21. Qarşısıalınmaz qüvvə 21.1. Müqavilənin icrasına qarşısıalınmaz qüvvə təsir göstərərsə, İcraçı müqavilənin yerinə
yetirilməsi təminatından məhrum olunmadan, cərimələrin ödənilməsindən azad edilir və müqavilənin
pozulması üçün məsuliyyət daşımır.
21.2. Qarşısıalınmaz qüvvədən təsirinə Sifarişçi və İcraçı tərəfindən nəzarət edilməyən, onların səhvi
və ya laqeydliyi nəticəsində baş verməyən, qabaqcadan nəzərdə tutulması mümkün olmayan
hadisələr aid edilir. Bunlara müharibələr və ya inqilablar, daşqınlar, epidemiyalar, epizootiyalar,
karantinlər, embarqolar, dövlət və hökumət qərarları və bu kimi digər hallar aid edilir.
21.3. İcraçı qarşısıalınmaz qüvvənin təsiri barədə və yaranma səbəbləri haqqında yazılı məlumatı
yubanmadan Sifarişçiyə göndərilməlidir. Əgər Sifarişçidən digər yazılı təlimat daxil olmayıbsa, İcraçı
öz imkanları daxilində qarşısıalınmaz qüvvənin təsirindən asılı olmayan müqavilə öhdəliklərinin
yerinə yetirilməsini davam etməli və qarşısıalınmaz qüvvənin təsirindən asılı olan müqavilə
öhdəliklərinin yerinə yetirilməsi üçün alternativ üsüllar axtarmalıdır.
22. Müqavilə üzrə sənədləşdirmənin aparılması 22.1. Müqavilə üzrə sənədləşdirmə (o cümlədən xəbərdarlıq, bildiriş və s.) yazılı şəkildə aparılır.
Qəbul edən tərəf müvafiq sənədlərin (məlumatların) alınmasını təsdiqləməlidir. Göndərilən sənədlər
(məlumatlar) digər tərəfə çatdırıldığı tarixdən qüvvəyə minir.
22.2. Müqavilənin yerinə yetirilməsinin sənədləşdirilməsi İcraçı tərəfindən müqavilənin xüsusi
şərtlərində nəzərdə tutulmuş qaydada aparılır. Sifarişçi sənədləşdirmənin düzgün aparılmasına
nəzarət edə bilər (o cümlədən audit və digər yoxlamalar vasitəsi ilə). Bu cür yoxlamalar müqavilənin
yerinə yetirilməsi zamanı və ya müqavilənin icrası başa çatdıqdan sonra üç ay müddətində aparıla
bilər.
23. Vergilər və rüsumlar Tərəflər Azərbaycan Respublikasının mövcud qanunvericiliyində nəzərdə tutulmuş tələblərə uyğun
olaraq bütün vergilərin, rüsumların, lisenziya haqlarının və digər ödənişlərin aparılmasına məsuliyyət
daşıyırlar.