Microsoft Word etno kitab son srift 12



Yüklə 1,89 Mb.
Pdf görüntüsü
səhifə28/338
tarix25.09.2022
ölçüsü1,89 Mb.
#64101
növüDərs
1   ...   24   25   26   27   28   29   30   31   ...   338
ETNOPSIXOLOGIYA

ETNOPSİXOLOGİYA 
29 
daşıyır. E.Dürkheym konsepsiyasının ikinci əsas kateqoriyası 
“kollektiv təsəvvür” anlayışıdır. İnsan şüuru iki, fərdi və ictimai 
formada mövcuddur. Fərdi şüur konkret olaraq ayrıca götürülmüş 
fərdə aiddir və onun psixikasının xüsusiyyətləri ilə təyin olunur. 
Kollektiv şüur isə öz əksini “kollektiv təsəvvürdə” dini inanclarda
əfsanələrdə, xurafatda, əxlaq və hüquq normalarında tapır. 
L.Levi-Bryül, M.Moss, M.Qrane və başqaları E.Dürkheymin 
ardıcılları olmuş və etnopsixologiya sahəsində maraqlı tədqiqat 
işləri aparmışlar. M.Qrane (1884-1940) qədim Çin tarixi və ənənəvi 
mədəniyyəti ilə bağlı maraqlı tədqiqat işlərinin müəllifi olmuşdur. 
L.Levi-Bryül (1857-1939) isə ibtidai insanlar üçün səciyyəvi olan 
“məntiqsiz təfəkkür” (пралогическое мышление) konsepsiyasını 
irəli sürmüşdür. O, bu zaman E.Dürkheymin “kollektiv təsəvvür” 
anlayışından istifadə etmişdir. L.Levi-Bryül hesab edir ki, praloqik 
təfəkkür yalnız kollektiv təsəvvürlə əlaqəli olan hallarda özünü 
biruzə verir. Primitivlərin şüurunda diferensiasiyanın zəif olması 
nəticəsində obraz, təsəvvür hiss və hərəkətdən ayrılmır. Ona görə 
də primitiv qartal lələyini başına taxmaqla qartala məxsus olan 
bütün keyfiyyətlərə malik olacağına şübhə etmirdi. Primitivlərin 
kollektiv təsəvvrü partisipasiya qanununa istinad edir. Çünki təbiət 
vəhdət təşkil edir. Ona görə də belə bir sofizmə uyğun 
düşünürdülər: Post hoc erqo propter hoc (nədən sonra oldusa, 
deməli səbəb odur). Fransa etnopsixologiya məktəbinin görkəmli 
nümayəndələrindən Ş.Monteskyö, Qüstav Le Bon və K.Levi-
Strosu xüsusilə qeyd etmək olar. Fransız filosofu Ş.Monteskyö 
(1689-1755) coğrafi determinizm tərfdarı kimi hesab etmişdir ki, 
insanlar iqlim, din, qanun, keçmiş adət-ənənənin təsirinə məruz 
qalır və bütün bunlar xalqın ümumi ruhunu əmələ gətirir. Bu 
faktorlar arasında iqlim əsadır. Məsələn, isti iqlim sakinləri qocalar 
kimi cəsarətsiz, tənbəl, lakin zəngin təxəyyülə malikdirlər. Şimal 
xalqlar isə gənclər kimi, cəsur və soyuqqanlı olurlar. Ş.Monteskyö 
hesab edirdi ki, tarixi inkişaf prosesində iqlimin təsiri azalır, digər 
faktorların təsiri isə güclənir. Qüstav Le Bon “İrq ruhu” 
anlayışından istifadə etmişdir. Q.Le Bona görə “irq ruhu” sabit 



Yüklə 1,89 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   338




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin