66) Fizioloji olaraq
yenidoğulmuşa xarakterk deyil?
A) Ürək döyüntülərinin dəqiqədə 140 olması
B) Çəhrayı dəri örtüyü
C) Əzələ hipotoniyası
D) Əzələ hipertoniyası
E) Əmmə-udma refleksinin olması
Ədəbiyyat:Sağlam yenidoğulmuş üzrə klinik protokol, Bakı, 2008
67) Hansı çəkidə doğulmuş yenidoğulmuş uşağa peyvənd etmək olmaz?
A) Çəkisi 1800q-dan aşağı olan
B) Çəkisi 3000q-dan aşağı
C) Çəkisi 2500q-dan aşağı
D) Çəkisi 2000q-dan aşağı
E) Çəkisi 2700q-dan aşağı
Ədəbiyyat:Sağlam yenidoğulmuş üzrə klinik protokol, Bakı, 2008
68) Yenidoğulmuş uşaqlarda fototerapiya hansı məqsədlə aparılır?
A) Qanda bilirubinin səviyyəsinin aşağı salınması
B) Bədən temperaturunun tənzimlənməsi
C) Qanda hemoqlobinin səviyyəsinə nəzarət
D) Çəki itkisinin qarşısının alınması
E) Qanda şəkərin səviyyəsinin tənzimlənməsi
Ədəbiyyat:Yenidoğulmuşların hiperbilirubinemiyası üzrə klinik protokol, Bakı, 2013
69) Aşağıdakılardan hansı bədxassəli qan xəstəliklərinə aiddir?
A) Hemofiliya
B) Talassemiya
C) Leykoz
D) Posthemorragik anemiya
E) Hemolitik anemiya
Ədəbiyyat:Секреты гематологии и онкологии. М. Э. Вуд, П. А. Банн. 2001
70) Leykozun başlanğıcı üçün xarakterik olan əlamət hansıdır?
A) Bronxospazm, təngnəfəslik
B) Ağız-burun üçbucağının sianozu
C) İshal və qəbzliyin əvəz olunması
D) Ürəkbulanma, qusma
E) Yorğunluq, artralgiya, temperaturun yüksəlməsi, iştahanın itməsi
Ədəbiyyat:Секреты гематологии и онкологии. М. Э. Вуд, П. А. Банн. 2001
71) Aşağıdakı vəziyyətlərdən hansı erkən döşə qoyulmaya əks göstərişdir?
A) Subfebril temperatur
B) Asfiksiya
C) Çəkisi 2000q olan yenidoğulmuş
D) Çəkinin normadan çox olması
E) Qısa dil yüyəni
Ədəbiyyat:Körpə və azyaşlı uşaqların qidalanmasının qiymətləndirilməsi üzrə hesabat.
Metodik göstəriş, Bakı, 2011
|