- 221 -
deyildi. Saraydan götürdüyü hissə isə doğma idi, onunla eyni
tarix yaşamışdı, içində öz sakinlərinin mahiyyətini qoruyub
saxlayırdı.
…Gözəl saray dəlik deşik bir xarabaya çevrilmişdi. Sa-
kinləri artıq onu bəyənmirdilər, əslində bəyəniləsi bir halı da
qalmamışdı. Oxunan nəğmələr də ancaq onun keçmiş halı
haqqında idi. Hər kəs ordan köçüb-qaçmaq istəyirdi. Bir
vaxtlar bu saraydan qopardıqları həmin dəyərli şeyi götürüb
başqa bir saraya köçməyə yol axtardılar. Bu dəyərli şey
başqa saraya köçmək üçün yeganə vasitə idi. Heç kimin
ağlına da gəlmirdi ki, oturduğu bu sarayı təmir etsin, heç
olmasa ondan götürdüyü hissəni geri qaytarsın. Hər kəs
fikirləşirdi ki, ondakı hissə bu yekəlikdə xarabanı düzəltmək
iqtidarında deyil. Haqsız da deyildilər.
Dostları ilə paylaş: