N. M. AĞABƏyli


Yüngül inşaat kərpici və daşları



Yüklə 1,37 Mb.
Pdf görüntüsü
səhifə53/104
tarix15.07.2022
ölçüsü1,37 Mb.
#62770
növüMühazirə
1   ...   49   50   51   52   53   54   55   56   ...   104
N. M. A AB yli

Yüngül inşaat kərpici və daşları diatomit və trepeldən (bəzən 
onların gil ilə qarışığından) yaxud gilin yanan materiallarla 
qarışığından hazırlanır, plastik yaxud yarımquru qəlibləmə üsulu ilə 
istehsal edilir və üç ölçüdə buraxılır: 1) yüngül inşaat kərpici 

250

120

65 mm və 250

120

88 mm ölçülərində; 2) yüngül inşaat 
daşı 

250

120

138 mm ölçüsündə. Sıxlığına görə yüngül inşaat kər-
pici və daşları üç sinifdə istehsal edilir:A sinfi 

sıxlığı 700

1000 
kq/m
3
, B sinfi 

1001

1300 kq/m
3
və C sinfi 

1301

1450 kq/m
3

Yüngül inşaat kərpici və daşlarının beş markası vardır: 200, 150, 125, 
100 və 75. Kərpic və daşların kütləsinə görə suhopması 8 %-dən az 
olmamalıdır. Şaxtayadavamlılığına görə markaları F 15, F 25, F 35-
dir. 


70 
70 
Trepel və diatomitdən olan kərpic və daşlardan quru, normal və 
nəm rejimli bina və tikililərin xarici və daxili divar hörgülərində 
istifadə olunur. 
§6. Üzlük keramik məmulatlar 
 
Xarici üzlük keramik məmulatlar 
Binaların xarici üzlük işlərində müxtəlif ölçülü və formalı, de-
korativ keyfiyyətlərə malik keramik məmulat işlədilir. Bunlardan 
üzlük keramik kərpic və daşlar, fasad tavacıqları geniş tətbiq edilir.
Üzlük keramik kərpic və daşlar dekorativ məmulat olmaqla 
yanaşı, həm də konstruktiv yükdaşıyıcı elementlərdir. Onlar divar hör-
güsü ilə bir zamanda hörülür və adi kərpic yaxud daş kimi yükdaşıyır. 
Üzlük keramik kərpic və daşların istehsalında xammal materialı kimi 
bişirildikdən sonra müxtəlif rəng əldə edən asanəriyən yaxud 
çətinəriyən gillərdən istifadə edilir. Adətən, üzlük kərpicin rəngi tünd 
qırmızıdan açıq qırmızıya qədər olur.  
Üzlük keramik kərpic və daşları adi gil kərpici kimi 

plastik 
yaxud yarımquru qəlibləmə üsulu ilə istehsal edilir. Onların səthinə 
müxtəlif rəng vermək üçün anqoblamadan istifadə edirlər. Bundan öt-
rü üzlük kərpicin səthinə şaxtayadavamlı, müxtəlif rəngli anqoblar 
çəkilir. Bu cür əldə edilmiş kərpicə anqoblanmış kərpic deyilir. An-
qobu ağ gildən (80 %-ə qədər) və mineral boyalardan (5

7 %) ha-
zırlayırlar. Binaların fasadına daha yüksək memarlıq ifadəliliyi ver-
mək üçün üzlük kərpici şirləyirlər. Belə kərpicə şirlənmiş kərpic de-
yilir. 
Üzlük keramik kərpic və daşlardan fasadların, daxili divarların, 
anbarların, zavod sexlərinin, bağ-bağça hasarlarının üzlənməsində 
istifadə edirlər. Hovuzların və digər buna oxşar tikililərin üz-
lənməsində isə şirlənmiş kərpic yaxud suhopması 5 %-dən az olan 
kərpic tətbiq edilir.

Yüklə 1,37 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin