Microsoft Word etno kitab son srift 12



Yüklə 1,89 Mb.
Pdf görüntüsü
səhifə46/338
tarix25.09.2022
ölçüsü1,89 Mb.
#64101
növüDərs
1   ...   42   43   44   45   46   47   48   49   ...   338
ETNOPSIXOLOGIYA

ETNOPSİXOLOGİYA 
47 
Bu mərasimin ailə həyatında öz psixoloji əhəmiyyəti var. Ailədəki 
konflikt şəraiti onun hesabına yumşalır. Samoa mədəniyyətində 
uşağın emosional həyatı bizdəki qədər valideynlərlə sıx bağlı 
olmur. Ona görə də o valideynlərini başqalarından kəskin surətdə 
fərqləndirmir. Ona görə də yeniyetməlik dövründə konfliktlər biolji 
amillərlə deyil, sosial amillərlə şərtlənir. 
Ziqmund Freyd “Totem və tabu”(2012) əsərində göstərir ki, 
totemizmin hökm sürdüyü icmalarda qohumluq iki fərd arasındakı 
münasibətlə yox, fərdlə qrup arasındakı əlaqəyə görə müəyyən 
olunurdu. Buna görə də uşaq heç də yalnız öz valideynlərinə deyil, 
anası ilə evlənə biləcək bütün kişilərə “ata”, atasına arvad ola bilən 
bütün qadınlara “ana” deyirlər. Yaxud da valideyn ilişgisində ola 
biləcək bütün uşaqlara bacı və ya qardaş deyirlər. 
Munduqumorlar qəbiləsində uşaqlar sərt, soyuq, qayğı və 
nəvazişdən məhrum şəraitdə böyüyürlər. Ona görə də aqressiv və 
zalım olurlar. Əksinə arapeş qəbiləsində isə uşaqlar valideynlərin 
qayğısı ilə əhatə olunurlar. M.Mid belə qənaətə gəlir ki, aqressivlik 
sevgi və qayğı çatışmamazlığı ücbatından yaranır. Diqqət və 
nəvaziş isə uşaqlarda xeyirxahlıq və patsifizmi inkişaf etdirir. 
Lakin, bunu heç də universal qanun kimi qəbul etmək 
düzgün deyil. Çünki, elə döyüşkən xalqlar var ki, onlar öz 
uşaqlarına kifayət qədər sevgi və qayğı göstərirlər. Amma, buna 
baxmayaraq həmin uşaqların davranış və rəftarında təcavüzkarlıq, 
davakarlıq kimi keyfiyyətlər özünü göstərir. Deməli, əsas məsələ 
müvafiq hərəkətə ətrafdakıların necə münasibət bəsləməsi, onu 
necə qiymətləndirməsindən asılıdır. 
Avstriya kulturantropoloqu İ.Eybl-Eybesfeld qeyd edir ki, 
uşağın sevgi və diqqətlə əhatə olunması, onu həm döyüşkən, həm 
də sülhpərvər şəxsiyyət kimi formalaşdıra bilər. Əgər aqressivlik 
böyüklər tərəfindən alqışlanırsa və bu cür hərəkət müntəzəm olaraq 
davranışda möhkəmləndirilirsə onda heç şübhəsiz uşaq aqressiv 
olacaq. Yox əgər əksinə baş verirsə, onda uşaq daha çox sakit 
olacaqdır. İ.Eybl-Eybesfeldin gəldiyi qənaət belədir ki, nəvaziş və 
qayğı defsiti uşaq şəxsiyyətini zədələyir, onun öz ailəsinə və daxil



Yüklə 1,89 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   338




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin