ETNOPSİXOLOGİYA 143
Britaniya xalqına və onların ideallarına münasibət bildirmək
olduqca önəmlidir.
İngilislər üçün hava, idman və uşaqlar kimi kənar mövzularla
müzakirələrə başlamaq xarakterikdir. Amerikanların
yanaşmasından (Öküzü buynuzundan tut) fərqli olaraq ingilislərlə
birinci danışıqların mövzusunda deyil, məişət xarakterli məsələlərlə
söhbətə başlamaq məqsədəuyğundur. Sırf insani amillər onlar üçün
olduqca önəmli xarakter daşıyır. Buna görə də ümumbəşəri
dəyərlərin daha çox önəmli olmasa da, ən azından ingilislərlə eyni
dərəcədə əhəmiyyət kəsb etməsini onlara izah etmək faydalıdır.
Bununla yanaşı, amerikanlar kimi ingilislər də danışıqlarda qatı,
dəyişməz mövqe alırlar, öz maraqlarını bacarıqla və effektiv
formada qoruyurlar. Onlar tərəfindən qəbul olunan qərarların risk
ehtimalı bir qayda olaraq minimal olur.
Həm mədaxil, həm də məxaric üçün aparılan danışıqlarda
ingilis firmalarının mövqeyini müəyyən etmək üçün siyasi-ticari
amil çox önəmlidir. Bu amil bəzən ingilis şirkətlərini ticari gəlir və
maraqdan imtina edərək sövdələşmə bağlamamasına səbəb ola
bilir. İngilislər ticarət danışıqları prosesində tərəf müqabili ilə daha
əvvəldən olan müqavilələr və sövdələşmələrin müddətinə xüsusi
diqqət ayırırlar. Tərəf müqabili ilə daha əvvəlki sövdələşmə və
müqavilələr nə qədər uzunmüddətli olarsa, eyni zamanda
münasibətlər nə qədər dostcasına və səmimi olarsa, ingilislər üçün
hətta az gəlirli olan yeni sövdələşməni imzalamaq belə, bir o qədər
asandır. Belə ki, ingilis iş adamları adətən birbaşa yüksək gəlir
ardınca qaçmırlar.
İngilis partnyorla söhbət zamanı həmin nümayəndənin
meylləri və vərdişlərini öyrənmək faydalıdır. İngilislərə
ünvanlanmış bütün suallar düzgün seçilmiş və düzgün ifadə edilmiş
olmalıdır. Daha əvvəl danışıqlar aparılan və görüşülmüş şəxslərə
diqqətin göstərilməsi də bir o qədər əhəmiyyətsiz deyildir.
İngilislər üçün rüşvətə tamamilə barışmaz münasibət
xarakterikdir. Danışıqlar əsnasında ingilis partnyora rüşvət təklif
edilməsi onun qarşı tərəfə etibarının tamamilə itməsinə səbəb olur