136. Obyektin girişində növbə zamanı nəyə nəzarət edilməlidir?
A) Kənar maşınların giriş-çıxışa mane olmamasına, onların hərəkət trayektoriyasına
B) Yüklənmiş yükün sənədlərinin və sənədlərə uyğunluğunun yoxlanılmasına və
qapının açılıb-bağlanmasına
C) Xidməti maşınların obyektə daxil olub çıxmasında, onların yük yerinin
yoxlanılmasına
D) Digər təşkilatların maşınlarının obyektə daxil olmasını nizamlamağa, içərisində
kənar şəxslərin olub-olmamasına
E) Kənar şəxslərin, şübhəli insanların obyektə yaxınlaşmasına, nəqliyyat
vasitələrinin hərəkətinə
Testin çətinlik dərəcəsi: çətin
İ
stinad: Fəhlə peşələri və işçilərin Vahid Tarif-ixtisas Sorğu Kitabçası; Hissə-1
Bütün sahələr üzrə ümumi olan fəhlə peşələri. Bakı, 2006
137. Gözətçinin hansı hüquqları var?
A) İdarədə işləyən işçilərin ştat sayını bilməlidir, istirahət hüququ olmalıdır
B) İdarənin aldığı mal-materialın qiyməti və tətbiqi haqqında məlimatı bilməlidir
C) İşə gəlib-getməsi üçün xidməti avtobusdan istifadə, əlavə mükafatlar almaq
D) Fasiləsiz işıqlandırma, isti yemək, çayla təminat hüququ olmalıdır
E) İş yerinin lazımi avadanlıqlarla təmini, təlimat, təhlükəsiz iş şəraiti
Testin çətinlik dərəcəsi: orta
İ
stinad: Fəhlə peşələri və işçilərin Vahid Tarif-ixtisas Sorğu Kitabçası; Hissə-1
Bütün sahələr üzrə ümumi olan fəhlə peşələri. Bakı, 2006
138. Nəyi bilmək gözətçiyə vacibdir?
A) Təxliyyə yollarını, otaqların yerləşmə sxemini
B) Rəhbər işçilərin ev ünvanlarını və telefon nömrələrini
C) İdarəyə yaxın obyektlərdən ehtimal olunan təhlükəsizlik meyarlarını
D) Buraxılış rejiminə aid təlimat, idarənin giriş-çıxış vəsiqələrini
E) Rus dili və kompüter biliklərini, öz hüququnu
Dostları ilə paylaş: