742) Uşaq 3 yaşındadır. Bağçaya gedir. Xəstəliyi kəskin başlayıb, hərarəti 38, 5°C, qarnında ağrı var, 1 dəfə qusub. Uşaqda tez - tez selik və qanla qarışıq nəcis ifrazı var, uşaq narahatdır, gücənir, defekasiya ağrılıdır. Uşaq hansı xəstəlikdən əziyyət çəkir? A) Qida toksikoinfeksiyası
B) Sadə dispepsiya
C) Salmonelloz
D) Toksik dispepsiya
E) Dizenteriya
Ədəbiyyat: N. N. Əliyev. M. M. Muxtarov Yoluxucu xəstəliklər. Bakı 1993 səh. 49
743) Qlomerulonefrit xəstəliyi keçirmiş uşaqlar neçə il dispanser nəzarətdə saxlanılır? A) 2 il
B) 5 il
C) 3 il
D) Dispanser qeydiyyata götürülmür
E) 1 il
Ədəbiyyat: Л. А. Исаева. Л. К. Баженова. Детские болезни. Москва 1986 стр. 433
744) Qlomerulonefrit xəstəliyi iə stasionardan evə yazılan uşaq neçə müddət ambulator müalicə almalıdır? A) 6 aydan 8 aya kimi
B) 6 aydan 10 aya kimi
C) 10 aydan 6 ilə kimi
D) 6 - 10 aydan 2 -
3 yaşa kimi
E) 1 aydan 6 aya kimi
Ədəbiyyat: Л. А. Исаева. Л. К. Баженова. Детские болезни. Москва 1986 стр. 433
745) Yenidoğulmuş uşağın çəkisi ən az nə neçə qramdan aşağı olduqda bağlı küvezə qoyulur? A) 1900
B) 1700
C) 2000
D) 2100
E) 1500
Ədəbiyyat: Л. А. Исаева. Л. К. Баженова. Детские болезни. Москва 1986 стр. 116
746) Uşaqlarda disbakteriozun müalicəsində təyin edilir. A) Biseptol
B) Dimedrol
C) Panzinorm
D) Bifidobakterin
E) Penisillin
Ədəbiyyat:Л. А. Исаева. Л. К. Баженова. Детские болезни. Москва 1986 стр. 568
747) Uşaqlarda revmatik xoreya özünü hansı şəkildə biruzə verir? A) Pilorostenoz
B) Boğulma ilə
C) Larinqospazmla
D) Pilorospazmla
E) Hiperkinezlərlə
Ədəbiyyat: Л. А. Исаева. Л. К. Баженова. Детские болезни. Москва 1986 стр. 264