Microsoft Word etno kitab son srift 12



Yüklə 1,89 Mb.
Pdf görüntüsü
səhifə53/338
tarix25.09.2022
ölçüsü1,89 Mb.
#64101
növüDərs
1   ...   49   50   51   52   53   54   55   56   ...   338
ETNOPSIXOLOGIYA

ETNOPSİXOLOGİYA 
55 
bağlıdır. Müşahidələr və təhlillər göstərir ki, müəllimlər və vali-
deynlər xalqa, etnosa aid məlumatları gənc nəslə məna kateqoriyası 
kimi deyil, bilik kateqoriyası kimi təqdim edirlər. Psixoloqların 
qənaətinə görə isə məna kateqoriyasına çevrilən sərvətlər həmişə 
prinsipial əhəmiyyət kəsb edir. “Məna” kateqoriyasının əmələ 
gəlməsi nəticəsində gənc nəsil üçün öz etnosunun etnopsixoloji 
xüsusiyyətləri ilə bağlı əldə etdiyi məlumatlar artıq sadəcə olaraq 
bilik kimi deyil, sərvət kimi mənalandırılır və dəyərləndirilir. Bu 
kontekstdə qavranılan faktlar, hadisələr doğmalaşdığı və şəxsi 
məna kəsb etdiyi üçün daha yaxşı yadda qalır və davranışın 
təhrikedici vasitəsinə çevrilir. Belə olan halda vətəndaş dövlətinin
xalqının, millətinin, dilinin və dininin ondan nə gözlədiyini yaxşı 
başa düşür və ona uyğun şəkildə hərəkət edir.
Etnik identiklik və onun formalaşması mərhələləri görkəmli 
isveçrə psixoloqu J.Piaje tərəfindən belə göstərilmişdir: 1) uşaq 6-7 
yaşlarında özünün etnik mənsubiyyəti barədə ilk qısa və fraqmentar 
məlumatlar əldə edir. Bu yaşda onun üçün hələ ölkəsi və etnik 
qrupu yox, ailəsi və sosial əhatəsi maraqlıdır; 2) 8-9 yaşında uşaq 
artıq özünü öz etnik qrupu ilə aydın surətdə identikləşdirə (ey-
niləşdirmə) bilir. Bu zaman o, identifikasiya üçün valideynlərin 
milliyətini, yaşadığı ölkəni, ana dilini əsas götürür və onların 
əsasında milli hisslər baş qaldırır; 3) 10-11 yaşda etnik identiklik 
tam həcmdə formalaşır və ona görə də uşaq müəyyən etnofərqlən-
dirici əlamətlərə əsasən özünü başqa etnoslardan fərqləndirə bilir.
Etnik identikliyin inkişafı haqqında müxtəlif fikirlər olsa da 
bütün psixoloqlar bir məsələdə razıdırlar ki, gerçəkləşdirilmiş 
etnik identiklik yeniyetməlik yaşında, özünü refleksiya hissinin
insan üçün xüsusi əhəmiyyət daşıdığı vaxtda baş verir. 

Yüklə 1,89 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   338




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin