2.Sahibkarlıq fəaliyyətinin tənzimlənməsinin əsas prinsipləri.
3.
Dövlət tənzimləməsinin obyektləri və subyektləri
4.Azərbaycan Respublikasında sahibkarlığın inkişafı üçün həyata keçirilən
addımlar.
1.Sahibkarlıq fəaliyyətinin tənzimlənməsində dövlətin əsas
funksiyaları
İqtisadiyyatın tənzimlənməsində dövlətin rolunun genişlənməsi bir sıra obyektiv
səbəblərlə əlaqədardır. Dünya təcrübəsi göstərir ki, inkişafın mürəkkəb dövrlərində,
xüsusilə də cəmiyyətdə və iqtisadiyyatda sosial-iqtisadi və texnoloji dəyişikliklərin
getdiyi vaxtlarda dövlətin təşkilatçılıq fəaliyyətinin artırılması zəruridir.
Keçid dövründə olan ölkələrdə iqtisadiyyatın tənzimlənməsində
dövlət xüsusilə
böyük rol oynayır. Belə ki, keçid dövrünün davametmə müddəti xeyli dərəcədə məhz
bu dövrdə dövlətin necə fəaliyyət göstərməsindən asılıdır.
Bazar münasibətlərinin formalaşdırılması və tənzimlənməsi, habelə resursların
yenidən bölüşdürülməsi dövlətin müdaxiləsi olmadan qeyri-mümkündür. Çünki bazar
münasibətlərinin formalaşdırılması köhnə strukturların ləğv edilməsi və yeni
strukturların yaradılması ilə eyni vaxtda həyata keçirilir. Bunun nəticəsində bir
tərəfdən iqtisadiyyatda çoxukladlılıq meydana gəldiyinə görə rəqabət üçün şərait
yaranır
və tələb, təsərrüfatçılığın həlledici amilinə çevrilir. Digər tərəfdən isə bu
dövrdə cəmiyyətdə elə bir şərait formalaşır ki, onların həll edilməsi dövlətin müda-
xiləsi olmadan mümkün deyildir.
Dünyada mövcud olan iqtisadi sistemlərin hamısı demək olar ki, qarışıq
sistemlərdir
və bir sıra vəzifələr bazar sistemi ilə dövlət arasında bölünmüşdür. Bunu
belə bir statistik məlumatdan görmək olar ki, hazırda milli məhsulun 80%-ə qədəri
bazar sisteminin, 20%-i isə dövlətin payına düşür. Bununla yanaşı, dövlət istehsalı
maliyyələşdirməklə bərabər, iqtisadiyyatın xüsusi bölməsində yaradılan gəlirləri
yenidən bölmək məqsədilə bir sıra sosial sığorta və sosial təminat proqramlarını da
həyata keçirir.
Statistika göstərir ki, vergilər, habelə əmtəə və xidmətlərin satın
alınmasına, sosial proqramların həyata keçirilməsinə yönəldilən xərclərin ümumi
məbləği milli gəlirin təqribən 1/3 hissəsini təşkil edir. Nəhayət ətraf mühitin
mühafizəsi, sağlamlığın qorunması, istehlakçıların təhlükəli məhsullardan müdafiəsi
ilə əlaqədar olan çoxsaylı
tədbirlər, habelə müəyyən sahələrdə qiymətlərin
formalaşması təjrübəsinə nəzarətin təmin edilməsi və s. əslində dövləti iqtisadi
fəaliyyətin bütün sahələrində «görünməyə» sövq edir. Ümumiyyətlə,
dövlət
vətəndaş cəmiyyətinin siyasi və sosial-iqtisadi prinsiplərini həyata keçirir. O,
makroiqtisadi bazar proseslərinin formalaşmasında fəal iştirak edir.
Bunlara uyğun
olaraq
qarışıq iqtisadiyyat şəraitində dövlətin əsas funksiyalarına aşağıdakılar
aiddir:
1.İqtisadi qərarların qəbul edilməsi üçün hüquqi bazanın yaradılması. Dövlət,
dövlətə məxsus olan və xüsusi müəssisələrin fəaliyyətini tənzimləyən qanunları
işləyib hazırlayır və qəbul edir, vətəndaşların hüquq və vəzifələrini müəyyənləşdirir;
2.İqtisadiyyatın sabitləşdirilməsi. Dövlət istehsalın azalması meylinin
qarşısının alınması, inflyasiyanın azaldılması və işsizliyin səviyyəsinin aşağı
salınması, milli valyutanın sabitliyinin təmin olunması
üçün büdcə-vergi və pul-
kredit siyasətindən istifadə edir;
3. Bazar mexanizmi imkan vermədiyi hallarda makro-iqtisadi və struktur
tarazlığın qorunub saxlanması;
4. İnkişaf strategiyasının işlənib hazırlanması, əlverişli investisiya və
sahibkarlıq, habelə milli strategiyanın məqsədi və reallaşdırılması vasitələri də daxil
olmaqla iqtisadiyyatın səmərəli fəaliyyət göstərməsinin təmin olunmasında çox
mühüm rol oynayan sosial mühitin formalaşdırılması;
5. Resursların düzgün bölüşdürülməsi. Dövlət, xüsusi
müəssisələrdə istehsal
olunmayan əmtəə və xidmətlərin istehsalını təşkil edir; kənd təsərrüfatının, rabitənin,
nəqliyyatın inkişaf etdirilməsi üçün şərait yaradır; ölkənin müdafiəsi və elmin inkişafı
ilə əlaqədar xərcləri müəyyən edir, təhsilin səviyyəsinin inkişaf proqramlarını
formalaşdırır və həyata keçirir;
6.Əhalinin sosial müdafiəsi və sosial təminatı. Dövlət, əmək haqqının, yaşa və
əlilliyə görə pensiyaların, işsizliyə görə müavinətlərin, aztəminatlı ailələrə müxtəlif
növ yardımların minumum məbləğini müəyyən edir və ona təminat verir;
7. Xarici aləmdə milli biznesin qorunub saxlanması. Dövlət,
qloballaşma
şəraitində ölkə iqtisadiyyatının rəqabət qabiliyyətini yüksəltmək məqsədilə milli
biznesin fəaliyyətini əlaqələndirir;
8.Ölkənin iqtisadi təhlükəsizliyinin təmin ebilməsi. Dövlət ölkənin iqtisadi
təhlükəsizliyini təmin etmək üçün konkret tədbirlər görür, hər jür təhlükəli və qeyri-
sabitlik amillərinin aradan qaldırılması ilə mübarizə aparır;
9.Ölkənin müdafiə qabiliyyətinin lazımi səviyyədə saxlanması.
Dövlətin ümumi funksiyaları ilə yanaşı, iqtisadiyyatın konkret sahələri və
ölkənin regionlarının tənzimlənməsi ilə əlaqədar funksiyaları da vardır.
Dövlətin tənzimləmə funksiyaları onun həyata keçirdiyi sosial-iqtisadi siyasətin
məqsədləri ilə müəyyən edilir. Hər bir inkişaf dövrünün - qısa,
orta və uzun müddətli
dövrlər–xüsusiyyətləri nəzərə alınmaqla konkret məqsəd müəyyən olunur.
Dostları ilə paylaş: