N. M. AĞABƏyli



Yüklə 1,37 Mb.
Pdf görüntüsü
səhifə30/104
tarix15.07.2022
ölçüsü1,37 Mb.
#62770
növüMühazirə
1   ...   26   27   28   29   30   31   32   33   ...   104
N. M. A AB yli

Silisiumlu süxurlar. Bu qrupdan olan və inşaatda ən çox iş-
lədilən süxurlar diatomit, trepel və opokadır. 


38 
38 
Diatomit tərkibində çoxlu amorf halında silisium 4-oksidi olan 
boş, bəzən tam sementləşməmiş, rəngi ağ, sarı, boz və çəhrayı rəngli 
süxurdur. O, vaxtı ilə şirin və şor sularda yaşamış diatom adlı 
yosunların qalığından əmələ gəlmişdir. 
Trepel diatomitə nisbətən daha köhnə süxurdur. Onun tərkibin-
dəki qalıqlar artıq çox xırda opal kürrəciklərinə dönmüş və bunlar da 
opal sementi ilə sementləşmişdir. Diatomit rəngdədir. 
Diatomit və trepel yumşaq, əl ilə asan ovulan süxurlardır. On-
ların sıxlığı 500

1000 kq/m
3
, məsaməliliyi 60

70%, istilikkeçirmə 
əmsalı 0,17

0,23 Vt/(m

0
S)-dir. 
Opoka xırda opal dənələrindən və yosun qalıqlarından ibarət sü-
xurdur. Müxtəlif rəngdə 

tünd bozdan açıq sarı rəngə qədər, bəzən isə 
qara rəngdə olur. Sıxlığı 1000

1300 kq/m
3
, məsaməliliyi 30

40 %-
dir. Ondan aktiv hidravlik əlavə kimi istifadə olunur.
Karbonat süxurları. Bu süxurlar balıqqulağılarının və yosun 
qalıqlarının sementləşməsindən əmələ gəlmişdir. Inşaatda karbonat 
süxurlarından balıqqulağılı əhəngdaşı və təbaşir daha geniş istifadə 
edilir. 
Balıqqulağılı əhəngdaşı balıq qulağılarının və onların parçala-
rının təbii əhənglə sementləşməsindən əmələ gəlmişdir.Adətən, ağ və 
boz rəngdə olur. Məsaməli süxurdur. Asan mexaniki emal ol-
duğundan, ondan mişarlama yolu ilə divar materialı 

‖kubik‖ daşı 
hazırlanır. 
Balıqqulağılı əhəngdaşının sıxlığı 800

1800 kq/m
3
, sıxılmada 
möhkəmlik həddi isə 0,4

15 MPa-dır. Istilikkeçirmə əmsalı 0,5

0,7 
Vt/(m

0
S)-dir. Ondan mülki tikintilərdə divar materialı kimi, eləcə də 
yüngül betonlarda doldurucu kimi istifadə olunur. 
Azərbaycanda balıqqulağı əhəngdaşı çox yayılmışdır. Xüsusilə, 
Bakı şəhərinin ətrafında belə yataqlar çoxdur. 
Təbaşir balıqqulağı və ilbiz qalıqlarının ən xırda hissəciklərin-
dən ibarət olub, kimyəvi tərkibi CaCO
3
-dür. Möhkəmliyi çox azdır. 
Rəngi ağdır. Əhəng və sement istehsalında, rəngsaz işlərində (ağ 
rəngli piqment kimi) istifadə olunur.

Yüklə 1,37 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin