197) Sidikdə şəkərin miqdarını təyin etmək üçün sidik necə toplanır? A) Steril sınaq şüşəsinə 10 ml sidik yığılır
B) Səhər yuxudan durduqdan sonra 100 - 200 ml toplanır
C) Yalnız gecə saat 22°° - dan səhərə qədər ifraz etdiyi sidik toplanır°°
D) Xəstəyə acqarına 1, 5 l maye içirdikdən sonra ilk 4 saat ərzində toplanır
E) Bir sutka ərzində toplanır
Ədəbiyyat: C.N. Hacıyev; R.Y. Əliyev. Xəstələrə qulluq. Səh.225. “Təhsil”. Bakı 1998.
198) Zimnitski sınağı aparmaq üçün sidik neçə payda yığılır? A) 2
B) 6
C) 4
D) 3
E) 8
Ədəbiyyat: C.N. Hacıyev ; R.Y.Əliyev. Xəstələrə qulluq. Səh. 228 “Təhsil” Bakı 1998.
199 ) Böyrək daşı sancısı zamanı ilk yardım göstərərkən tibb bacısı xəstəyə hansı vanna tətbiq edə bilər? A) Radon vannası
B) Soyuq vanna
C) İsti vanna
D) Naftalan vannası
E) Sərin vanna
Ədəbiyyat:N.R Paleyevin redaktəsi ilə “Tibb bacısının məlumat kitabı”. Səh.158. “ Çıraq ”
2008
200) Qəbizlik zamanı xəstəyə hansı qidadan istifadə etmək məsləhət görülür? A) Kartof
B) Yumurta
C) Çuğundur
D) Noxud
E) Ağ çörək
Ədəbiyyat:N.R. Paleyevin redaktəsi ilə “Tibb bacısının məlumat kitabı”. Səh.40
“Azərnəşr” Bakı 1984
201) Stasionarda terapiya şöbəsində aşağıda göstərilən otaqlardan hansı olmur? A) Xəstələr üçün palata
B) Prosedur otağı
C) Yeməkxana və bufet
D) Gips otağı
E) Sanitariya qovşağı
Ədəbiyyat:C.N.Hacıyev; R.Y.Əliyev. Xəstələrə qulluq. Səh 46 “Təhsil ” Bakı 1998
202) Tibb bacısı zəliləri bankadan nə ilə götürməlidir? A) Əl ilə
B) Şpatel ilə
C) Kornsanq ilə
D) Pinset ilə
E) Çubuq ilə
Ədəbiyyat: Qaqunova Y.Y “Xəstələrə ümumi qulluq”. Səh 141-142. “Maarif” 1974