6
2.13 Toplularda hər-hansı bir tikinti obyektinin layihə-smeta sənədlərinin
işlənməsi dəyəri göstərilmədiyi və analoq olmadığı təqdirdə, layihənin dəyəri əmək
sərfinə görə hesablanır. Çox mürəkkəb, unikal bina və qurğuların layihə-smeta
sənədlərinin işlənməsi dəyəri, toplunu işləyən layihə institutunun təsdiq olunmuş
rəyi, sifarişçi idarə, müvafiq dövlət orqanının razılığı ilə əmək sərfinə görə
hesablana bilər.
Eyni bir obyektin layihələndirilməsi dəyərinin əmək sərfinə görə iki dəfədən
çox hesablanması yolverilməzdir.
Layihə işlərinin dəyəri bu üsulla iki dəfə hesablandıqdan sonra, həmin
obyektin layihələndirilməsi üçün müəyyən edilmiş qaydada qiymətlər işlənir və
təsdiq edilir.
2.14 Layihələndirilən obyektin əsas göstəriciləri əsasında hesablanmış
layihə-smeta sənədlərinin dəyəri onların işlənməsi zamanı dəqiqləşdirilmiş
göstəricilərə görə yenidən hesablanmır.
2.15 Layihələndirilən obyektin əsas göstəricisi, toplunun qiymət
cədvəllərində göstərilmiş minimal göstəricidən aşağı və maksimum göstəricidən
çox olduğu təqdirdə, işçi sənədlərin hazırlanması dəyəri 1 saylı əlavədə verilmiş
düstur ilə ekstrapolyasiya (iki məlum kəmiyyət arasında yerləşməyən naməlum
kəmiyyətin təyin edilməsi) üsulu ilə təyin edilir.
Qəbul edilmiş göstərici cədvəldə verilmiş minimal göstəricinin yarısı və
yaxud maksimal göstəricinin iki mislindən çox olarsa, layihə işlərinin dəyəri 2.13
bəndində göstərilmiş qaydada təyin edilir. Bu ekstrapolyasiya qaydası, cədvəldəki
minimal göstəricilərin qarşısında «qədər», maksimal göstəricilərdən sonra
«yuxarı» sözləri yazıldığı halda da tətbiq edilir.
Dostları ilə paylaş: