Mövzu№ Sahibkarlıq fəaliyyətinin mahiyyəti, növləri və innovasiya sahibkarlığı. Plan


- bazarın tələbatına tez reaksiya vermək, yeni əmtəə və xidmət



Yüklə 1,35 Mb.
Pdf görüntüsü
səhifə84/115
tarix24.07.2022
ölçüsü1,35 Mb.
#62885
1   ...   80   81   82   83   84   85   86   87   ...   115
C fakepathmuhazire esas (1)

- bazarın tələbatına tez reaksiya vermək, yeni əmtəə və xidmət 
İstehsalına hazır olmaq; 
- investorları və əlavə maliyyələşdirmə
 
mənbələrini tapmağı bacarmaq; 
- son nəticəyə yönəlmək; 
- ixtiraçı və fəal, özünə və tərəfdaşlarına münasibətdə tələbkar olmaq; 
- öz rəqibləri arasında həmişə yaxşı olmağa cəht etmək. 
Biznesi müvəffəqiyyətlə həyata keçirmək üçün sahibkar təkcə sadalanan 
keyfiyyətlərə malik olmalı deyil, həm də iqtisadiyyat və menecment sahəsində biliyi 
olmalıdır. 
Beləliklə, «biznes» anlayışı «sahibkarlıq» anlayışından təkcə öz 
məzmununa görə deyil və həm də iştirakçıların tərkibinə görə daha geniş anlayışdır. 
Çünki biznes bazar iqtisadiyyatının bütün iştirakçıları arasındakı münasibətləri əhatə 
edir, təkcə biznesmenlərin hərəkətini deyil, həm də istehlakçıların, muzdlu fəhlələrin 
və dövlət strukturlarının hərəkətini özündə birləşdirir. 
Biznesin məqsədi - müəssisənin uzun müddət öz fəaliyyətində cəht etdiyi 
son nəticədir. Biznesin məqsədi onun xarakterindən, inkişaf səviyyəsindən asılı olaraq 
müxtəlif ola bilər. Onlardan ən mühümləri aşağıdakılardır: 
- mənfəətin alınması; 
- biznesin inkişafı üçün zəruri vəsatilərin toplanması; 
- cəmiyyətə lazımi əmtəə və xidmətlərin təqdim edilməsi
- bazarda, sahədə qabaqcıl mövqeyə nail olunması; 
- istehlakçıların tələbatının optimal ödənilməsi; 
- öz əməkdaşlarına imkanlannı reallaşdırmaq imkanının verilməsi. 
Biznesin məqsədinə əsasən qarşıya konkret vəzifələr qoyulur və həyata 
keçirilir. Biznesin məqsədi ilə qarşıya qoyulan vəzifələr qarşılıqlı əlaqədardır. Belə ki, 
əgər biznesin məqsədi fəaliyyətin konkret istiqamətini müəyyənləşdirirsə, vəzifə 


həmin məqsədə kəmiyyət, keyfiyyət və vaxt etibarı ilə nait olmağı müəyyənləşdirir. 
Biznes sisteminə işgüzar münasibətlərin subyektləri, biznesin 
infrastrukturu, 
idarəetmə 
sistemi 
(menecment), 
marketinq, 
fəaliyyətin 
qiymətləndirilməsi və s. aiddir. 
Biznesin subyektləri kimi sahibkarlar, istehlakçılar, muzdla tutulmuş 
işçilər, dövlət strukturları çıxış edirlər. Onların qarşılıqlı fəaliyyətinin əsasını tərəflərin 
qarşılıqlı gəlir götürmək prinsipi təşkil edir.
Cədvəl 10.1 
 

Yüklə 1,35 Mb.

Dostları ilə paylaş:
1   ...   80   81   82   83   84   85   86   87   ...   115




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin