ETNOPSİXOLOGİYA 201
həmçinin incəsənətin gözəl nümunələri hindlilərin xoşuna gəlir.
Hindlilərin gözəlliyə olan meylini zərif və qəşəng görünən ənənəvi
hind qadın geyimi sari, bayram günlərində insanların bədənlərinin
rəsmlərlə bəzədilməsi, hind məbədlərinin arxitekturası sübut edir.
Bollivud filmləri Hollivud filmləri kimi xüsusi effektlərlə zəngin
deyil. Amma onların dekorasiyaları öz gözəlliyi ilə adamı
ovsunlayır.
Hindlilərin nəzərə çarpan xarakterik xüsusiyyətlərindən biri
də həddən artıq dindar olmaqlarıdır. Demək olar ki, bütün tanrılara
dua və ibadət edirlər və günlərini dua etməklə başlayırlar. Hansı
dinə mənsub olmaqlarından asılı olmayaraq bütün dini
ziyarətgahlara hörmət edirlər. Hindistanda dinə inanmayan insan
demək olar ki, yoxdur. Baxmayaraq ki, burada müxtəlif dinlərin
tərəfdarları yaşayırlar, dini zəmində heç bir münaqişə yoxdur.
Demək olar ki, hər bir hindlinin evində ibadət otaqları var. Hətta
müasir ofislərdə iş stoluna Allahların heykəllərini qoymağa,
qoroskopa baxmağa və ya vacib işə başlamazdan əvvəl mantra
(dua) oxumağa normal baxılır.
Hind cəmiyyəti kifayət qədər mühafizəkardır. Dövlətin
Konstitusiyası ümumi bərabərliyi elan etməsinə baxmayaraq, kasta
sistemi Hindistanda bu günə kimi mövcuddur və yuxarı kastaya
keçmək çox çətindir. Həmçinin hindlilər öz din, xalq və ailə
ənənələrini müqəddəs tuturlar və başqa xalqların maraqlarına və
Allahlarına hörmətlə yanaşırlar.
Hindistanda salamlaşmaq üçün bir-birinin əlini sıxmırlar.
Bunun əvəzində əllərini sinələrinin qarşısında birləşdirərək
“namaste” deyirlər. Ümumiyyətlə, Hindistanda fiziki əlaqələr –
çiyinə vurma, qucaqlaşma və mühafizəkar hindlilərin gözləri
qabağında ictimai yerdə əl-ələ gəzmək əxlaqsız hərəkət kimi qəbul
edilir.
Hind cəmiyyəti mühafizəkar olduğuna görə burada patriarxal
ənənələri güclüdür və gənclər adətən sevgi əsasında deyil, ailələrin
razılığı əsasında ailə qururlar. Təsadüfi deyildir ki, Hindistanda
"Məhəbbət sonra gəlir" ifadəsi işlənir. Hindlilər gələcək kürəkən