Tibb bacısı Pediatriya Üzrə Test Tapşiriqlar


) Hipoqlikemik koma zamanı nəyin vena daxilinə yeridilməsi təxirəsalınmaz



Yüklə 1,4 Mb.
Pdf görüntüsü
səhifə25/196
tarix01.06.2022
ölçüsü1,4 Mb.
#60373
1   ...   21   22   23   24   25   26   27   28   ...   196
2021-03-03 15-24-30

153) Hipoqlikemik koma zamanı nəyin vena daxilinə yeridilməsi təxirəsalınmaz 
yard
ımdan ibarətdir? 
A) Qlükoza 
B) Heparin 
C) İnsulin 
D) Kofein 
E) Dibazol 
Ədəbiyyat:N.R. Paleyevin redaktəsi ilə “Tibb bacısının məlumat kitabı”. Səh.162 “Çıraq” 
2008 
154) Yoluxmuş iynə ilə öz əlini zədələyən tibb bacısı nəyi düz etmir? 
A) 
Furasillinlə yaralanan yeri işləyir 
B) Yod məhlulu ilə işləyir 
C) Əllərini sabunla yuyur 
D) 70 % - 
li spirtlə silir 
E) Bir damcı qan çıxarır 
Ədəbiyyat:N.R. Paleyevin redaktəsi ilə “Tibb bacısının məlumat kitabı”. Səh.56
“Azərnəşr” Bakı 1984 
155) 
İsti vannaları hansı halda tətbiq etmək olmaz? 
A) Yüksək hərarət 
B) Xroniki rinit 
C) Xroniki bronxit 
D) Kəskin respirator xəstəlik 
E) Xroniki pnevmoniya 
Ədəbiyyat: C.N. Hacıyev. R.Y.Əliyev. Xəstələrə qulluq. Səh.105 “Təhsil” Bakı1998 
156) Uremik 
koma zamanı xəstənin nəfəsindən hansı iy gəlir? 
A) Lax yumurta 
B) Ammonyak 
C) Aseton 
D) Alkoqol 
E) Tütün 


Ədəbiyyat: В.М.Боголюбов. «Внутренние болезни». «Медицина». Москва 1983 . Səh. 
122 
157) Hansı halda masaj etmək olmaz? 
A) Oynaq 
xəstəlikləri zamanı 
B) Bağların dartınması zamanı 
C) Piylənmə zamanı 
D) Spastik iflic zamanı 
E) Limfa düyünləri şişdikdə 
Ədəbiyyat:Y.İ.Pasınkov. Ümumi fizioterapiya. Səh.272. “Maarif” Bakı 1980 
158) Bunlardan hansı masajın əsas metodu deyil? 
A) Sürtmə 
B) Kəsmələmə 
C) Sığallama 
D) Döyəcləmə 
E) Basmalama 
Ədəbiyyat:Y.İ.Pasınkov. Ümumi fizioterapiya .Səh.274 “Maarif” Bakı 1980 
159) Hirudoterapiya nədir? 
A) Qanburaxma 
B) Su ilə müalicə 
C) Zəli ilə müalicə 
D) İşıqla müalicə 
E) İqlimlə müalicə 
Ədəbiyyat:N.R. Paleyevin redaktəsi ilə “Tibb bacısının məlumat kitabı” .Səh.39 “Çıraq” 
2008 

Yüklə 1,4 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   196




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin