Amea fəLSƏFƏ VƏ Sİyasi-HÜququ təDQİqatlar institutu k. C. AĞayeva etika və gender: sosial-əxlaqi davranişIN


Eti̇ka və gender: Sosi̇al-əxlaqi̇ davranişin təhli̇li̇



Yüklə 1,13 Mb.
Pdf görüntüsü
səhifə87/149
tarix19.07.2022
ölçüsü1,13 Mb.
#62817
1   ...   83   84   85   86   87   88   89   90   ...   149
Etika və gender

Eti̇ka və gender: Sosi̇al-əxlaqi̇ davranişin təhli̇li̇
102
Mərkəzi və Şərqi Avropada kommunist rejiminin süqu-
tundan sonra həmin məkanda insan alveri xüsusi bir prob-
lem kimi ortaya çıxmışdır. Rəsmi məlumatlardan belə mə-
lum olur ki, təkcə 1997-ci ildə həmin regionlardan və MDB 
məkanından Avropa ölkələrinə və Amerikaya 175 min qa-
dın satılmışdır (173; 430).
XX əsrin sonlarından etibarən iki mövcud sistem ara-
sından uzun illərdən bəri lövbər salmış dəmir pərdənin gö-
türülməsi, sürətli iqtisadi inteqrasiya, siyasi münasibətlərdə 
yumşalma, postsovet məkanında vətəndaş cəmiyyəti quru-
culuğu sahəsində atılan ilk addımlar, postindustrial cəmiy-
yətlərdəki yeni sənaye intibahları, bir sözlə, yeni əsrin yeni 
ab-havası dünyanın mənzərəsini dəyişməyə başladı. Qlo-
ballaşma nəticəsində get-gedə “kiçilməyə” başlayan dünya-
da siyasi-iqtisadi-elmi-mədəni əlaqələrin genişlənməsi artıq 
yeni problemlərlə müşayiət olunmaqdadır. Bu gün dünyada 
“böyük köç” mövcuddur. Hər il milyonlarla insan bu və ya 
digər ölkələrə miqrasiya etməkdədir. Əsasən inkişaf etmiş 
ölkələrə üz tutan miqrantlar arasında qadınların xüsusi çə-
kisi vardır. Rus iqtisadçısı Y.V.Türükanova bu münasibətlə 
yazır: “Artıq miqrasiya - bu əsasən kişi işidir deyə bəyan 
edilən mif aradan götürülmüş və onun yerinə yeni daha təh-
lükəli stereotip gəlmişdir: miqrant-qadınlar əsasən ən aşağı 
sosial statusa malik qadınlardır və onlar antisosial işləri ye-
rinə yetirərək cəmiyyəti pozurlar. Beləliklə, miqrant-qadın 
imici marqinal kimi formalaşdırılmışdır” (194: 423).
Bundan başqa qadınların miqrasiya etməsi cəmiyyət-
də heç də birmənalı qarşılanmır. Əgər hansısa xarici ölkəyə 
çıxıb gedən kişinin bu hərəkəti onunla təmasda olanlar tərə-
findən əksər hallarda rəğbətlə qarşılanırsa, miqrasiya edən 



Yüklə 1,13 Mb.

Dostları ilə paylaş:
1   ...   83   84   85   86   87   88   89   90   ...   149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin