyrək meşələr halında  bitir.  

Onu qeyd etmək vacibdir ki, respublikanın  meşələri əsasən dağ  zonalarında-Böyük 

və  Kiçik  Qafqaz  sıra  dağlarının  yamaclarında    və  Talış  dağlarında  yayılmışdır  [4]. 

Azərbaycanda dağ rayonu zonalarında meşələr təxminən 90-95 faiz, düzən yerlərdə isə 5 faiz 

təşkil  edir.  Meşə  bitkiləri  düzən  yerlərindən    başlayaraq    hündür  dağ  qurşağına  kimi  

qanunauyğun şəklində yayılır. Əsasən düzən meşələri öz davamını aşağı dağ qurşağına, sonra  

orta dağ qurşağına, o da öz yerini davam etdirərək  yüksək dağ qurşağına subalp meşələrinə 

ötürür.  Maraqlısı  budur  ki,  onlar  biomüxtəliflik  əmələ  gətirərək  hər  bir  bitki  öz  yayıldığı 

yerindən  asılı  olaraq  inkişaf  edir.  Ağac  və  kollar  dağ  qurşağına  qalxdıqca  bitkilərin 

hündürlüyü, çətrinin ölçüsü və s. xüsusiyyətləri  dəyişir. Meşələr adətən  dəniz səthindən 50-

100 metr yüksəklikdən başalayaq 900-1000 m, 1700-1800 m və 2000 metrdən yüksəyə kimi 

qalxaraq bitir və inkişaf edir. Dağ qurşaqlarına qalxdıqca ağaclar bir  – birini əvəz edir. Dağ 

qurşaqlarında əsasən palıd və palıdla fıstığın qarışıqdan ibarət olan aşağı qurşaq meşələri orta 

qurşağa məxsus olan ağaclarla əvəz olunur. Böyük və Kiçik Qafqazda, xüsusən Quba rayonu 

Babadağının  aşağı  sahələrində  ağaclar  bir-birini  əvəz  edərək  ən  yüksək  qurşaqda  –  subalp 

zonada tozağacı  (Betula L.), titrək yarpaq qovaq (Populus tremula) yayılmışdır.  

Qeyd  olunduğu  kimi  meşə  bitkilərinin  zənginliyi  və  meşə  ərazisinin  böyüklüyünə  

görə  Azərbaycan  bölgələrinin  içərisində  Quba  rayonu  da  xüsusi  yer  tutur.  Respublikanın 

ərazisində  olan  1  mln,  213  min  hektar  meşə  fondunun  56855  hektarı  Quba    rayonunun 

ərazisinin  payına  düşür.  Bunun  da  51636  hektarı  meşə  ilə  örtülü  sahədir.  Quba  rayonunun 

meşə fondundan isə 24808 hektarı şahdağ Milli parkının təşkili üçün ayrılıb.   

Əsas meşə əmələ gətirən cinslər fıstığ (Fagus L.), palıd (Quercus L.), vələs (Carpinus 

L.) və qalan aşağıda qeyd olunmuş köməkçi cinslər isə göyrüş (Fraxinus L.), ağcaqayın (Acer 

L.), tozağacı  (Betula  L.), cökə (Tilia  L.) qovaq  (Populus  L.),   qızılağac (Alnus  L.), qarağac 

(Ulmus L.) və s. təşkil edir.    

Meşələrin  keçmişdəki  vəziyyətini  bir  daha  aydınlaşdırmaq  üçün  bir  neçə  misallara 

müraciət edək. Birinci Nügədi kəndi Quba rayonunun ən böyük və səfalı kəndlərindən biridir. 

Vaxtilə    bu  kəndin  ətrafında  1000  hektarlarla    sağlam    meşə  sahələri  mövcud  olub.  Hətta 

meşələr yaşayış evlərinə o qədər yaxın olub ki, yırtıcı  heyvanlar, o cümlədən canavar, tülkü, 

çaqqal həyətdəki heyvanlara hücum edərdi. 


                                       AMEA Botanika İnstitutunun elmi əsərləri, 2012- ci il, XXXII cild 

 

 



 

O  vaxt  meşələrin  öz  adları  olub.  Məsələn,  kəndin  beşinci  məhəlləsinin  ətrafında  

“Palasa”  adı  ilə  məşhur  olan  geniş  meşə    sahəsi  mövcud  idi.  Eyni  zamanda  başqa    bir  100 

hektarlarla sahəsi olan  Mirzəyev Əlibaba kişinin meşəsi mövcud idi ki, onu “Əlibaba” meşəsi 

adlandırırdılar.  

Onu  da  qeyd  etmək  vacibdir  ki,  qədim  zamanlarda  hətta  savadsız  insanlar 

ekologiyanın, ətraf mühitin mühafizəsində bitkilərin, xüsusən  meçələrin əvəzsiz əhəmiyyətini 

başa düşərək meşədən bir ağac da kəsməzdilər. Onu demək kifayətdir ki, baxmayaraq Əlibaba 

kişinin özünün meşəsi olduğu halda, özü üçün tikdirdiyi 8 otaqdan ibarət hündürlüyü 10 metr 

olan  2  mərtəbəli  evinə  tikinti  materialı  kimi  meşəsindən  heç  vaxt  sağlam  və  cavan  ağacları 

kəsməmişdir. Yalnız yararsız və quru ağaclardan  istifadə etmişdir.  

1930-cu illərdə kollektivləşmə  - kolxozlaşma dövründə torpaqlar və meşələr Dövlətə 

qaytarıldı. Bir müddətdən sonra həmin meşələrin  yerində yeni evlər tikilərək kəndin ərazisi 

genişləndirildi, əvəzində isə meşələrin  sahələri azaldı.  

Bitkilərin  canlıların,  xüsusən    insanların  həyatındakı  əhəmiyyətini  hər  dövrdə  başa 

düşənlər də az olmayıb. Quba rayonunun ikinci Nügədi kənd sakini,  görkəmli  ziyalı, yaxşı 

mənada  seçilən    müəllim,  təbiət  vurğunu  Mövlud  Nəbiyev  (BDU-nin  professoru,  AMEA  – 

nın  müxbir  üzvü,  mərhum  Azad  Mövlud  oğlu  Nəbiyevin    atası  )  meşələrin  qorunmasında 

mübariz,  ziyalı,  kənd  sakinlərinin  böyük    hörmətini  qazanan,  yüksək  nüfuza  malik  olan  bir 

insan  olub.  Onun  təşəbbüsü  və  şəxsən  iştirakı  ilə  ikinci  Nügədi  kəndində  dağ  meşəsindən 

bulaq  çəkdirib  ki,  həmin  bulaq  yerli  sakinlər  tərəfindən  “Nəbi  bulağı”  adlandırılıb.  Indi  də 

həmin “Nəbi bulağı” fəaliyyət göstərir və Azərbaycanın bütün bölgələrindən gələn insanların, 

turistlərin, xüsusən Bakı əhalisinin istirahət və gəzinti məkanına çevrilib.  

Onu da qeyd etmək çox vacibdir ki, Azərbaycanda 1 mln.213 min hektar meşə fondu 

olub.  Müəyyən  obyektiv  və  subyektiv  səbəblərdən  meşə    sahələri    azalıb.  Birinci  obyektiv 

səbəb  20  faiz  torpaqlarımız  erməni    işğalçıları  tərəfdən  zəbt  olunub.  Digər  tərəfdən  də 

qanunsuz meşə qırıntılarına yol verilib. Lakin bunlara baxmayaraq 2001-ci ildən Ekologiya və 

Təbii Sərvətlər Nazirliyi yarandığı gündən Təbiətə, Ekologiyaya münasibət çox dəyişmiş və 

meşə  bərpası,  yeni  meşələrin,  meşə  zolaqlarının,  yaşıllıqların  salınması  intensiv  surətdə 

inkişaf  etdirilir.  Təkcə  onu  qeyd  etmək  kifayətdir  ki,  cənab  Nazir  H.Bağırovun  şəxsən 

təşəbbüsü və iştirakı ilə  fəaliyyət göstərdiyi 10 ildə 93 min hektar sahədə meşə bərpa və meşə 

salma tədbirləri həyata keçirilmişdir. Bundan 35300 hektarı  yeni meşələrin salınmasıdır. Bu 

müddət  ərzində    281  milyon  ədəd  müxtəlif    ağac  və  kol  növlərindən  ibarət  əkin 

materiallarından istifadə edilmişdir.  

Onu  da  qeyd  etmək  lazımdır  ki,  son  illər  insanların  sosial  –  məişət  şəraitini 

yaxşılaşdırmaq məqsədilə istirahət zonalarının yaradılmasına diqqət edilir. Turizmin inkişafı 

üçün  Dövlət  səviyyəsində  qlobal    işlər  görülür.  Insanların  sağlamlığını  qorumaq  məqsədilə 

parklar  salınmışdır.  Şahdağ  Milli  parkının  salınması  ilə  əlaqədar  turizim  daha  da  inkişaf 

edəcəkdir. 

 

 



Yüklə 7,48 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin