45
Tutacaqların istehsalı üçün aşağıdakı materiallar tətbiq edilməlidir: naziktəbəqəli polad,
millər (çubuqlar), borular, korroziyaya davamlı məftil.
Qab-qacağın səthi (üzü) təmiz, parlaq və ya tutqun olmalıdır. Qab-qacağın səthlərində
(üzləri) batıqlar, çatlar, sıyrıntılar, ləkələr, kəskin qıraqlar, təbəqələşmələr, yad əlavələr,
dalğalıq, balıqqulağılar (çanaqlar) icazə verilmir. Daxili və xarici qatları qabarıqsız və
hamar olmalıdır. İsti ilə təmasda olan qablar daildən istiliyə qarşı təbəqə ilə örtülməlidir.
Buna əsasən misdən və ərintilərdən istilik paylayıcı qatının qalınlığı ən azı 1, 5
millimetr olmalıdır, alüminium ərintilərdən isə 3 millimetrdən az olmalıdır. Qapaqlar kip
oturmalıdır, sızmalar olmamalıdır.
Paslanmayan polad qablar ən gigiyenik hesab olunduğundan bu qablara qulluq olduqca
sadədir. Istənilən yuyucu vasitəsi ilə asanlıqla təmizlənir.
İstifadə zamanı qızdırıcı pilətələrlə qazanın diametri eyni olmalıdır ki, istilik tam
həcmdə paylansın. Bu amil istenilən metal qazan və tavalara şamil edirlir.
Dəmir qablar qara və emallı qablara bölünür.
Qara dəmir qablara müxtəlif təyinatlı
qablar, qazanlar və tavalar aid edilir. Dəmir qablar aşağı istilik keçiriciliyinə malikdir. Bu
qablar estetik cəhətdən yaxşı olmadığına görə istehsalı azdır və sənayedə dəmir qabları,
alüminium ərintisindən olan qablar əvəz edir[21,22].
Dostları ilə paylaş: