66
66
1
verici qutu;
2, 5
transportyor;
3
dezinteqrator vallarında gilin xırda-
lanması və daşların ayrılması;
4
qaçağanlarda gilin üyüdülməsi;
6
lent presində
kərpicin qəliblənməsi;
7
çiy kərpicin avtomatda kəsilməsi
hamar səthli vallarda yaxud narın üyüdücü qaçağanlarda narın xır-
dalayırlar. Əldə edilmiş qarışığı gilqarışdırıcıya ötürürlər.
Burada gil
kütləsinə yavanlaşdırıcı, plastikləşdirici və digər əlavələr qatılır. Sonra
keramik kütlə 18
25 % nəmliyə qədər nəmləndirilir və bircinsli kütlə
halına düşənə qədər qarışdırılır. Bu cür hazırlanmış
keramik kütləni
adi lent, yaxud vakuum lent presinə ötürürlər. Lent presində keramik
kütlə şnek vasitəsilə sıxlaşdırılaraq presin müştüyünə doğru yönəldilir.
Nəticədə presin müştüyündən fasiləsiz lent halında gil brusu çıxır və
kəsici avtomatla kəsilir. Lent preslərinin saatlıq məhsuldarlığı 10000
ədəd kərpicdir.
Kəsilmiş çiy kərpici vaqonetlərə dolduraraq, fasiləsiz (tunel,
konveyer) və dövri (kameralı) işləyən quruducularda qurudurlar. Tu-
nel quruducularda kərpicin qurudulması 12
48, kameralı
qurudu-
cularda
48
96, konveyerlərdə isə 6
10 saat vaxt aparır. Kərpici,
adətən, 90
120
0
S temperaturlu isti hava ilə qurudurlar.
Kərpic fasiləsiz işləyən həlqəvi və tunel sobalarda bişirilir. Həl-
qəvi sobalardan yalnız köhnə kərpic zavodlarında istifadə edilir.
Müasir kərpic zavodlarında kərpici müxtəlif konstruksiyalı
tunel
sobalarda bişirirlər. Kərpic, adətən, 950
1050
0
S
temperaturda bi-
şirilir. Bişirilmə müddəti tunel sobalarda 18
24 saat,
həlqəvi soba-
larda isə 1,5
3 gün olur.
Dostları ilə paylaş: