N. M. AĞABƏyli


Portlandsementin əsas xassələri



Yüklə 1,37 Mb.
Pdf görüntüsü
səhifə89/104
tarix15.07.2022
ölçüsü1,37 Mb.
#62770
növüMühazirə
1   ...   85   86   87   88   89   90   91   92   ...   104
N. M. A AB yli

 
Portlandsementin əsas xassələri 

Həqiqi sıxlıq. Sementin həqiqi sıxlığı 3050

3200 kq/m
3
olur. 
Həqiqi sıxlığın qiyməti klinkerin mineral tərkibindən və əlavənin 
növündən asılıdır.

Tökmə sıxlıq. Sementin tökmə sıxlığı onun sıxlaşdırılma 
dərəcəsindən asılıdır. Portlandsementin sıxlaşdırılmamış halda tökmə 
sıxlığı 900

1100, sıxlaşdırılmış halda isə 1400

1700 kq/m
3
-dur. 
Sementi saxlamaq üçün anbarların, bunkerlərin həcmi hesablandıqda 


121 
121 
tökmə sıxlığın qiyməti 1200, beton tərkibinin hesablanmasında isə 
1300 kq/m
3
qəbul edilir. 

Sutələbatı və normalı qatılığı. Normal qatılıqlı sement 
xəmiri almaq üçün götürülən suyun miqdarına sementin sutələbatı 
deyilir. Sement xəmirinin normal qatılığı dedikdə onun elə qatılığı 
nəzərdə tutulur ki, Vika cihazının silindri həmin xəmirə standartın 
normalaşdırdığı qədər batmış olsun.
Adətən, portlandsementin sutələbatı 24

28 %-dir. Yəni normal 
qatılıqlı sement xəmiri hazırlamaq üçün sementə onun kütləsinin 
24

28 %-i qədər su qatmaq lazımdır.
Portlandsementə 15 %-ə qədər qatılan çöküntü mənşəli süxurlar 
sutələbatını artırır. Portlandsementin sutələbatını ona üyütmə vaxtı 
0,1

0,3 % səthi-aktiv əlavə qatmaqla xeyli azaltmaq olur.

Tutma müddəti. Sement xəmirinin öz plastikliyini itirərək 
tədricən qatılaşmasına sementin tutması deyilir. Sementin tutma 
müddəti şərti olaraq iki dövrə ayrılır: tutmanın başlanğıcı və tutmanın 
sonu. Tutmanın başlanğıcı və sonu Vika cihazı iynəsinin normal 
qatılıqlı sement xəmirinə batma dərinliyi ilə müəyyən edilir. Standart 
üzrə sementin tutmasının başlanğıcı 45 dəqiqədən tez, tutmasının sonu 
isə 10 saatdan gec olmamalıdır. Adətən, portlandsement üçün 
tutmanın başlanğıcı 1

2 saatdan, sonu isə 5

8 saatdan sonra olur. Bu 
müddət tikinti işləri aparmaq üçün tamamilə əlverişlidir, çünki tutma 
başlanana qədər beton və məhlulu daşıyıb işə sərf etmək mümkün 
olur. 
Portlandsementin tutma müddəti bir sıra amillərdən, o cümlə-
dən, klinkerin mineral tərkibindən, sementin narınlığından, su-sement 
nisbətindən və temperaturdan asılıdır. 
Portlandsementin narınlığı yüksək olduqda onun tutması da 
sürətlənir, çünki hissəciklərin su ilə reaksiyasının sürəti artır. Odur ki, 
narınlığı yüksək olan sementlərin tutma sürəti normal olsun deyə 
onlara nisbətən çox miqdarda gips qatırlar. 
Su-sement nisbətinin azalması, temperaturun artması, sementə 
bəzi əlavələrin qatılması da tutmanı sürətləndirir.

Narınlıq. Müəyyən miqdar sementi standart ələklərdən ke-
çirməklə onun narınlığı təyin edilir. Standarta əsasən sementi 
deşiklərinin ölçüsü 0,08 mm olan 008 №-li ələkdən keçirərkən qalan 
qalıq 15 %-dən çox olmamalıdır. 


122 
122 
Sementin narınlığını xarakterizə edən digər daha dəqiq kə-
miyyət xüsusi səthdir. 1 q sementdəki hissəciklərin səthləri cəminə 
xüsusi səth deyilir və sm
2
/q-la ifadə edilir. 
Sement narın üyüdüldükcə onun xüsusi səthi də artır. Adətən, 
portlandsementin xüsusi səthi 2500

3000 sm
2
/q həddində, 008 №-li 
ələkdə qalan qalıq isə 3

8 % olur.


Yüklə 1,37 Mb.

Dostları ilə paylaş:
1   ...   85   86   87   88   89   90   91   92   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin